Aşırı tərləmənin səbəbləri: tərləməyə qarşı 6 təbii müalicə
Aşırı tərləmə gündəlik həyatda rahatsızedici problemlər arasındadır. Bu məqaləmizdə təbii üsullarla tərləmənin qarşısını almağın yollarını araşdırmışıq. Tərləmədən xilas olmaq üçün bitki mənşəli üsulları təqdim edirik.
1. Alma sirkəsi
Olduqca güclü antioksidant olan alma sirkəsi mikrob və bakteriyalarla mübarizədə təsirli rol oynayır. Şəfa mənbəyi olan alma sirkəsi antiseptik, antifunqal və antibakterial özəlliyə sahibdir. Yatmadan əvvəl çox tərləyən bölgələrinizi yuyun və həmin bölgələrə pambıq vasitəsilə alma sirkəsi çəkin. Səhəri gün duş qəbul etdikdən sonra həmin nahiyələrə dezodorant vurun. Digər üsul: bir stəkan suya 2 çay qaşığı alma sirkəsi və bal əlavə edib qarışdırın. Bu qarışığı gündə bir dəfə için.
2. Adaçayı
Adaçayı tər vəzlərini daraldaraq tərləməni azaldır. Araşdırma nəticəsində adaçayının tərləməni 37 % civarında azaldığı məlum olub. Bir stəkan isti suya bir çay qaşığı ada çayı əlavə edib dəmləməyə qoyun. İçərisinə limon suyu qataraq içə bilərsiniz. İki stəkan suya bir çay qaşığı qurumuş adaçayı əlavə edib qaynadın. Sonra ilıqlaşmasını gözləyin. Bez parçasını həmin ilıq su ilə isladıb tərləyən nahiyələrinizə sürtün. Bu prosesi gündə 3 dəfə tətbiq edin.
3. Qabartma tozu
Qabartma tozu aşırı tərləməyə qarşı təsirli vasitədir. Bədəndəki nəmi soruru və pis qoxunu neytrallaşdırır. 1 çay qaşığı qabartma tozunu az miqdarda su ilə qarışdıraraq maska hazırlayın. Maskanı tərləyən yerlərinizə sürtün və 15-20 dəqiqə gözləyin. Bu tətbiqi həftədə 2-3 dəfə təkrarlayın.
4. Qara çay
Tərkibindəki turşular sayəsində tərləməyə nəzarət edən qara çay, antibakterilan xüsusiyyətinə görə pis qoxuya səbəb olan bakteriyalarla mübarizə aparır. Gün ərzində 2-3 stəkan qara çay için. 3-4 stəkan isti suya 2 paket qara çay əlavə edin və dəmlənməsini gözləyin. Dəmlənmiş çayı bezlə qoltuq altı, boyun, ayaq və əllərinizə çəkin. Daha sonra bezi çaya batırıb bu nahiyələri ovxalayın.
5. Göyərçin ağacı
Tərin qarşısını alan bitkilərdən biri olan göyərçin ağacının maye şəklində olan gelindən istifadə edə bilərsiniz. Toz şəklində də olur. Göyərçin ağacı gelini pambıqla tərləyən yerlərinizə sürtün. Bunu həftədə 2 dəfə təkrarlayın.
6. Hind qozu yağı
Hind qozu yağı tərkibindəki laurik turşusu sayəsində tərin səbəb olduğu pis qoxunu aradan qaldırır, eyni zamanda, təbii dezodorant hazırlanmasında istifadə olunur. Xoş və şirin qoxuya sahib hind qozu yağı gün ərzində dərinizin qoxusunu təzə saxlayır. Bir kasaya 3 çay qaşığı hind qozu yağı və 2 çay qaşığı shea yağı əlavə edin. Qarışığı sobada isidərək əriməsini gözləyin. Daha sonra 3 çay qaşığı qabartma tozu, 2 çay qaşığı ararot tozu və hər hansı uçucu yağ əlavə edin. Əldə olunan qarışığı aşırı tərləyən yerlərinizə sürtün.
Tərləmənin qarşısını alan məhsullar
1. Luis Bien
Gün ərzində aşırı tərləyən bölgələrə tətbiq edilən Luis Bien tərləmə əleyhinə vasitə tərləmə problemini aradan qaldırır. Bu spreydən istifadə edərkən dərinizin təmiz və nəmli olmasına diqqət edin.
