Dilin kökündə qabarcıqlar yaranmasının səbəbi nədir?
Dil, istifadəsi baxımından olduqca önəmli bir mövqeyə malikdir. Yemək, dad almaq tez-tez etdiyimiz proseslərdir. Qabarcıqlar bu funksiyalara maneə törədə bilər, buna görə də müalicəyə ehtiyac var.
Dil ən güclü əzələ quruluşuna malik orqanlardan biridir. Dildə əmələ gələn qabarcıqlar ağrılara səbəb olur. Buna görə də insanlar danışmaqda və özünü ifadə etməkdə çətinlik çəkə bilərlər. Dilin kökündə yaranan qabarcıqların səbəbləri bunlardır: dili dişləmək, immunitet zəifliyi, yetərsiz qidalanma, allergik maddələr, siqaret çəkmək, kavaski sindromu, dil yaralanmaları, xərçəng və bəzi infeksiyalar.Dilin kökündə yaranan qabarcıqları necə aradan qaldırmaq olar?
Bu cür şikayətlərlər olduqda mütləq həkimə müraciət edilməlidir. Müalicə prosesləri lezyonlar səbəblərinə görə dəyişir. Qabarcıqları aradan qaldırmaq üçün bəzi üsulları sınaqdan keçirmək olar. Bunlar aşağıdakılardır:
- Ağız qulluğuna davamlı olaraq riayət etmək
- Tez-tez qarqara etmək
- Nanə yarpağı gecələr rahatlıq verir
-Nanə yarpağı və çobanyastığı çayı ilə qarqara etmək
- Yaraya bal sürtmək
Bu üsullardan istifadə edə bilərsiniz. Lakin bunlar mütəxəssis tövsiyəsi ilə icra olunmalıdır. Daha sonra vitamin testləri aparılmalıdır. Vitamin əskikliyi aşkarlanarsa, lazımi vitaminlər tətbiq olunmalıdır. Qabarcıqlara təsir edən qidalara üstünlük verilməməlidir. Turş və ədviyyatlı qidalar dildəki qabarcıqlara mənfi təsir edə bilər. Siqaret və spirtli içkilərdən uzaq durmaq lazımdır.