Bala itləri necə qidalandırmaq lazımdır?

Bala itlər digər məməlilər kimi həyatlarının bu mərhələsində ehtiyac duyduqları bütün maddələri ana südündən alırlar. Anasını itirən bala it xüsusi hazırlanmış süd tozu ilə qidalandırıla bilər.

Bala itlərin qidalanması

Bala itlərin qidalanması

Hər it cinsinə, yaşına və sağlamlıq vəziyyətinə görə fərqli qidalanmaya ehtiyac duyur. Bala itlər üçün ana südü ilə qidalanmaq olduqca vacibdir. Bu onların sürətlə böyüməsini və inkişafını təmin edir. Əgər bala it xüsusi it yeməyi ilə qidalandırılırsa, onun keyfiyyətli olmasına diqqət etmək lazımdır. İt yeməyində lazım olan əsas qidalar bunlardır

- Əzələləri böyüdən yüksək keyfiyyətli protein qaynaqları.

- Sümüklərin böyüməsi üçün kalsium və fosfor kimi minerallar.

- Böyüməyə və enerjiyə dəstək olan yağlar.

- Beyin və görmə qabiliyyətini inkişaf etdirən omeqa 3 yağ turşusu olan DHA.

Bala itin qidalanma forması

İlk 6 həftə

İtiniz ilk 6 həftədə yalnız ana südü ilə qidalanmalıdır. Əgər anası olmayan bala itə sahibsinizsə, onu südlə qidalandırmaqla bağlı baytar həkimlə məsləhətləşməlisiniz. Bala itə süd verərkən südün istiliyinə diqqət etməlisiniz.

6-12 həftə

Böyüməyə başlayan bala itlər bu mərhələdə qida ehtiyaclarını qarşılamaq üçün keyfiyyətli it yeməyi yeməlidirlər. 6-12 həftəlik itləri gündə 4 dəfə yedizdirmək kifayətdir.

3-6 ay

İtinizin qidalanma sayını 3-ə endirə bilərsiniz. Bu dövrdə itlər it yeməyi və südlə qidalanmalıdır. 6 ayın tamamında itiniz artıq yetkin hala gələcək. 9-cu ayda isə yetkinlik dövrü tamamlanır.

6-12 ay

Bu yaşda olan itin gün ərzində 2 dəfə qidalanması kifayət edir. İtinizə yetkin itlər üçün nəzərdə tutulmuş qidalardan verə bilərsiniz. Keyfiyyətli quru qidalardan istifadə etməyə diqqət yetirin. Acana, Hills, N&D, Orijen və Lavital kimi markaların məhsulları xüsusi olaraq tövsiyə edilir.

1 yaşından sonra

İtinizin sağlamlığı və çəkisi nəzərə alınaraq gündə bir dəfə qidalandırılması kifayət edə bilər. Bunu üçün baytar həkimlə görüşməlisiniz.

Bala itlərin gündəlik qidalandırılma forması

Bala itlərin gündəlik qidalanması

- 6-12 həftəlik itlər gündə 4 dəfə it yeməyi ilə qidalanmalıdır.

- 3-6 aylıq itlər gündə 3 dəfə it yeməyi ilə qidalanmalıdır.

- 6-12 aylıq itlər gündə 2 dəfə it yeməyi ilə qidalanmalıdır.

- 1 yaş və daha böyük itlər gündə 1 dəfə it yeməyi ilə qidalanmalıdır. Ancaq itin bədən quruluşuna görə bu say iki dəfəyə yüksəldilə bilər.

Bala it baytar nəzarətindən nə vaxt keçməlidir?

İtin parazitlərdən qorunması üçün lazımi peyvəndlər və fiziki müayinələr erkən başladılmalıdır. İtinizin sağlam olması üçün atacağınız addımları baytar nəzarəti altında atmalısınız. İtinizdə aşağıdakı simptomlardan biri və ya bir neçəsi varsa, baytara müraciət etməlisiniz

- iştahsızlıq

- qusma

- ishal

- çətin nəfəs almaq

- öskürmək (xırıltı)

- şişkin gözlər və ya göz axıntısı

- burun axıntısı

- idrarı və ya nəcisi ifraz edə bilməmək

Münasib qiymətə keyfiyyətli it yeməyini necə almaq olar?

Bala itlər üçün yemək

Bala itlərin daim keyfiyyətli qidalarla qidalanmalı olduğunu unutmamalısınız. Keyfiyyətli qidaların satıldığı zoomağazalara getmək daha məqsədəuyğundur. Qidanın ucuz və keyfiyyətli olması vacib amildir.

Yazar: İlk yazar