Böyrək daşı necə salınır? 7 təbii müalicə üsulu
İdrarda yer alan kalsium, oksalat və urik turşusu maddələrinin kristallaşması nəticəsində daş əmələ gəlir. Böyrək daşı adlandırılan bu problemdən yüz minlərlə insan əziyyət çəkir. Kiçik daşlar idrarla birlikdə xaric olunur, lakin böyük daşlar idrarla xaric olunmadığı üçün şiddətli ağrılar yaradır. Böyrək daşı problemi və müalicə üsulları ilə bağlı ətraflı məlumatı təqdim edirik.
1. Limon və zeytun yağı
Öd kisəsi daşını salmağa kömək edən limonla zeytun yağı qarışıgı böyrək daşını da xaric etməyə kömək edir. 4 xörək qaşığı təzə limon suyu ilə eyni miqdarda zeytun qayığını qarışdırı. Bol su içdikdən sonra bu qarışığı için. Tərkibindəki sitrik turşusu sayəsində limon böyrək daşını əridərək tökür.
2. Alma sirkəsi
Alma sirkəsi böyrək daşının əriməsinə kömək edir. Bu müalicəni tətbiq edərkən bir stəkan suya iki qaşıq alma sirkəsi əlavə edib təmiz balla qarışdırın. Gündə iki dəfə qəbul edin. Nəticəsi ürəyinizcə olacaq.
3. Atquyruğu bitkisi
Genetik böyrək daşı yaranması riski daşıyanlar üçün təsirli bir təbii qida mənbəyi olan atquyruğu çay halında istifadə edildikdə böyrək daşı yaranmasının qarşısını alır. Orqanizmdəki kalsium nisbətini tarazlayan atquyruğu böyrəyin müalisəsində istifadə olunur.
4. Reyhan
Reyhan çayı böyrək sağlamlığı və böyrək daşının yox edilməsi üçün faydalıdır. Reyhan suyunu balla qarışdıraraq içə bilərsiniz. Təmiz reyhan suyundan istifadə etmək böyrək daşlarının idrar yolundan xaric edilməsini asanlaşdırır.
5. Gicitkən
Böyrəklərə və idrar yoluna yaxşı təsir göstərən gicitkən sidik kisəsinin iltihabının qarşısını alır. Gicitkən çayını hazırlamaq üçün qaynar suya gicitkən yarpaqları atın və dəmlənməsini gözləyin. Bir həftə istifadə edin.
6. Qara hindiba kökü
Böyrəkləri və idrar yolunu təmizləyən qara hindiba kökü böyrək daşı problemini aradan qaldırır. Diqqət edin ki, qara hindiba kökü orqanik olsun.
7. Nar
Bir çox sağlamlıq probleminə yaxşı təsir göstərən nar böyrək daşı müalicəsində də istifadə olunur. Narın suyunu içə və dənələrini yeyə bilərsiniz. Böyrək daşını salan bitki çayları
1. Qarahindiba çayı
Qarahindiba çayı idrar yollarının təmizlənməsi və rahatlanmasına kömək edir. Bunun sayəsində böyrək daşları ifrat ağrıya səbəb olmadan salınır.
2. Atquyruğu çayı
Orqanizmdə kalsium yaranmasına kömək edən və tarazlaşdıran atquyruğu çayı böyrək problemini həll edir. Davamlı şəkildə içildikdə ifrazat sisteminin davamlı işləməsinə kömək edir.
3. Avokadolu bitki çayı
Mədə ağrısı, ishal, dəri yaraları, astma, baş ağrısı və bel ağrısı zamanı bu bitki çayından istifadə edə bilərsiniz. Xüsusən ifrazat sistemini tənzimləyən avokadolu çay böyrək daşlarına birbaşa təsir edərək asanlıqla salınmasını təmin edir.
Böyrək daşının növləri və yaranma səbəbləri
1. Kalsium daşları
Kalsium daşları ən çox rast gəlinən böyrək daşı növüdür. Əsasən 23-30 yaşlı kişilərdə olur. Daşın yaranmasına səbəb olan kalsium oksalat, fosfor kimi maddələrlə birləşir. Kalsiumla birləşən oksalata ispanaqda bəzi digər qidalarda rast gəlinir.
