Dünyada girməyin mümkün olmadığı və qadağan olunmuş 10 yer
Dünyada giriş qadağan olunmuş və yalnız xüsusi icazələrlə girməyin mümkün olduğu yerlər mövcuddur. Həmin əraziləri sizin üçün araşdırmışıq.
Həmin sirli ərazilərin bağlı saxlanılmasının müxtəlif səbəbləri var. Sözügedən yerləri təqdim edirik.
1. Haven Co: İngiltərə
II Dünya müharibəsi zamanı alman təyyarələrinin hücumuna qarşı inşa olunmuş, dənizin ortasında bir qaladır. Bu qala özü özünü idarə edə bilmək üçün qurulub. Bura yalnız səlahiyyəti çatan şəxslər və Kraliyyət ailəsinin üzvləri girə bilərlər. Burada nəyin mühafizə olunduğunu az adam bilir. 2008-ci ildə bağlanıb.
2. Fort Knox: ABŞ
Ordu düşərgəsi olan qala həmçinin qızıl ehtiyatları və tarixi əsərlərin qorunduğu yerdir. Vacib tarixi avadanlıqlar da burada saxlanılır. Bölgə xüsusi qaydada mühafizə olunur. Eyni zamanda 22 tonluq qapıyla qorunur. Çoxlu təhlükəsizlik kamerası quraşdırılıb.
3. 51-ci bölgə
Gizli hava sahəsi və test ərazisi adlandırılan 51-ci bölgə Nevadada yerləşir. Yüzlərlə sensor və hərbçi tərəfindən qorunan bölgəyə icazəsiz daxil olanlar öldürülə bilər. ABŞ prezidenti belə icazə ilə buraya gəlir. Bunun səbəbi isə gizli saxlanılır.
4. Mormon kilsələrindəki gizli depo: ABŞ
Mormon kilsələri Utah əyalətindədir. Yerin 600 metr dərinliyində olan depolarda ən böyük soyağacı qeydləri və tarixi məlumatlar saxlanılır. Əraziyə hər şeyə nəzarət edən sensorlar quraşdırılıb.
5. Nyu-York Federal Ehtiyatlar Bankı: ABŞ
Dəniz səviyyəsindən 60 metr aşağıda inşa edilən bankda dünya qızıl ehtiyatlarının 25%-i saxlanılır. Bankın ərazisi xüsusi təlim keçilmiş snayperlər tərəfindən qorunur.
6. Bord Lane avtoparkı: İngiltərə
Buraya avtomobilllərini park edənlər oğrulardan heç qorxmurlar. Çünki bura İngiltərənin ən təhlükəsiz ərazisidir. Biletiniz yoxdursa, içəri girə bilmərsiniz. İçəridə hərəkət sensorları var. Avtomobillərin hər hansının siqnalizasiyası işə düşdükdə hər yer avtomatik olaraq bağlanır.
7. Tunnen çayı: Şimali Koreya
Rusiya və Şimali Koreya arasındakı körpü buradadır. Gəzmək istəyənlər üçün yaxşı məkandır. Şimali Koreya əsgərləri tərəfindən qorunur.
8. Koreya əsgərdən uzaqlaşdırılmış bölgə
Şimali və Cənubi Koreya arasındakı əlaqəni təmin edən adadır. 250 km uzunluğunda və 4 km genişlikdə olan bu ada adının əksinə olaraq dünyada ən çox əsgər və silahın olduğu yerdir. Qorunması olduqca yüksək səviyyədə təşkil edilib. Nəsli tükənməkdə olan heyvanlar və bitkilər burada saxlanılır.
9. The Greenbrier: ABŞ
"Greenbrier Hotel" adı altında inşa edilmiş bu yerin məqsədi nüvə partlayışı zamanı konqres üzvləri və rəhbərin 30 il ərzində burada qala bilməsidir. 25 ton ağırlığındakı qapı nüvə partlayışına davamlıdır. Ərazi hər cür qida və içkilərlə təmin olunub.
10. Cheyenne dağı: ABŞ
Qranitlə qorunan Cheyenne dağıdındakı kompleks ABŞ Kosmik Komandanlığı və Şimali Amerika Ordusuna xidmət edir. Xüsusi şəkildə qorunur. Tunellər sərt qranitdən ibarətdir. Nədənsə Şimali Amerika Ordusuna xidmət mərkəzi başqa bir əraziyə köçürülüb.