2. Driclor Deoroller
Driclor tərləmə əleyhinə məhsul sayəsində aşırı tərləmənin qarşısını almaq mümkündür. Uzun müddət istifadə etdikdə öz güclü təsirini göstərir. Qoltuq altı, əllər və ayaqlar üçün nəzərdə tutulub.
3. Tereson tərləmə önləyicisi
Tereson əl, ayaq və qoltuq altı tərləməsinə qarşı istifadə olunur. Gümüş ionlu formulu sayəsində öz təsirini göstərir. Xüsusi formula sahib Tereson, qoltuq altının yumşaq olmasını təmin edir.
Aşırı tərləmə problemi
Tərləmə, hər insanda məydana gələn fizioloji prosesdir. Tərləmə ilə bədənin su, duz və istilik balansı təmin olunur. Lakin bəzi insanlarda bu proses ifrat hal alır. Tibbi dildə "hiperhidrozis" adlandırılan tərləmə pozğunluğu bədəndə aşırı istilik yaranmasına səbəb olur. Aşırı tərləmənin hormonal və digər səbəbləri var.
Aşırı tərləmə probleminin səbəbləri
Aşırı tərləmə stress, qan dövranı pozğunluğu, ürək xəstəlikləri, hipertiroidizm, hormonal pozğunluq və digər səbəblərdən yarana bilər. Aşırı tərləmə ən çox ovuc içi, ayaq dabanı, qoltuq altı, boyun, alın və baş dərisinə təsir edir. Tərləmə problemi yuxuda da baş qaldıra bilər. Belə vəziyyətdə həkimə müraciət olunmalıdır. Həkim müxtəlif təst və analizlərlə tərləmənin səbəblərini müəyyənləşdirə bilər. Tərləməni təbii yollarla da aradan qaldırmaq mümkündür. Lakin bu bitkiləri həkim nəzarəti altında istifadə etməlisiniz.
Tərləməyə qarşı görüləcək tədbirlər
1. Bədən istiliyinizi nizamlamaq üçün tez-tez soyuq su için.
2. Alkoqol və siqaret istifadəsini azaldın.
3. Kafeinli içkilərdən istifadə etməyin.
4. Dezodorant istifadə etmədən bədəninizi qurulayın.
5. Polester və neylondan hazırlanmış paltarlar geyinməyin.
6. Tez-tez duş qəbul edin və antibakterial sabunla tərləyən yerlərinizi yuyun.
7. Fast-fuddan uzaq olun.
8. Sodalı içkilər içməyin.
9. Stresdən uzaq olun.
10. Artıq çəkiniz varsa, onu atmağa çalışın.
Aşırı tərləmə zamanı hansı həkimə müraciət olunmalıdır?
Bu problemə görə dermatoloq və sinə xəstəlikləri mütəxəssisinə müraciət etmək olar. Əsas tərləmə bölgələri əl, ayaq və qoltuq altıdır.
Niyə çox tərləyirik?
Bədəndəki tər vəzləri bəzi daxili və xarici təsirlər səbəbiylə aşırı tərləməyə səbəb olur. Metabolizmanın sürətli çalışması, qan dövranının çox sürətli olması, nəfəs darlığı və ürək çatışmazlığı aşırı tərləmənin yaranmasına imkan yaradır.
Aşırı üz tərləməsi necə müalicə olunur?
Aşırı üz tərləməsi bəzi durumlarda təbii üsullar və krem, losyon kimi məhsullarla aradan qaldırıla bilər.
Çox tərləmək yaxşıdır?
Soyuqdəymə və qrip kimi tənəffüs yolu infeksiyaları ilə bağlı xəstəliklərin müalicəsi zamanı tərləmək olduqca xeyirlidir. Tərləyərək bədəndəki toksinlər xaric oluna və bədənin hava alması təmin edilə bilər. Aşırı tərləmək bəzi hallarda bədənin susuz qalmasına səbəb olaraq fərqli xəstəliklərin meydana gəlməsinə zəmin yaradır.
Aşırı tərləmə nələrə yol açır?
Aşırı tərləmə orta yaşlı qadınlar üçün menopoz dönəminin xəbərçisi olaraq bilinir. Bir çox xəstəliyin əlaməti olaraq görülən aşırı tərləmə əsasən infeksiya, şəkər, nevroloji xəstəliklər və sinə xəstəliklərinin xəbərçisidir.
[xeberdarliq]