Asqırmaqla bağlı məlumatlar - Niyə asqırırıq?

Asqırmaq, burundakı sinirlərin xəbərdar edilməsi nəticəsində qəfildən baş verir, ağızdan və burundan nəfəs vermək şəklində yaranır. Asqırarkən burun kanallarındakı oyanma psixoloji reaksiya da ola bilər. Asqırmaqla bağlı qəribə məlumatları, asqırmağın səbəblərini sizə təqdim edirik.

1. Niyə asqırırıq?

Niyə asqırırıq?

Sinirlərin oyanmasının bir çox səbəbi var. Ən əsas səbəb isə allergik təsirlənmədir. Bununla belə, toz, tüstü, ətir, hətta anidən işığa baxmaq kimi digər səbəblər da mövcuddur. Asqırmadan əvvəl sinir uclarının xəbərdarlıq göndərməsiylə burundan əvvəlcə sekresiya gəlir. Adətən bunu hiss etmirik.

2. Asqırmaq faydalıdır

Asqırmağın məqsədi xarici hissəcikləri və qıcıqlandırıcı maddələri burun boşluğundan çıxarmaqdır.

3. Asqırma anında nə baş verir?

Sekresiyadan sonra beyinə gedən xəbərdarlıq nəticəsində baş və boynumuzdakı əsələlər oyanaraq ani nəfəs boşalması baş verir. Səs tellərinin olduğu hissə qapanır və buradakı havanın təzyiqi artır. Sonra qəflətən açılaraq hava yüksək bir səslə xaric olunur.

4. Yuxuda olarkən asqırırıq?

Yuxu zamanı sinir sistemi bağlı olduğu üçün əsasən asqırma olmur. Ancaq xəbərdarlıq çox güclüdürsə, ola bilər. Belə olan halda dərhal yuxudan oyanarıq.

5. Asqırarkən gözlər açıq qalmır

Asqırmaq haqqında

Asqırma refleksinin detalları tam məlum olmasa da, bir şey dəqiqdir: asqırarkən gözlərinizi açıq saxlaya bilməzsiniz. Alimlər bunu bədənimizdə bir ağrı hiss etdikdə gözlərimizi bağlamağımızla əlaqələndirirlər. Asqırağı dayandırmağa çalışmaq doğru deyil.

6. Günəşə görə asqıra bilərsiniz

Dünya əhalisinin azı 18 %-i günəş işığına baxanda asqırmaq həssaslığına sahib olur. Bəzi alimlər asqırmaq sayının genlərlə əlaqəli olduğunu bildirirlər.

7. Niyə "sağlam ol" deyilir?

İnsanlara asqırdıqdan sonra "sağlam ol" deyilməsinin kökü xristianların "God bless you", yəni "Tanrı səni qorusun" və ya "Tanrının xeyir-duası üzərində olsun" cümləsinə əsaslanır. Vəba epidemiyası zamanı Papa tərəfindən bu cümlənin deyilməsi tövsiyə edilib və qanuniləşdirilib. Bu cümlə VI əsrdə asqıranlara bədənlərindəki şeytanı atdıqları üçün təbrik anlamında söylənilir.

8. Qaşlarınızı almağınız da asqırmağınıza səbəb ola bilər

Asqırmaq nedir

Qaşları almaq asqırığa səbəb ola bilər. Çünki bu, burun boşluğuna bağlanan siniri tətikləyə bilər. Bunun nəticəsində də asqıra bilərsiniz.

9. İdman edərkən niyə asqırırıq?

İdman edərkən asqırmaq təbiidir, çünki yorulduqda daha çox nəfəs alırıq. Buna görə də ağız və burnumuzun içi kuruya bilər. Burun axmağa başlayaraq cavab verir və asqırmaq meydana gəlir.

10. Cinsi əlaqə zamanı niyə asqırırıq?

Cinsi əlaqə zamanı asqırmaq tez-tez ola bilər. Parasimpatik sinir sisteminin xəbərdar edilməsi cinsi əlaqədən ləzzət almasına səbəb olduğu kimi, bəzi insanlarda asqırığa da səbəb olur.

11. Ən çox asqıran heyvan

Ən çox asqıran heyvan iquanadır. İquanalar həzm prosesinə kömək üçün duzu bədənlərindən xaric etmək üçün asqırırlar.

12. Asqırarkən ürəyimiz dayanmır

Asqırmaqla bağlı məlumatlar

Asqırığa görə sinə sıxıldığı üçün qan axını bir anlıq dayana bilər. Bunun nəticəsində də ürəyin ritmi dəyişir. Ancaq ürək əsla dayanmır.

Yazar: İlk yazar