Bəlkə də dünyanın ən qəribə və nadir xəstəliyi: Yad vurğu sindromu
Yad vurğu sindromu çox nadir bir xəstəlikdir və bu günə qədər yalnız 60 nəfərdə müşahidə edilib. Xəstəlik beynin danışarkən istifadə etdiyimiz əzələləri idarə edən bölgəsinin zədələnməsi nəticəsində baş verir. Dodaqlar, dil, çənə və səs telləri kimi bir çox orqanın vasitəsilə çıxarılan səslər bu zədələr nəticəsində fərqli şəkildə çıxmağa başlayır. Məsələn, həddindən artıq spirtli içki qəbul etdikdə səs qəribələşməsi və əzələlərin idarə oluna bilməməsi nəticəsində belə vəziyyət yarana bilər.
Vurğu mövzusunda ən vacib amillərdən biri sait səslərdir. Hansı saiti tələffüz etməyiniz dilinizin ağzınızdakı vəziyyətindən asılıdır (nə qədər irəlidə və ya arxada olduğu kimi). Fərqli dillərdə fərqli sait səslər var. Buna görə də vurğunu müəyyən edən bəlkə də ən mühüm məqam sait səslərdir. Yad vurğu sindromu olan insanlar üzərində aparılan araşdırmalar müəyyən edib ki, bu insanlar saitləri çıxarmaqdaproblem yaşayırlar. Beyinin zədələnməsi nəticəsində dilini idarə etməkdə çətinlik çəkən şəxslər sanki fərqli bir vurğu istifadə edirmiş kimi danışırlar.
Bu insanlar düşündükləri ləhcənin hər bir xüsusiyyətinə tam hakim olmaya bilərlər, lakin yenə də başa düşüləcək qədər oxşarlıqların olduğunu söyləmək olar. Yəni, möcüzəvi şəkildə, müəyyən bir dilin aydın vurğuya sahib olması halı yoxdur.
Bu mövzuda aparılan araşdırmaların birində insanlara yad vurğu sindromundan əziyyət çəkdiyini düşündükləri birinin nitqi dinlədilib və hansı aksentə malik olduqları soruşulub. Cavablar olduqca maraqlı idi; konkret vurğu əvəzinə bir çox fərqli cavab gəlib: fransız, Afrika, italyan, Çin, ispan və alman aksentləri.
Mütəxəssislər bu vəziyyəti belə izah edirlər: bir insanın müəyyən aksent ilə danışdığını düşündüyümüz an o aksentə uyğun gəlməyən bütün xüsusiyyətləri sıradan çıxarıb, yalnız həmin aksentə fokuslanırıq.
Sindromdan əziyyət çəkənlər arasında bəlkə də ən talesizi 1900-cü illərin ortalarında yaşamış bir qadındır. İkinci Dünya Müharibəsi zamanı partlayan bombanın yanında tapılan və başından zərbə alan bu gənc norveçli qadın alman aksenti ilə danışmağa başlayır. Daha sonra qonşuları tərəfindən alman agenti olmaqda ittiham edilir. Yaxın tarixə nəzər salsaq, 2013-cü ildə tasmaniyalı bir qadın beyninin zədələnməsi nəticəsində yenidən fransız aksenti ilə danışmağa başlayıb.
Xülasə, əcnəbi vurğu sindromu sizin möcüzəvi şəkildə xarici bir dilin aksentinə malik olmağınızı təmin etmir. Bu, danışağa kömək edən əzələləri idarə edə bilməməyiniz nəticəsində baş verir, buna görə də siz fərqli səslər çıxarırsınız və bu səslər mövcud olan fərqli aksentlərə bənzədilir.
[xeberdarliq]