BB krem nədir və necə tətbiq olunur?

BB krem adlandırılan "Blemish Balm" yay mövsümündə qoruyucu təsir göstərir. BB krem rəngli nəmləndirici də adlandırılır. BB krem dəriyə qüsursuzluq və rəng bütünlüyü qazandırır, dəri problemlərini aradan qaldırır. BB krem qidalandırıcı və müalicə edici xüsusiyyətdədir. Həmçinin yaşlanmanı ləngidir. BB kremlər yağlı dərilərdə yağ balansını tənzimləyir, quru dərilərdə isə nəmləndirmə özəlliyi yaradır.

Yay aylarında BB kremdən istifadə

Yay aylarında BB krem

BB kremləri yay aylarında hər an istifadə etmək olar. Bu kremlərin parladıcı təsiri göz oxşayır. Yay günəşinin zərərli təsirindən qorunmaq istəyirsinizsə, BB kremlərin günəş əleyhinə olan məhsullarından istifadə edə bilərsiniz. Bu kremlərin təsiri böyükdür.

BB kremin əsas xüsusiyyətləri

BB kremin özəllikləri aşağıdakılardır:

- Nəmləndiricidir.
- UV işıqlarını əngəlləyir.
- Dəridə qoruyucu örtük yaradır.
- Dəriyə rəng verir.
- Dərini daha parlaq göstərir.
- Dərini vitaminlərlə zənginləşdirir.

BB krem alarkən diqqət edilməsi vacib olan məqamlar

BB kremin əsas xüsusiyyətləri

- Günəşdən qoruması
- Xəfif və az yağlı tərkibə malik olması
- İstifadədən əvvən görünməyən bir yerinizdə sınaqdan keçirin.

BB krem necə istifadə olunur?

1. Dərini təmizləyib makiyaja hazırladıqdan sonra BB krem tətbiq edin.

2. BB krem fırçası və ya süngərindən istifadə edə bilərsiniz. Ancaq barmaqlarınızla da dərinizə çəkməyiniz mümkündür.

3. Dərinizdə sizi narahat edən izlər varsa, əvvəl qapadıcı, sonra BB krem tətbiq edin.

4. Daha sonra almacıq sümüklərinizin üzərinə çəkərək dəri tonunuza istilik qata bilərsiniz.

5. Günün sonunda dərinizi təmizləməyi unutmayın. Çünki BB kremlər gecə qulluğuna uyğun deyil.

Özümə görə BB krem necə tapa bilərəm?

BB krem nədir

Dəri tipinizə uyğun BB krem seçməlisiniz. Quru və ya yağlı dəri üçün BB kremlər müxtəlifdir.

Yağlı dəriyə sahib olanlar BB kremdən necə istifadə etməlidir?

Dəriniz yağlıdırsa, BB krem çəkərkən süngər istifadə edin. Belə olan halda BB krem dəridə daha yaxşı paylanır.

Ən yaxşı BB krem tövsiyələri

BB kremlər ən vacib makiyaj materiallarındandır. Ən yaxşı BB kremləri təqdim edirik.

1. Vich Normaderm BB Clear

Vich Normaderm BB Clear

Vich Normaderm BB Clear istifadə edərkən nəmləndiriciyə ehtiyac yoxdur. Bu məhsul nəmləndirici kimi də istifadə oluna bilər. Dəri qüsurlarını aradan qaldıran məhsul, xüsusən yağlı dəri üçün nəzərdə tutulub.

2. La Roche Posay Hydreane BB krem

La Roche Posay Hydreane BB krem

Həssas və solğun dərilər üçün La Roche Posay-ın Hydreane BB kremi vacib məhsuldur. Dərini nəmləndirir və qoruyur. Dəriyə təzə görünüş bəxş edir.

3. Garnier BB krem

Garnier BB krem

Qiyməti münasib olan bu krem dəridəki qüsurları aradan qaldırır və dəriyə xüsusi təravət bəxş edir.

4. Maybelline New York Dream Fresh BB krem

Maybelline New York Dream Fresh BB krem

Maybelline markasının ən məşhur məhsulu olan BB kremi hər dəri tipinə uyğundur. Dəridəki qüsurları aparır və dəriyə təbii filtir effekti qazandırır. Dəriniz qurudursa, istifadədən sonra üzünüzdəki parlaqlığa heyran olacaqsınız.

5. L'Oreal Paris Nude Magique BB krem

L'Oreal Paris Nude Magique BB krem

Həm qüsursuz, həm də təbii görünüş axtaranlara bu məhsulu tövsiyə edirik. Bir damlası belə dəriyə parlaqlıq bəxş edir. Makiyaj süngəri ilə çəkildikdə mükəmməl görünüş əldə olunur.

Yazar: İlk yazar