
Müxtəlif mağazaların 8 Mart aksiyaları - Endirimlər, Hədiyyələr
Qadın böyük bir qüvvədir. Onun ruhu həyatımıza dərinlik və unudulmaz anlar bəxş edir. Zərif eyni zamanda möhkəm iradəsi ilə ilham qaynağı olur, qayğısı və sevgisi ilə dünyamızı gözəlləşdirir. Onların mərhəməti ruhumuzu qidalandırır, varlığı isə həyatımıza rəng qatır. Qadınlar bizə sonsuz gözəlliklər bəxş edir və onlara nə qədər təşəkkür etsək yenə də azdır. Çünki onların baxışlarında, hisslərində və duyğularında saysız-hesabsız dərinlik var. Məhz bu səbəbdən onların qəlbini fəth edəcək doğru seçimlər tapmaq bəzən ən çətin, amma ən dəyərli işə çevrilir. Bütün dünyanın bir nöqtədə görüşdüyü 8 Mart tarixi də xanımların həyatımızda nə qədər dəyərli olduğunun necə deyərlər elə beynəlxalq nümunəsidir.
Ölkəmizdə də qeyd olunan Beynəlxalq Qadınlar Günü xanımlarımıza nə qədər dəyərli olduqlarını xatırlatmaq üçün gözəl bəhanədir. Gəlin zərif cinsin nümayəndələrinə ala biləcəyiniz münasib və endirim dolu hədiyyələrlə tanış olaq. Sizin üçün müxtəlif mağazalarda elan olunan 8 Mart kampaniyalarını bir araya topladıq.
Elektronika mağazaları
Kontakt Home
Kontakt Home qadınlar günü ilə bağlı bu il “Seçimini özün et” adlı kampaniya elan edib. Xanımlar üçün 3-10 mart tarixləri aralığında istənilən məhsulu 50% endirimlə əldə etmək olar. Aksiya yalnız nağd alışlar üçün keçərlidir.
Baku Electronics
Baku Electronics-də qadınlar gününə özəl nağd alışda 50%-dək endirim kampaniyası elan olunub. Həmçinin endirimli qiyməti ilkin ödənişsiz və faizsiz 24 ayadək bölmə imkanı da var. Smartfonlar, notbuklar, elektronika məhsulları, məişət texnikası və digər bir çox məhsulları sərfəli qiymətlərlə əldə edə bilərsiniz.
İrşad
İrşad qadınlar bayramı münasiətilə bütün məhsulları ilkin ödənişsiz və 24 ayadək faizsiz şərtlərlə əldə etmək şansı yaradır. Zərif qəhrəmanların könlünü fəth edəcək bu təklif 01.03-09.03.2025 mart tarixləri üçün keçərlidir.
Worldtelecom
Mağaza müştərilərə 05.03 - 15.03.2025 mart tarixləri aralığında bütün məhsullarını 18 ayadək hissəli alışla əldə etmək fürsəti yaradır.
Music Gallery
Mağazada smartfonlardan notbuklara, məişət texnikasından televizorlara qədər bütün məhsulları ilkin ödənişsiz, komissiyasız və 18 ay faizsiz hissəli ödənişlə əldə etmək imkanı var. Bundan əlavə, nağd alış zamanı 50%-dək endirimlər və seçilmiş məhsullarda endirimli qiyməti 6 aya bölmək imkanı mövcuddur. Kampaniya 10.03.2025-ci i tarixinə qədər keçərlidir.
Məişət əşyaları və mebel mağazaları
Karaca 8 Mart endirimləri
Cehizlik əşyalarını bu mağazadan almaq xəyalnda olan xanımlar üçün Karaca-da 70% endirim var. Həmçinin əzizlərinizə buradan müxtəlif hədiyyələr ala bilərsiniz. Qeyd edək ki, mağaza uzun illərdir ki, müxtəlif ölkələrdə istehsal olunan keyfiyyətli məhsulları ilə seçilir.
skandinaviya evi 8 Mart endirimləri
Mağazada bayram bayrama qarışıb. Belə ki, həm 8 mart, həm də Novruz bayramı münaisbətilə mart ayının sonunadək müxtəlif məhsullara 70%-dək endirimlər tətbiq olunur. Qab-qacaq, mebellər, məişət əşyaları və bir çox məhsulları sərfəli qiymətlərlə əldə edə bilərsiniz.
Embawood 8 Mart endirimləri
Məşhur mebel mağazasında 7-9 mart tarixlərində inanılmaz fürsətlər sizi gözləyir. Seçilmiş məhsullara böyük endirim kampaniyası çərçivəsində nağd alışda 50%-dək, kreditli alışda isə 20% endirim mövcuddur.
Madeyra 8 Mart endirimləri
Zərif xanımlara dəyərli hədiyyələr yaraşar. Odur ki Madeyra-da xanımlar üçün özəl olaraq elan olunan nağd alışa 30%-dək endirim kampaniyasından yararlanmağa tələsin. Qeyd edək ki, endirim yataq, döşək, yumşaq və gənc dəstlərindən seçilmiş məhsullara şamil olunur.
