Əldə sinir tutulması səbəbi nədir? Simptomları və müalicəsi
Əldə sinir tutulması bir çox insanda ola bilər, lakin adətən bəzi peşə sahiblərində görülən bir problemdir. Əllərdə sinir tutulması tibbi dildə Karpal Tunel Sindromu adlanır. Bu narahatlıq barmaqların hərəkətinə və hissiyyatına təsir edən median sinirin bilək nahiyəsində sıxılması səbəbindən baş verir. Bu, sinir tutulması pozğunluqlarında ən çox görülən vəziyyətdir.
Əldə sinir tutulmasının simptomları
Əldə sinir tutulmasının bəzi simptomları var: ağrı, uyuşma, hərəkətsizlik, barmaqlarda şişlik və sərtlik, orta barmaqda, şəhadət və baş barmaqda elektriklənmə, çiyin və dirsəyə yayılan şiddətli ağrılar. Bu simptomlar sizdə varsa, ən qısa müddətdə həkimə müraciət etməli və lazımi müalicə almalısınız. Əkshalda, sini tutulması iflicə belə səbəb ola bilər.
Əldə sinir tutulmasının səbəbi nədir?
Əldəki sinir tutulmasının bir neçə əsas səbəbi var. Bunlar biləyin əziyyətə salınması, hormonal dəyişikliklər, genetika, bəzi xəstəliklər və yaşlanmadır. Bununla belə, bu problem əksər hallarda əl biləyinin aşırı təzyiqə məruz qalması səbəbindən yaranır.
Əl sinirinin tutulması diaqnozu necə qoyulur?
Əllərində sinir tutulması əlamətləri olan insanlar həkimə müraciət etməlidirlər. Bu vəziyyətdə dəqiq diaqnoz qoymaq üçün adətən EMG testi edilir. Diaqnoz qoymaq üçün elektrofizioloji və kliniki tapıntılar kifayətdir, lakin bəzi hallarda maqnit rezonans görüntüləmə tələb oluna bilər.
Əldə sinir tutulmasının müalicəsi
Bu narahatlıq ilk olaraq idmanla müalicə edilməyə çalışılır. Məşq terapiyasının məqsədi biləyi hərəkət etdirən vətərləri rahatlaşdırmaqdır. Bu müalicədə həkimin tövsiyə etdiyi idman hərəkətlərinin tətbiqi böyük əhəmiyyət kəsb edir. İdmanla yanaşı, ağrı və digər şikayətləri azaltmaq üçün ortopedik materiallardan istifadə edilir. Bununla belə, yaşanan sinir tutulması əsasən cərrahi müalicə ilə müalicə olunur. Bu xəstəliyin əsas müalicə üsulu cərrahi müdaxilədir.
Evdə sinir tutulmasını necə müalicə etmək olar?
Ev şəraitində sinir tutulması müalicə etmək üçün bəzi bitki mənşəli üsullardan istifadə edə bilərik. Bu üsullar arasında ən çox tövsiyə edilən kərəvizdir. Kərəviz sinir ağrılarını sağaltmağa kömək edən qidalardan biridir. Kərəviz suyu ilə bərabər içəcəyiniz kartof suyu da siyatik sinir ağrılarını aradan
qaldırmağa kömək edəcək.
Əldə sinir tutulması müalicə edilməsə, nə olar?
Gecikmiş müalicə özü ilə iflic riskini də gətirir. Zamanında müdaxilə edilməyən sinir tutulmaları əzələ atrofiyasına gətirib çıxarır. səbəb olur. Bu, əzələlərin tükənməsinə səbəb olur. İsti su əldə sinir tutulmasına yaxşı təsir edirmi? Sinir tutulmasına yaxşı təsir edən şeylərdən biri də isti sudur. İlıq duşla və ya isti su torbası ilə əlinizi isidərək uyuşan hissəni rahatlaşdıra bilərsiniz.
[xeberdarliq]