Sağlamlıq
19.03.22 15:55
Əl qırışıqları üçün evdə hazırlaya biləcəyiniz təbii həll yolu
Bədənimizdəki kollagen miqdarının yaşlanma ilə əlaqədar azaldığına diqqət çəkən Op. Dr. Uçkunkaya əlində qocalma əlamətlərinin əmələ gəlməsi prosesini belə xülasə edir: “Gənc əli təyin edən ən əhəmiyyətli xüsusiyyət; dərinin parlaq və sıx görünüşü, toxumasının dolğunluğu, damarların olmaması və ən əsası dərinin qalınlığı və qırışların azlığı. Yaşlı əli təyin edən elementlər xətlər, damarlar, qabarıq oynaqlar, nazik dəri, deformasiya və ləkədir.
Yaşlanma ilə dərialtı piy toxumasının itməsi səbəbindən dəri boşalır, damarlar və sümüklər aydınlaşır. Dəridə incəlmə və aşınma ilə dəri qurumağa və qırışmağa başlayır. Zamanla perqament kağızı kimi asanlıqla xarab olur. Yaşla birlikdə qəhvəyi ləkələr görünməyə başlayır.Xüsusən qış mövsümündə əllər daha çox qırışır. Qırışan əl gənc görünməyə əngəl yaradır. Buna görə əlləri qorumaq lazımdır.
Əl qırışıqları üçün təbii üsul
50 ml limon suyu
50 ml gül suyu
50 ml kök suyu
50 ml xiyar suyu
10 ml qliserin
Bunları qarışdırıb bir şüşəyə tökün və soyuducuda saxlayın. Hər gün əllərinizin qırışan yerlərinə sürtün. Həm dərini qidalandırır, həm də qırışları azaldır.
[xeberdarliq]