Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ qalmaq cəsarət tələb edir. Ona görə ki, havanın temperaturu -90 dərəcəyə və ya daha çox düşə bilər. Həmin ölkələri təqdim edirik.
1. Antarktida
Antarktida soyuq olmaqla yanaşı, dünyanın ən quraq ərazisi kimi də tanınır. Antarktika qitəsində bəzi dövlətlərin tədqiqat stansiyaları var. Burada minə yaxın insan yaşayır. Qitənin bəzi bölgələrində əsrlərdir yağış yağmadığı müəyyən edilib. Ən aşağı temperatur -60 ilə -80 dərəcə arasında, ən yüksək temperatur isə -12 dərəcə olaraq qeydə alınıb.
2. Oymyakon – Rusiya
Rusiyanın iki ən soyuq bölgəsi Oymyakon və Yakutskdur. Bu iki ərazidə azacıq diqqətsizlik insanın sonuna səbəb ola bilər. Bölgədə qış aylarında -50/-58 dərəcə, yay aylarında isə -10 dərəcə temperatur müşahidə olunur. Bu hava şəraitinə baxmayaraq, şəhərin 200 min əhalisi var. Bölgədə temperatur çox aşağı olduğu üçün balıq və dondurulmuş heyvan istehlakı çox yüksəkdir. Nəqliyyat vasitəsi olan sakinlər üçün qızdırılan dayanacaqlar mövcuddur. Avtomobilinizi dayanacaqda deyil, çöldə qoysanız, yararsız hala düşə bilər.
Dünyanın ən soyuq məskunlaşan kəndi kimi adından söz etdirən Oymyakonun əhalisi 800 nəfərdir. Havanın temperaturu -72 dərəcəyə çatan bu kənddə qışda elektron cihazlarından və nəqliyyat vasitələrindən istifadə etmək mümkün deyil.
3. Qrenlandiya
Dünyanın ən böyük adası olan Qrenlandiya, Atlantik okeanının şimalında yerləşir. Yayda temperaturun - 7, qışda -40 dərəcə olduğu bu adada 57 min insan yaşayır. Şəhərin mərkəzi adanın qərb sahilində yerləşir. Xarici siyasətində Danimarkadan asılı olan Qrenlandiyada Skandinaviya mənşəli insanlar yaşayır.
4. İslandiya
Şimal qütbünə yaxın olsa da, Holfstrim cərəyanına görə ölkədə qış digər şərq ölkələrinə nisbətən daha mülayim keçir. Yayda temperatur 29 dərəcəyə yüksəlir, qışda isə -49 dərəcəyə qədər enir. İyun ayında günəş 18 gün batmır.
5. Kanada
Şimal qütbünə yaxın olan Kanadanın qış iqlimi də kifayət qədər sərtdir. Qışda temperatur -40 ilə -45 dərəcə arasında dəyişir. Təbii gözəllikləri ilə göz oxşayan Kanadada yay fəslində havanın temperaturu 35 dərəcəyə qədər arta bilir.
6. Alyaska
Ərazi baxımından Amerikanın ən böyük, əhalinin sıxlığına görə isə ən az olan ştatıdır. Alyaska 1867-ci ildə Rusiya İmperiyasından satın alınıb. Alyaskada yay çox sərt olmasa da, qışda temperatur -30 dərəcəyə qədər yüksəlir. Alyaskanın şimal bölgəsi donmuş torpaqlara malikdir.
7. Qazaxıstan
Qazaxıstan həm qış, həm də yay mövsümünün çox sərt keçdiyi ölkələrdən biridir. Xüsusilə dərə və düzənliklərdə sərt kontinental iqlim xüsusiyyətləri hökm sürür. Temperatur bölgədən-bölgəyə görə dəyişir. Bəri ərazilərdə qışda temperatur -20 dərəcəyədək enir. Qışda əsən qasırğalı küləklər şəraiti daha da çətinləşdirir.
8. Finlandiya
Qış boyu ağ örpəyə bürünən Finlandiyanın cənubunda temperatur -30 dərəcə civarında olarkən, şimalına doğru -40 dərəcəyə qədər yüksəlir. Yay aylarında günəş çox gec batdığından, temperatur -10 dərəcəyə qədər artır. Şimal işıqlarını izləmək mümkün olduğu Finlandiya dünyanın ən soyuq ölkələri sırasındadır.