Autizm nədir, əlamətləri hansılardır?
Övladınız yaşıdlarından fərqli cür davranır? Sizinlə göz təması qurmur, danışmır, adıyla çağrılanda reaksiya vermir, dinləmir və anlamırsa, autizmdən şübhələnə bilərsiniz. Autizm həyatın ilk illərində ortaya çıxan və ömür boyu davam edən inkişaf pozğunluğudur. Autizm zamanı ünsiyyət pozulur, davranışlarda məhdudiyyət yaranır. Autizmli uşaqlarda dəyişiklik göstərən öyrənmə çətinliyi və zəka geriliyi müşahidə oluna bilər.
Autizmin əlamətləri
Autizmin müəyyən edilməsində önəmlı müddət 18 aydır. Autizmin əlamətləri aşağıdakılardır:
Göz təması qurmamaq
Danışmamaq
Səsləyərkən cavab verməmək
Dinləməmək
Diqqət problemi
Məhdud və təkrarlanan davranışlar
Ünsiyyət qurmaq ehtiyacı hiss etməmək
Oğlan uşaqlarında risk 4 qat daha çoxdur. Autizmli şəxslərdə ünsiyyət və sosiallaşmada şiddətli dərəcədə pozğunluq olur. Oğlan uşaqlarında bu problemlə qızlara nisbətən daha çox rast gəlinir. Autizmin rastlanma nisbəti 2-5%, bir autizmli uşağın bacı və qardaşlarının da autizmli olmaq ehtimalı 3-8%, bir autizmli uşağın oxşar əkizinin olması ehtimalı isə 60%-dir.
Autizm zamanı xüsusi təlim
Autizmlə birlikdə müşahidə olunan diqqət əskikliyi, aşırı hərəkətlilik və digər problemlər üçün müxtəlif tibbi müalicələr tətbiq edilir. Lakin autizmin bütövlükdə müalicəsi yoxdur. Heç bir dərman autizmin əsas əlamətləri olan sosial və ünsiyyət pozğunluqlarını aradan qaldıra bilmir. Autizmin müalicəsində əsas hədəf valideyn-uşaq münasibətinin yoluna qoyulması, empatiyanın qurulması, ünsiyyət arzusunun yaradılmasıdır. Bunun üsulu isə xüsusi təlim və psixoterapiyadır. Autizm şübhəsi olan zaman uşaqlara ünsiyyət bacarıqlarını inkişaf etdirən xüsusi təlimlər verilməlidir. Autizm təlimi 3 yaşa çatmadan başlamalı və ayda azı 40 saat olmalıdır. Kiçik yaşlarda davranış terapiyaları almaq uşaqların sosial bacarıqlarını inkişaf etdirməyə kömək edir.
Ən vacibi qəbullanmaqdır
Autizmlə bağlı bir çox alternativ müalicə və müdaxilə vasitəsi olsa da, bunların elmi araşdırmalarla dəstəkləndiyini demək olmaz. Ailənin autizmi qəbul etməsi və müalicənin bir hissəsi olması, lazım olarsa autizmlə yanaşı baş verən durumlar üçün dərman müalicəsi alınması, xüsusi təlim tətbiqlərinin həyata keçirilməsi autizmin müalicəsində vacib addımlar hesab olunur. Eyni zamanda, autizmin əlamətlərinin böyüməsinin qarşısı bu yollarla alına bilər.
Autizmə necə diaqnoz qoyulur?
Uşağın inkişafındakı hər cür gecikmə diqqətə alınmalı və dəyərləndirilməlidir. Autizm diaqnozunun ən tez uşaq 18 aylıq olduqda qoyula bilər. Diaqnoz qoyularkən yaşanılan ən böyük problemlərdən biri autizmin sadəcə nitq problemi olduğunu güman etməkdir. Göz təması qurmamaq, adıyla çağrılanda cavab verməmək, barmaqlarla göstərmək kimi əlamətlər də autizmdən şübhələnməyə əsas verir. Ancaq bu şübhələr hər zaman əsaslı olmur. Buna görə mütəxəssis dəyərləndirməsinə ehtiyac var.
Körpə ikən göz təması qurmamaq
Körpələr doğulduqları andan etibarən onlara baxan insanlarla göz təması qururlar. 12-ci ayda diqqətlərini çəkən cisimlərə maraq göstərirlər və adları səslənərkən reaksiya verirlər. 16-cı ayda tək-tük kəlmələr söyləyə bilirlər. Əgər 18 aylıq bir körpə bu reaksiyaları vermirsə, autizm baxımından dəyərləndirilməsi gərəkdir. 24 aylıq körpələr ona yaxın söz söyləyə və əlliyə qədər sözü anlaya bilirlər. Dilin inkişafındakı ləngimələr də önəmli əlamətdir.
Autizm diaqnozu nə zaman qoyula bilər?
Autizm erkən dönəmlərdən etibarən əlamətlər göstərir. İnkişaf pozğunluğu kimi digər çatışmazlıqların dəyərləndirilməsi bu dönəmdə diaqnozun dəqiqləşdirilməsi baxımından vacibdir.
Autizm genlərlə əlaqəlidir?
Autizm qalıcı mənşəlidir. Genetik və digər faktorların bir araya gəlməsilə ortaya çıxır. 80-ə yaxın genin autizmə səbəb olduğu təxmin edilir. Bunlardan yalnız bir neçəsi aşkarlanıb. Bu mövzuda aparılan çalışmalar davam edir.
Autizmdə valideynlərin rolu
Autizm kimi səbəbi və müalicəsi olamayn və ömür boyu davam edən pozğunlüqların ailələr tərəfindən qəbul olunması zaman alır və köməyi gecikdirir. Ana və atanın məlumatlanması və prosesə aktiv şəkildə qatılması hər cür təşəbbüsün ayrılmaz hissəsidir. Uşaqların inkişafındakı bütün gecikmələr önəmlidir və buna laqeyd yanaşmaq olmaz. Bəzi valideynlər bu gecikmələri müxtəlif bəhanələrlə əlaqələndirirlər və bu da autizm diaqnozunun qoyulmasını gecikdirir.