Ən yaxşı 10 espresso qəhvə aparatı
Sevimli qəhvəniz olan Espressonu evinizdə rahatlıqla hazırlamağınıza kömək edəcək Espresso aparatlarını araşdırmışıq. Siyahımızda Delonghi və Philips kimi markaların məhsulları yer alıb.
1. Nespresso ESSENZA MİNİ C 30 Espresso aparatı
Bu cihaz gözəl və sadə dizaynı ilə diqqət çəkir. Digər qəhvə aparatları ilə müqayisədə enerjiyə 40 % qənaət edən məhsul, avtomatik axın nəzarəti ilə asanlıq yaradır.
2. Delonghi ESP 31.21 Espresso aparatı
Delonghi ECP 31.21, 1100 v gücündə çalışır. Maksimun 130 mm uzunluğunda fincan dəstəyi olan məhsul, 1,1 litrlik su qabıyla təchiz olunub. İstifade edilmədiyi zamanlarda 9 dəqiqə ərzində özünü saxlayaraq gücə qənaət edir.
3. Bosch Tis30321rw 300 Espresso aparatı
Bu cihaz ağıllı isitmə sistemi ilə fərqlənir. Onetouch xüsusiyyəti ilə bütün qəhvə növlərini bir toxunuşla seçməyə imkan yaradır. Susuz çalışma kəməri ilə təhlükəsizliyi təmin edən cihaz, hər açıldıqda avtomatik durulama fəaliyyəti aparır.
4. Tchibo Cafissimo Cassic Aubergine 304824 Espresso aparatı
Avtomatik qapanma sistemi ilə satışa çıxarılan məhsul, erqonomik dizaynı ilə də göz oxşayır. İstifadə edilmədikdə avtomatik olaraq bağlanır və beləcə enerjiyə qənaət edir.
5. Hotpoint Ariston 82204 CM Espresso aparatı
Ariston 82204 CM, LED işıqlandırmaları ilə istifadə rahatlığı yaradır. Bir toxunuşla cihaza nəzarət etmək mümkündür. 2 fərqli fincan seçimi ilə təqdim olunur və qiyməti münasibdir.
6. Wacaco Nanopresso Espresso aparatı
Ən çox satılan espresso aparatlarından biridir. Gedəcəyiniz hər yerə özünüzlə apara biləcəyiniz məhsul, qəhvə ləzzəti ilə göz oxşayır. Digər cihazlarla müqayisədə 15 % daha az enerji işlədir.
7. Nespresso Pixie Titan C61 Espresso aparatı
Nespresso Pixie yapışmayan örtüyü ilə fərqlənir. A sinfi aparatlarından 40 % daha az enerji işlədir. Ağır olduğu üçün daşımaq rahat deyil. Qısa müddətdə isinərək insana qəhvə keyfi yaşadır.
8. DeLonghi Icona Vintage ECOV 311 Espresso aparatı
Paslanmayan polad avadanlıqlardan hazırlanan Delonghi Icona, parlaq xrom dizaynı ilə satışa çıxarılır. Hava qidalandırma pompası sayəsində qəhvəni asan düzətməyə imkan yaradır.
9. Dolce Gusto Delonghi Espresso aparatı
Yalnız kapsul qəhvə hazırlaya biləcəyiniz cihaz 15 bar. təzyiqlə işləyir. 6 fərqli qəhvə növünü rahatlıqla hazırlamağa imkan yaradan məhsul, dizaynı ilə də fərqlənir. 1500 v gücündə işləyən espresso aparatı 800 ml həcmi ilə seçilir.
10. Philips EP3246/70 Espresso aparatı
Dünyanın ən yaxşı espresso aparatlarından biri sayılan Philips EP3246/70, 1800 ml su həcmi ilə birdəfəyə 15 fincan qəhvə hazırlamağa imkan yaradır. Cihaz 1500 v gücündə işləyir.
Espresso aparatları ilə bağlı tez-tez verilən suallar
Espresso qəhvəsini evdə hazırlamağa kömək edən bu cihazlar qəhvəni ləzzətli şəkildə hazırlayır. Bu məhsullarla bağlı ən çox verilən sualları təqdim edirik.
Espresso aparatı necə təmizlənir?
Süd buxae qismini təmizləmək üçün 25 ml, Puly Milk-i 500 ml soyuq su ilə qarışdırın. Daha sonra içinə buxar çubuğu əlavə edərək 7 dəfə aparatı işə salın. Bundan sonra əməliyyatları təkrarlayın və çubuğu durulayın.
Porta filtr təmizliyi necə edilir?
1 litr suya 3 çay qaşığı yuyucu toz qoyun və qarışdırın. Porta filtrin metal hissələrini iç qisminə girməyəcək formada suya salın. Yarım saatdan sonra filtri süngərlə təmizləyin.
Espresso aparatının təzyiqi neçə bar. olmalıdır?
Normal təzyiq 9 bar. olaraq müəyyən olunub. Ancaq daha ləzzəti qəhvə hazırlamaq üçün təzyiqin bir qədər artıq olmasına ehtiyac var.
Espresso qəhvə aparatı necə işləyir?
Start düyməsinə basıldıqda təzyiq sistemi işləyir. Su deposuna verilən təzyiq sayəsində qəhvənin bütün aromasını alaraq fincana süzməyə başlayır.