
Dünyanın ən çirkli 10 şəhəri
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına əsasən ən çirkli 10 şəhər məlum olub. Xaricdə tətilə getmək istəyirsinizsə, getmədən əvvəl gedəcəyiniz yeri araşdırmalısınız. Dünyanın ən çirkli şəhərlərini təqdim edirik.
10. Rusiya - Dzerjinsk
![]()
Soyuq Müharibə dövründən qalma kimyəvi qalıqlara görə ən çirkli şəhərlər arasındadır. Bu bölgədə adambaşına təxminən 1 ton kimyəvi silah qalığı düşür.
9. Zambiya - Kabve
![]()
Qurğuşun mədəninin yaratdığı çirklənmə həm ölkədə insanların ölümünə səbəb olur, həm də ciddi ekoloji fəlakət yaradır.
8. Peru - La Oroya
![]()
Qurğuşun, mis və sink mədənlərinin qurbanına çevrilən şəhərlərdən biri də La Oroyadır. Zəhərli tullantılar insanlarda xəstəlik yaradır. Bura ən çirkli bölgələrdən biri hesab olunur.
7. Çin - Linfen
![]()
Kömür bölgəsində yerləşən Linfen şəhəri də çirkli bölgələr arasındadır. Mədən tullantılarının yaratdığı toz buludu ətraf mühitə və insanlara zərər verir.
6. Rusiya - Norilsk
![]()
Dünyanın ən çox metal işlədilən bölgəsi sayılır. Bu səbəbdən yaranan çirklilik insan sağlamlığına böyük dərəcədə mənfi təsir göstərir. Havadakı zərərli qazların müxtəlifliyi hələ də araşdırılır.
5. Hindistan - Sukinda
![]()
Hindistanın Sukinda şəhərində xrom mədənlərindən qaynaqlanan çirklənmə bu bölgədə yaşayan 2,5 milyon insanın həyatını təhdid edir. Mədən tullantıları suya axıdılır və bu da həyat üçün təhlükə mənbəyidir.
4. Çin - Tianyinq
![]()
Çinin qurğuşun istehsalı mərkəzi olan bölgənin çirklilik dərəcəsi çox yüksəkdir.
3. Hindistan - Vapi
![]()
Petrokimya, pestisid və digər kimyəvi istehsal sahələrinə aid zavodlar Vapini ən çirkli bölgələrdən birinə çevirib.
2. Qırğızıstan - Mailuu Suu
![]()
Uran müəssisələri bölgəni əsl xarabazara çevirib. Burada ekoloji fəlakət hökm sürür. Şəhərdə 1,96 milyon kubmetr radioaktiv metal var.
1. Ukrayna - Çernobıl
![]()
Ukrayna baş verən nüvə fəlakətinin izləri hələ də qalmaqdadır. 5.5 milyon insana təsir göstərən və xərçəng hallarının artmasına səbəb olan bu qəzadan sonra Çernobıl ən çirkli şəhər statusu qazanıb.