Bədənə enerji verən qidalar
Yedikdən dərhal son enerji ala biləcəyiniz bəzi qidalar gün ərzində ehtiyacımız olan enerji miqdarını qarşılayır. Həmin qidalar aşağıdakılardır.
1. Banan
Banan asanlıqla həzm olunur və bədənə sürətlə enerji verir. Banandakı kalium əzələlərin işləməsi üçün lazımi gücü təmin edir. Bir bananda təxminən 350 mq kalium və bol lif var. Bundan əlavə, orqanizmi bir çox xəstəliyə qarşı qoruyan banan qan şəkərini tarazlamağa da kömək edir.
2. Fındıq
100 qram fındıq təxminən 630 kalori enerji verir. Yağ baxımından zəngin olan fındıq orqanizmi ən çox enerji ilə təmin edən qidalardan biridir. Qəlyanaltılara fındığı da daxil etmək, salatlara fındıq qatmaq və səhərlər günə bir neçə fındıqla başlamaq enerjinizi artırar.
3. Portağal
C vitamini yorğunluğu götürən və bədənə enerji verən ən vacib vitamindir. Orqanizmdə yığılmadığı üçün hər gün C vitamini olan qidalardan istifadə etmək lazımdır. Bunun üçün C vitamini ilə zəngin olduğu bilinən portağal yeyə bilərsiniz. Hər gün bir portağal yeməklə orqanizmin C vitamini ehtiyacının 88 faizini qarşılamaq mümkündür.
4. Kokos
Kokos yemək sağlamlığınız üçün faydalıdır. Xüsusilə yemək yeyə bilməyəndə anındaca enerji verir. Hər gün yesəniz, bədəninizin ehtiyac duyduğu enerjini əldə edə bilərsiniz. 1 kokos təxminən 354 kaloridir, tərkibində C və A vitaminləri, həmçinin kalsium və dəmir var.
5. Tünd şokolad
Kakao streslə mübarizə aparır, orqanizmə enerji verir və diqqəti artırır. Ən çox kakao tünd şokoladda olur. Antioksidant mənbəyi olan tünd şokolad yeməklə gün ərzində enerjili ola bilərrsiniz.
6. Yumurta
Günə yumurta ilə başlamaq, səhər yeməklərinə yumurta daxil etmək gündəlik enerji üçün son dərəcə vacibdir. Zülal mənbəyi olan yumurta bədənə enerji verir. Tərkibində zülaldan əlavə amin turşuları da var.
7. Yağlı balıqlar
Somon və tuna kimi yağla zəngin balıqlar enerji mənbəyidir. Tərkibindəki omeqa-3 və B12 vitaminləri ilə əzələləri və toxumaları gücləndirir və bədənə enerji verir. Həftəlik yeməklərə balıq daxil edilməsi orqanizmin daha canlı və sağlam olmasına şərait yaradır. Balıq yeyə bilmirsinizsə, balıq yağından istifadə etməyiniz məsləhətdir.
8. Lobya
Lobya yüksək qida dəyəri olan paxlalı bitkidir. Tərkibində dəmir, fol turşusu və protein var. Xüsusilə qırmızı ət yeməyənlər üçün uyğundur. Zəngin qida dəyəri sayəsində bədənə enerji verir. Həm də insanı uzun müddət tox saxlayır. Xüsusilə hamiləlik dövründə yeyilməsi tövsiyə olunur.
9. Şirin kartof
Bədəndə uzun müddət qalan və həzmi yavaş olan bəzi qidalar daha çox enerji verir. Onlardan biri də şirin kartofdur. Bol lif ehtiva edən şirin kartof gec həzm olunur. Bunun sayəsində gün ərzində bədəni enerji ilə təmin edir. Tərkibində A, C, B və B6 vitaminləri olan şirin kartof orqanizmə enerji verən kaliumla da zəngindir.
10. Qəhvə
Bədənə enerji verən qidalar sırasına qəhvəni daxil etməmək mümkün deyil. Antioksidantla zəngin olan qəhvə beyni stimullaşdıraraq onu oyaq saxlayır. Sürətlə qana qarışır və dərhal təsir göstərir, bədəni ehtiyac duyduğu enerji ilə təmin edir. Bir çox insan enerji tələb edən işə başlamazdan əvvəl qəhvə içir. Bununla belə, qəhvəni lazım olduğundan çox içmək də zərərlidir.
Ən sürətli enerji verən qida maddəsi hansıdır?
Bədəni ən sürətli enerji ilə təmin edən qida tərkibi karbohidratlardır. Ancaq həddindən artıq karbohidrat istifadəsi də mənfi hallara səbəb ola bilər. Məsələn, bədən ağırlaşar və müxtəlif problemlər meydana gələr. Lazım olan enerjini meyvə, tərəvəz və qoz-fındıq kimi qidalardan almaq daha məqsədəuyğundur.
Daha enerjili olmaq üçün hansı vitaminləri qəbul etmək lazımdır?
Bədəni ən yaxşı enerji ilə təmin edən vitaminlər B vitaminləridir. B vitaminləri bədənə daxil olan karbohidratları parçalayaraq enerjiyə çevirir. Bununla da, yorğunluq və halsızlıq problemləri azalır. B vitaminləri taxıl, ət, yumurta, yarpaqlı tərəvəzlər, paxlalılar və bir çox meyvələrdə olur. B vitamini
ehtiyacınızı sağlam qidalanaraq qarşılaya bilərsiniz.
[xeberdarliq]