Dolça bürcü haqqında hər şey

Dolçanın müasir astrologiyada Uran, klassik astrologiyada Saturn planetinin enerji sahəsində olduğu düşünülür. Bu bürcdən olan insanlar sürprizlərlə dolu bir şəxsiyyətə sahibdirlər. Dolçalar bu dünyada çox rahat deyillər və ətraflarına çox rahatlıq vermirlər. Şüurları həmişə gündəlik olmayanlara, hələ deyilməyənlərə yönəlir.

Prioritetlərini müəyyənləşdirməkdə və resurslarından səmərəli istifadə etməkdə bəzən problem yaşayırlar. Onlar üçün hadisələrin istiqamətini, bir insanın orta davranış aralığını, bir işin potensialını anlamaq çətindir.

Ətrafları geniş və bir-birindən tamamilə fərqli insanlarla doludur. Hər yerə getmək, hər şeyi bilmək, hər cür insan cəmiyyətini anlamaq istəyirlər. Yeni dairələrdə hərəkət etmək öz hüdudlarından kənara çıxmaq kimi hissi yaradır.

Onların dostluğu əyləncəlidir, amma onlardan aşırı həssaslıq gözləməyin! Dərdlərinizə və xoşbəxtliyinizə məntiq və bilik çərçivəsində ortaq olurlar. Dolçaların bacarıqlarının dairəsi genişdir. Ancaq bilik və bacarıqlarını həyatda istifadə etmə qabiliyyətləri zəif ola bilər.

İnsanlardan nəyi necə tələb etməyi bilmirlər.

Dolça bürcü

Təhsildə parlamağa meyllidirlər. Texnologiya və elmə çox maraq göstərirlər. Alim, mühəndis, tədqiqatçı-jurnalist, müəllim - xüsusən də universitet professoru kimi peşələrdə bir çox dolça ilə qarşılaşırıq. Televiziya və film sənayesində də uğurludurlar.

Mənəvi inkişafa önəm verirlər. Ancaq onların dini qəliblərə sadiq qalmalarını gözləmək lazım deyil. Dinlərə deyil, kainatın memarına inanırlar və onun yaratdığı qüsursuz işlər görmək həvəsi ilə yaşayırlar. Həyat ritmini, canlı orqanizmdəki qüsursuz axın, beynin fəaliyyəti, insanın hüceyrədən yaranması onlar üçün heyrətləndiricidir.

Dolça və əlaqələr

Dolça qarışıq şəbəkələrdə görünsə də, tənha insandır. Özünə qapılıb və anlaşılmaqda çətinlik çəkir.

Cinsi mövzuda çox da oyanıq deyillər, lakin həzz aldıqda mühafizəkarlığı bir kənara qoyurlar.
Davamlı və nizamlı bir əlaqə qurduqda dolçanın ən maraqlı formasını görmək olar. Diqqətə, qayğıya, əzizlənməyə möhtacdırlar. Həyat ortaqlarına verdiyi vədləri yerinə yetirir və onlara yaxşı qulluq etməyi şərəf məsələsi edirlər.

Çətin görünən münasibətlərə baş vurmağı sevirlər.

Tərəzi və əkizlər ilə təbii münasibətləri var. Münasibətləri dinamik olduğu üçün həzz alırlar. Ancaq həyat hədəfləri fərqlənməyə başladıqda, hər iki tərəf də öz yollarını tətbiq edə bilər.

Dolça bürcü haqqında

Od qrupu nümayəndələri, xüsusən şirlərlə sevgi münasibətindən həzz ala bilərlər. Ancaq sonsuz eqo ziddiyyətləri və çox fərqli düşüncə mərkəzləri onların ünsiyyətinə zərər verə bilər.

Dolça, ümumdünya problemlərinə gündəlik olmayan həll yolları gətirməyə çalışan bir bürcdür. Həyata qabın xaricindən baxmağa çalışır. Qoç, oxatan və şir kimi bürclər isə həyatın mərkəzində olmağı sevirlər. Ağılla deyil, cazibə və xarizma ilə irəliləməyə meyllidirlər.

Torpaq qrupu ilə çox mübarizə aparırlar! Çünki torpağın sərtliyi və ayaqlarını yerə qoymaq istəyən təbiət dolça bürcünə ziddir. Buğa ilə romantik bir əlaqə qurmağa daha meylli ola bilərlər. Qız və oğlaq ilə sevgidən daha çox cinsi cazibə yaşayırlar.

Dolça və karyera

Dolça bürcü şəkli

Dolçalar qeyri-adi beyinləri və üsyankar davranışlarına baxmayaraq yaxşı tələbələrdir. Anlamaq, təhlil etmək, başa düşməkdən zövq alırlar.

Bu səbəbdən riyaziyyat, mühəndislik, kompüter və rabitə texnologiyaları, mikrobiologiya kimi sahələrə maraq göstərirlər.

Hətta sənətkarlıqları da fövqəladədir. James Dean, James Spader, Jack Lemmon, Laura Dern, Jeanne Morreau, Geena Davis kimi məşhurlar dolça bürcündəndir.

Nə etsələr də, öz sahələrində yeni bir cığır açırlar. Məşhur alim Tomas Edison da dolçadır. Həmçinin Qalileo Qaliley və Çarlz Darvin də bu bürcün nümayəndəsidir.

Dolça və sağlamlıq

Dolçalar qəribə xəstəlikləri olan insanlardır. Ancaq Ayları və Merkuriləri kəskin bucaqlar almasa, səhhətləri qaydasında oar.

Kramplar, ani qanaxma, zəhərlənmə kimi simptomları olan xəstəliklərə meyllidirlər.

Thiamin çatışmazlığı səbəbindən sinir gərginliyi yaşamaları mümkündür.

Kifayət qədər E vitamini, kalium və bioflavonid ala bilsələr, kapilyarlarda və qan təzyiqində daha az problem yaşayarlar.

Dolçanın yolu

Dolça bürcü logosu

Dolça bürcünün həyat yolunda öyrənməli olduğu bir neçə vacib dərs var. Ən əsası daim fürsətləri görməyə və səhv ola biləcək şeylərə düzən verməyə çalışarkən əsl riskin insan faktoru olduğunu bilməlidir. Hər şeyə insan davranışlarının səbəb olduğunu tez-tez unudurlar.

Dolça insanlıq üçün bir şey etmək üçün əvvəlcə insanı mühakimə etmədən sevməyi və səbirlə xidmət etməyi qəbul etməlidir.

Dolçalar yaşadıqları hər sistemlə ziddiyyətdə olmağın var oluş məqasədi olduğunu zənn edirlər.

Həyatda böyük bir hərəkət etməzdən əvvəl şərtləri diqqətlə qiymətləndirmək və axına təsir edəcək bütün amillərin atılacaq addım üçün uyğun olduğundan əmin olmaq lazımdır. Ancaq bu addımı atdığımız zaman ümid etdiyimiz nəticəni əldə edəcəyimizə zəmanət yoxdur! Çünki insan ağlı hər gün 4 milyon məlumata məruz qalır, lakin onlardan iki minini qiymətləndirə bilir. Bu səbəbdən, axındakı bilinməyən və diqqət çəkməyən komponentlər səbəbindən ən mükəmməl qurğu belə "yararsız" ola bilər.

İnsanın işi çox səy göstərməkdir, nəticəni qiymətləndirmək deyil.

Yəni, sistemin yalnız kainatın mükəmməl quruluşuna vasitəçi olmağı qəbul edən əllərə, beyinlərə, səslərə və üzlərə ehtiyac var.

Yazar: İlk yazar