Aloe vera nədir? Necə istifadə olunur?
Dəri üçün olduqca faydalı bitki olan Aloe vera, dəri çatlamasından tutmuş saç tökülməsinə qədər bir çox sahədə istifadə edilir. Kosmetik kremlər, saç yağları, şampunlar və digər məhsullarda istifadə olunan bu bitki dərinin ehtiyacı olduğu qidanı artıqlaması ilə qarşılayır. Aloe veranın faydalarını təqdim edirik.
1. Dərini yağlandırmadan nəmləndirirAloe vera geli dəri üçün ideal təmizləyicidir. Dərini ölmüş hüceyrələrdən təmizləyir və dərinin üst qatının yenilənməsinə kömək edir. Antiseptik, anti-mikrobik və göbələk qarışıqlı xüsusiyyətlərə sahib olmasına görə dəridəki infeksiya və sızanaqların qarşısını alır.
2. Dərini rahatladır.
Fitostrerol kimi maddə sayəsində ağrıkəsici xüsusiyyətlərə malikdir. Evdə Aloe vera bitkisi saxlamaqda fayda var. Bu olmasa, Aloe vera gelindən istifadə edə bilərsiniz. Üzü təraş etdikdən sonra bu geldən istifadə etmək dəriyə rahatlıq verir.
3. Dərini yeniləyir və yaxşılaşdırır
Aloe vera dərini yaxşılaşdırmaq prosesini sürətləndirmək üçün yaxşı vasitədir. Yara və digər izlər qoymadan yaxşı nəticə verir. Aloe veranı yaraya çəkin və yara sağlana qədər bu prosesi təkrarlayın. Təsirli olduğunu görəcəksiniz.
4. Sızanaqları yox edir
Aloe vera geli dərini ölü hüceyrələrdən təmizləyir. Həmçinin sızanaqları yox edir və infeksiyanın əmələ gəlməsini əngəlləyir.
5. Gəncləşməyə yardım edir
Aloe vera geli dəridə bu təsirləri yaradır: dərinin yenilənməsinə kömək edir. Dəri hüceyrələrinin yaşlanmasına mane olur. Tərkibində çoxlu miqdarda antioksidant var.
Aloe vera məhsulları
1. L'Oreal Paris
Aloe vera tərkibli bu məhsul dəri üçündür. Nəmi 72 saatadək dəridə saxlayan L'Oreal Paris, bunun sayəsində dərinin qidalanmasını təmin edir. Hüceyrə yenilənməsini də dəstəkləyərək dərinin qüsursuz görünməsinə yardım edir.
2. Herbalife Aloe Vera
Herbalife Aloe Vera içkisi həm metabolizmanı sürətləndirir, həm də həzm sistemini tənzimləyir. Bunun sayəsində artıq çəkidən xilas ola və hüceyrələrinizin yenilənməsini təmin edə bilərsiniz.
3. Nivea Aloe Vera
Nivea Aloe Vera losyonu dəriyə təams etdiyi andan etibarən sürətlə sorulur. Dərinin nəfəs almasını təmin edən məhsul, mikroblara qarşı dayanıqlılıq yaradır.
Aloe veranın istifadə sahələri
Aloe vera bitkisi insan sağlamlığı üçün son dərəcə faydalıdır. Əsasən dəri sağlamlığı üçün istifadə olunur.
Aloe vera ilə dəriyə qulluq
Dəridə bakteriyalar səbəbi ilə yaranan kirlərin, ləkələrin səbə olduğu izləri aradan qaldırmağa kömək edən bitki, olduqca təsirlidir. Sivilcə və sızanaqları aradan qaldırır. Mikrobları məhv edir.
Aloe vera ilə saçlara qulluq
Saç dərisini nəmləndirən və saçlara təzəlik qatan aloe vera geli bir çox şampunun əsas maddəsi sayılır. Saçların parlaqlığını və yumşaqlığını təmin edən gelli saçlarınıza tətbiq edib 20 dəqiqə gözləyin. Nəticə gözəl olacaq.
Aloe vera ilə detoks suyu hazırlanması
Aloe vera bitkisi həzmsizlik və digər bir çox problemi həll etməyə kömək edir. Vücuda verdiyi detoks təsiri ilə zərərli maddələrin xaric olunmasını təmin edir.
Aloe vera dəri maskası necə hazırlanır?
Aloe vera maskası dəriyə tətbiq olunaraq nəmləndirici təsiri ilə rahatlıq təmin edir. 4 xörək qaşığı aloe vera gelini 1 qaşıq hind qozu yağı və yarım limonla qarışdırın. Qarışığı dərinizə çəkin və 20 dəqiqə gözləyin. Sonra dərinizi soyuq su ilə yuyun.
Aloe vera suyu evdə necə hazırlanır?
Təzə Aloe vera yarpağının içindəki geli çıxardın. Geli təmiz su ilə yuduqdan sonra mikserdə qarışdırın. Üzərinə su və bal əlavə edin.
Aloe veranın zərələri hansılardır?
Aloe vera bitkisi uzun müddət istifadə olunduqda bədəbdə potasium itkisinə gətirib çıxarır. Buna görə potasim dəyəri çox olan biyan kökü və bənzər bitkilərlə birlikdə istifadə edilməsi tövsiyə olunur. Alkoqoldan istifadə edənlər Aloe veradan uzaq durmalıdırlar.
Aloe veranın tarixi
Aloe veranın tarixi eramızdan əvvəl 5000-ci ilə gedib çıxır. Ancaq onunla bağlı ilk yazılı məlumatlar e. ə. ikinci minillikdə Şumerlərin daş kitabələrində yer alıb. Qədim misirlilər fironların cənazə mərasimlərində Aloe veradan "ölümsüzlük bitkisi" kimi istifadə ediblər. İbn Sina öz əsərlərində bu bitkidən bəhs edib. Aloe veranın mənşəyi Afrikadan gəlir. Hazırda Çin, Hindistan, ABŞ, Meksika və İspaniya kimi ölkələrdə yetişdirilir.
Aloe vera yetişdirmək
Aloe veranı evdə də yetişdirmək olar. Ancaq bəzi məqamlara diqqət etmək gərəkdir.
1. Aloe vera günəş işığını, istiliyi və nəmli havanı sevir. Soyuq havada isə qala bilmir.
2. Günəş işığını birbaşa almamalıdır. Hava və istiliklə təmin olunmuş otaqlarda yetişdirilə bilər.
3. Bitkini küləyin vurmamağına diqqət edilməlidir. Buna görə qapının kəndarı kimi yerlərdə saxlamaq olmaz.
4. Aloe vera tez-tez deyil, torpağı quruduqca sulanmalıdır. Suyu bərabər paylamaq lazımdır.
5. Aloe veranı fevral və mart aylarında əkmək tövsiyə olunur.