Depressiya nədir? Simptomları, müalicəsi və qarşısının alınması yolları
İnsanın gündəlik həyatına birbaşa təsir edən və özünü pis hiss etməsinə səbəb olan depressiya uzun müddət davam edə bilən bir narahatlıqdır. Xəstəlik insanda bir çox mənfi əlamətlər göstərir. Motivasiyanın olmaması, dəyərsizlik hissi, bədbinlik və bədbəxtlik kimi bu əlamətlər həyatımıza mənfi təsir edir.
Depressiyanın səbəbləri
Depressiyanın səbəbləri arasında iş həyatındakı çətinliklər, doğuş prosesi, maddə istifadəsi, mövsüm dəyişikliyi, travma və çox düşünmək yer alır. Depressiyada olduğunuzu düşünürsünüzsə, bu səbəblərin həyatınıza olan təsirlərini minimuma endirməlisiniz.
Depressiya hər yaşda müşahidə oluna bilən bir xəstəlikdir. Bu, insanın həm fiziki, həm də psixi sağlamlığına ciddi təsir göstərir. Buna görə də mümkün qədər tez müalicə edilməlidir.
Depressiyanın əlamətləri hansılardır?
Depressiyanın əlamətləri bədbinlik, qərar verməkdə çətinlik, yuxuya gedə bilməmək, həzz almamaq, əsəbilik, gərginlik, yorğunluq hissi, içki və ya siqaret istifadəsinin artması, özünə zərər vermə düşüncələri, günahkarlıq hissi, narahatlıq və ümidsizlikdir. Bunlar depressiyanın ümumi əlamətləridir. İnsandan-insana dəyişsə də, bu simptomlar tez-tez baş verir. Buna görə də, bu simptomları özünüzdə görürsünüzsə, bir mütəxəssisdən kömək almağı düşünməlisiniz.
Depressiyanın qarşısını necə almaq olar?
Depressiyanın qarşısını almaq üçün edə biləcəyiniz bir çox şey var: sosial cəhətdən aktiv olmaq, hobbi ilə məşğul olmaq, idman etmək, stressə nəzarət etmək və psixoloji möhkəmlik səviyyənizi artırmaqdır.
Depressiya hansı yaş dönəmində baş verir?
Ən çox 20-30 yaşlarında müşahidə olunan depressiya, hər yaşdan insanın məruz qaldığı bir narahatlıqdır. Bu narahatlıq kişilərdə qadınlara nisbətən demək olar ki, iki dəfə çox olur. Bunun əsas səbəbi kişilərin belə hallarda mütəxəssis köməyi almaqdan boyun qaçırmalarıdır.
Depressiya ciddi bir xəstəlikdirmi?
Depressiya ciddi bir xəstəlikdir və ciddi qəbul edilməlidir. Şiddətli depressiyaya girən insan bir müddət sonra işləyə bilmir. İş həyatına əlavə olaraq sosial həyatın da pisləşməsi ilə intihara cəhd ehtimalı artır. Mütləq şəkildə müalicə olunmalıdır.
Depressiyadan qurtulmaq üçün nə etmək lazımdır?
1. Təmiz hava alın
Gecə ərzində otaqda yığılan hava əvəzinə təmiz hava almaq yuxunuzu açacaq və əhvalınızı yüksəldəcək.
2. İdmanla məşğul olun
Hərəkət etmək bütün bədəninizə və ruhunuza fayda verəcəkdir. İdman gündəlik həyatın stressindən qurtulmağın ən yaxşı yoludur.
3. Şəkər istifadəsinə fikir verin
Əhvalınız pis olanda daha çox şirniyyat yemək istəyirsiniz. Şirniyyat və şokolad yediyiniz zaman bədən xoşbəxtlik hormonu ifraz edir. Ancaq qədərindən artıq istifadə şəkərə qarşı asılılıq yarada bilər. Nə qədər şəkər qəbul edilirsə, bədən bir o qədər çox yorulur. Bu balansı tapmaq lazımdır.
4. Sosial həyatınıza vaxt ayırın
Yorucu iş rejimi sosial həyatın ikinci planda olmasına səbəb olur. Bunun baş verməsinə imkan verməyin, dostlarınız, ailəniz, qohumlarınızla daha çox vaxt keçirin. Bu şəkildə müxtəlif mövzularla fikrinizi dağıda bilərsiniz.
5. Plan qurun
Tətildə yatmaq əvəzinə özünüz və ya dostlarınız üçün planlar qurun. Bu, pul xərcləməli olduğunuz bir səyahət olmaq məcburiyyətində deyil, piknik və ya təbiət gəzintisi də yaxşı təsir göstərəcək.
6. Konsentrasiya olmağa çalışın
Ruhi balans üçün bəziləri yoqa və ya meditasiya edir, bəziləri isə bu balansı ibadətlə tapır. Sizin üçün ən yaxşı olanı etməlisiniz. Konsentrasiya olmaq çox vacibdir.
Depressiyanın müalicəsi
Həkim əvvəlcə xəstəliyə dəqiq diaqnoz qoymalıdır. Xəstəliyin müalicə prosesi depressiyanın gedişinə görə dəyişir. Daha yüngül hallarda depressiyanın müalicəsi üçün ən çox seçilən üsul psixoterapiyadır.
Xəstəliyi daha ağır olan insanlar dərmanla müalicə olunur.
Həkiminiz xəstəliyin gedişatına uyğun müalicə prosesi seçdikdən sonra bu üsulu tətbiq etməyə başlayır. Bu üsulla yanaşı, dəstəkləyici müalicə üsullarından da istifadə edilə bilər. Həkiminizin razılığını almaq şərti ilə proses boyu müxtəlif müalicə üsullarından kömək ala bilərsiniz.
[xeberdarliq]