Britaniya Baş naziri geyimlə bağlı ianələrdən imtina edəcək

Britaniya Baş naziri geyimlə bağlı ianələrdən imtina edəcək

Böyük Britaniyanın Baş naziri Keir Starmer, müavini Ancela Reyner və maliyyə naziri Reyçl Rivz partiya donorlarından geyim üçün əlavə ianələr qəbul etməyəcəklər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə DauninqStritə yaxın mənbə məlumat verib. Starmerin iş geyimləri və eynəklər üçün 16 min funt sterlinqdən çox yardım aldığı, həyat yoldaşı Viktoriyanın da geyimi üçün donorlar tərəfindən dəstək aldığı məlum olduqdan sonra hökumət başçısı ciddi tənqidlərə məruz qalıb.

Baş nazir və digər hökumət üzvlərinə ianə edənlər arasında Leyboristlər Partiyasının üzvü lord Vahid Allinin adı xüsusilə vurğulanır.

Qeyd edək ki, Leyboristlər Partiyası iyul ayında keçirilən seçkilərdə qazandıqları böyük qələbədən sonra ilk illik konfransına hazırlaşdığı vaxtda bu qalmaqalın qarşısını almağa çalışır.

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 saat əvvəl
25 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Taner Beyoğlu: İstanbulda keçiriləcək sərgidə Azərbaycandan ona yaxın nəşriyyat iştirak edəcək
“Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi olaraq dünyanın fərqli ölkələrindən...
  • 3 saat əvvəl
  • 31
Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir
Ağdam rayonunda tikinti-quruculuq işlərinin geniş vüsət aldığı yaşayış...
  • 3 saat əvvəl
  • 33
SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
“Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təşkil olunan...
  • 5 saat əvvəl
  • 43
Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının...
  • 6 saat əvvəl
  • 49
“Aghdam City Hotel” bölgədə turizmin inkişafına təkan verəcək
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar...
  • 7 saat əvvəl
  • 52
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu...
  • 8 saat əvvəl
  • 62