Mobil operator şirkətləri
Azercell 8 Mart kampaniyası
Azercell və HONOR şirkətləri qadınlar gününə özəl xüsusi kampaniya elan edir. Belə ki, seçilmiş HONOR smartfonu və ya planşeti alarkən müştərilərə HONOR Choice X7 Lite simsiz qulaqlığı və 2 ay ərzində istifadə edə biləcəkləri 30GB internet hədiyyə olunur. Kampaniya yalnız diler mağazalarında keçərlidir.
Kosmetika və ətriyyat mağazaları
Adore 8 Mart aksiyası
Adore və Sabina mağazalar şəbəkəsi 10.03.2025-ci il tarixinədək xanımlara ətriyyat və kosmetika məhsullarını 50%-dək endirimlə əldə etmək fürsəti yaradır.
Soel.parfum 8 Mart aksiyası
Məşhur ətriyyat mağazası qadınlar günü münasibətilə kampaniyaya start verib. Belə ki, 01.03-16.03.2025-ci il tarixlərində 3 ədəd 50ml ətir aldıqda 1ədəd isdənilən 50ml ətir, 2 ədəd 100ml ətir aldıqda 1 ədəd 100ml ətir hədiyyə olunur. Həmçinin mağazada müxtəlif ətirlərə endirimlər tətbiq olunur, ətirləri xüsusi hədiyyə qutularında əldə edə bilərsiniz. Məs.: qutunun üzərinə sevdiklərinizin adını lazerlə yazdıra bilərsiniz.
odore.parfume 8 Mart aksiyası
Xanımların özəl günündə onları hədiyyəsiz qoymayan mağaza bütün məhsullara 10%-dək endirim təklif edir. Üstəlik hədiyyəlik bükülmə və Bakı daxili çatdırılma ödənişsizdir.
yvesrocher.az 8 Mart hədiyyəsi
Mağazada qadınlar gününə özəl seçilmiş məhsullar üzrə 50%-dək endirimlər mövcuddur. Həmçinin xanımlar üçün sərfəli qiymətlərlə hədiyyəlik dəstlər də təklif olunur.
arzumbeauty 8 Mart aksiyası
Mağazalar şəbəkəsi 10.03.2025-ci il tarixinə qədər bütün filiallarında fərqli məhsullar üçün möhtəşəm endirimləri ilə xanımların yolunu gözləyir. Həmçinin mağazada hədiyyəlik setlər və hədiyyə kartları mövcuddur.
goldenroseazerbaijan 8 Mart aksiyası
Məhsulları ilə qadınların qəlbini oxşayan mağaza xanımlar üçün 50%-dək endirimlərdən yararlanmaq imkanı təqdim edir. Kampaniya 03.03.- 09.03.2025-ci il tarixləri aralığında keçərlidir. Sevdiyiniz məhsulları yarı qiymətə əldə etmək fürsətini mütləq dəyərləndirin.
realbeauty_az 8 Mart aksiyası
Bütün mağazalarda geniş çeşiddə gözəllik məhsulları üçün 70%-dək endirimlər mövcuddur. Xanımların gözəlliyinə gözəllik qatan bu kampaniya 01.03.-10.03.2025-ci il tarixlərində keçərlidir. Həmçinin münasib qiymətə hədiyyəlik setlər və hədiyyə kartları da mövcuddur.
Kitab və dəftərxana mağazaları
LIBRAFF 8 Mart endirimləri
Zərif kitab qurdlarına hədiyyə axtarırsınızsa, yolunuzu buradan salın. Çünki 6-7-8 mart tarixlərində “LIBRAFF” mağazalarında seçilmiş kitablara 30% endirimdən yararlanmaq şansı var. Filiallara yaxınlaşaraq və onlayn sifarişlər zamanı endirimlərədn yararlana biilərsiniz.
Bakı Kitab Mərkəzi 8 Mart endirimləri
Qadınlar günü münasibətilə mərkəzdə 6-8 mart tarixlərində bütün kitablara 20% endirim tətbiq olunur. Həmçinin korporativ hədiyyə kartlarının hər birinə əlavə 10% endirim kuponu təqdim olunur.
kitabevim.az 8 Mart endirimləri
Mağazada xanımlar üçün iki kampaniya mövcuddur. Belə ki, qadınlar günü münasibətilə bütün bədii kitablara 6-7-8 mart tarixlərində 25% endirim var. Həmçinin 8 martda dünyaya gələn xanımlara isə bütün məhsullar üçün 50% endirim tətbiq olunur. Bu kampaniya yalnız 8 mart tarixində keçərlidir. Hər iki kampaniya şəhər daxili çatdırılma və poçtla bölgələrə göndəriş zamanı qüvvədədir.
Nə hədiyyə seçməyinizdən asılı olmayaraq, onlara sevildiklərini və dəyərli olduqlarını hiss etdirin. Bəzən kiçik kağız parçasına yazılan sevgi dolu sözlər böyük hədiyyələrdən daha dəyərli olar. Qəlbinizdən və həyatınızdan qadın sevgisi və mərhəməti əskik olmasın!♥️
Gününüz mübarək, əziz xanımlar! 🌟🌸 Bu özəl gündə özünüzə hədiyyə almağı unutmayın!