2. Sistin daşları
İdrarda yer olan sistin nisbətinin artması ilə böyrək daşı yaranması baş verir. İdrardakı sistin sistinuri adlı xəstəlikdən dolayı yaranır. Sistinuri nəsildən-nəsilə keçən genetik xəstəlikdir.
3. Struvit daşları
Struvit daşları əsasən idrar yolu infeksiyası ilə tez-tez üzləşən qadınlarda yaranır. Struvit əslində bir mineraldır və böyrəkdə yığılır. Struvit daşları sürətlə böyüyərək sidik kisəsi və idrar yolunu tuta bilər.
4. Urik turşu daşları
Urik turşu daşları əsasən kimyaterapiya alan insanlarda yaranır. Urik turşu daşları qut xəstəli olan insanlarda da daha geniş yayılıb.
Böyrək daşının əlamətləri
Ağrı: Qarın bölgəsində, qarnın yanlarında və belin alt hissəsində şiddətli ağrı baş verir.
İdrarın rəngi: Xəstənin idararı notmaldan daha tünd və pis qoxulu olur. Bəzi xəstələrin idrarında qan da ola bilər.
Tez-tez idrara çıxmaq: Böyrəkdəşi daş idrar yolundan sidik kisəsinə doğru irəlilədiyi üçün xəstə daha çox tualetə getmə ehtiyacı duyur. Həmçinin sidik gələrkən ağrı olur.
Böyrək daşının müalicəsi
Böyrək daşının müalicəsində istifadə olunacaq üsul böyrək daşının böyüklüyünə və xəstədə yaratdığı simptomlara görə dəyişir. Xəstənin böyrək daşı kiçikdirsə, hər hansı müalicə edilmədən idrarla birlikdə xaric edilir. Daş üst idrar yollarına doğru irəlilədikdə xəstənin ağrıları da artır. Həkim ağrıkəsici dərmanlar yaza bilər. Ağrı kəsmədikdə və idrarın xaric olunmasında problemlər yarandıqda həkim əməliyyata baş vura bilər.
Böyrək daşı əməliyyatı növləri
1. Litoyripsi: Bu üsulda böyrəklərdə və üst idrar yollarında yer alan kiçik daşlar şok dalğası üsulu ilə yox edilir. Daha sonra parçalanmış daşlar idrar yolu ilə xaric olunur.
2. Perukan Nephrolithotomy: Endoskopiya üsulu ilə tətbiq olunan əməliyyat növüdür. Bu əməliyyat zamanı kiçik bir kəsik açılaraq daşlar böyrəklərdən təmizlənir.
Böyrək daşı necə salınır?
Böyrəyin bəzi hissələrindəki daş heç zaman düşməyə bilər, bəzi yerlərindəki daşlar isə asanlıqla salınır. 6 mm-dən böyük daşlar asanlıqla düşmürlər. 4-6 mm arasında olan daşlar öz-özünə və ya müdaxilə yolu ilə düşür. 4-5 mm-dən kiçik olan daşlar asanlıqla düşürlər. Böyrəyində daş olan insan çoxlu maye qəbul etməlidir. Bəzi dərmanlardan da istifadə edilir. Böyrək daşı salınarkən baş verən ağrını azaltmaq üçün ağrıkəsici atıla bilər. Amma bunun faydası çox da böyük olmur.
Böyrək daşına ən çox kimlərdə rast gəlinir?
1. Ən çox 20-40 yaşlar arasında müşahidə olunur.
2. Kişilərdə qadınlarla müqayisədə daha çox olur.
3. Uşaqlarda da ciddi metabolizma problemləri və ya infeksiyalarla əlaqədar olaraq yarana bilər.
4. Sosio-ekonomik olaraq aşağı səviyyələrdə olanlarda daha çox olur, çünki qidalanmanın təsiri böyükdür.
5. Oturaq işdə çalışanlar və az hərəkət edənlər insanlarda daha çox müşahidə edilir.
6. Yatalaq xəstələrində və ya doğuşdan sonra idrak yolu, böyrək problemi əmələ gələn insanlarda daha çox olur.
7. Böyrəklərdəki xarici maddələrdən qaynaqlanan daş yaranması da baş verə bilər.
[xeberdarliq]