Ən yaxşı 20 şampun markası 2021

Daha sağlam olmaq və daha gözəl görünmək üçün saçlarımıza qulluq edirik. Lakin hər kəsin saçı fərqli olduğundan, göstərilən qulluq da fərqli olmalıdır. Təqdim etdiyimiz şampunlar saçlarla bağlı müxtəlif problemləri aradan qaldırır.

1. Vichy saç tökülməsinə qarşı şampun

Vichy saç tökülməsinə qarşı şampun

Saç tökülməsinə qarşı ən yaxşı şampun siyahısına Vichy məhsulu ilə başlayırıq. Saç tökülməsinə köklərin vaxtından əvvəl zəifləməsi səbəb olur. Vichy tərəfindən hazırlanan bu şampun, tərkibindəki minerallar sayəsində saç köklərini də qidalandırır. Bu şəkildə saçlarınız tökülmür və daha güclü olur.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Qidalandırıcı
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın, kişi

2. Elseve bəmövşəyi şampun

Elseve bəmövşəyi şampun

Bənövşəyi şampunlar saçlardakı narıncı rəngləri təmizləyir. Elseve tərəfindən istehsal olunan bu bənövşəyi şampun saçlarınızın mükəmməl bir rəng tonuna sahib olmasını təmin edir. Şampun həmçinin təbii mineralları sayəsində saçları qidalandırır.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Rəng qoruyucu
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın

3. DP duzsuz şampun

DP duzsuz şampun

Tərkibində duz və ya sulfat olan şampunların saçımızın sağlamlığına zərər verdiyini bilirik. Dp şampun saçları və dərini zədələmədən qoruyur. Tərkibindəki çörəkotu yağı sayəsində saçların yumşaqlığını, canlılığını artırır.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Qidalandırıcı
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın

4. Gliss qaşıntılı saç dərisi şampunu

Gliss qaşıntılı saç dərisi şampunu

Saçlarınız qaşınırsa, bu məhsul sizin üçündür! Yenilikçi formulası sayəsində şampun saç dərisini qidalandırır və gücləndirir, beləliklə, qaşınma probleminizi kökündən həll edir. Tərkibindəki Acai üzümü sayəsində saç toxumalarında uzun müddət qoruma təmin edən məhsul saçın keyfiyyətini də artırır.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Bərpaedici
Saç növü: Zədələnmiş saçlar
İstifadəçi: Qadın, kişi

5. Elidor nəmləndirici şampun

Elidor nəmləndirici şampun

Ən çox görülən saç problemlərindən biri də saçlarımızın ehtiyac duyduğu nəmi almamasıdır. Elidor tərəfindən istehsal olunan bu nəmləndirici şampun saçların ehtiyac duyduğu nəmi almasını təmin edir.

Xüsusiyyətləri
Saça qulluq təsiri: nəmləndirici
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın

6. Clear Men kişi şampunu

Clear Men kişi şampunu

Kişilərin saçları və baş dəriləri qadınlardan çox fərqlidir. Bu səbəbdən kişilər üçün xüsusi olaraq hazırlanmış bir şampuna ehtiyacınız ola bilər. Kristiano Ronaldunun siması olduğu bu şampun saçları kəpək və yağdan təmizləyir.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Kəpək əleyhinə
Saç növü: Kəpəkli saçları
İstifadəçi: Kişi

7. Bioxcin yağlı saçlar üçün şampun

Bioxcin yağlı saçlar üçün şampun

Bioxcin şampunu saçlarınızın nəmi bağlama qabiliyyətini yaxşılaşdırır. Bu şəkildə saçlarınız yağlı olsa da, ehtiyac duyduğu nəmi ala bilər. Amin turşusu kompleksi sayəsində saçın gücünü və parıltısını artıran şampun, qırıqların da qarşısını alır.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Tökülməyə qarşı
Saç növü: Yağlı saçlar
İstifadəçi: Qadın, kişi

8. Otacı sarımsaqlı şampun

Otacı sarımsaqlı şampun

Sarımsaqlı şampunlar vitamin çatışmazlığı və kimyəvi proseslər səbəbindən yaranan saç tökülməsini əngəlləyir. Otacı markasının istehsal etdiyi bu sarımsaqlı şampun saçları gücləndirir və saç tökülməsinin qarşısını alır. Tərkibindəki A, D, E, K və C vitaminləri sayəsində saçı qidalandıran şampunun tərkibində boyaq maddələri və parabenlər yoxdur.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Qidalandırıcı
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın

9. Syoss quru şampun

Syoss quru şampun

Silikon və parabensiz formulu sayəsində saçınıza zərər verməyən Syoss şampunu, ilk istifadədən qalıcı bir təravət təmin edir. Saçları kəpəkdən və ölü dərilərdən təmizləyir. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu məhsul anti-allergikdir.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Təmizləyici
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın

10. Urban Care saç uzadan şampun

Urban Care saç uzadan şampun

Saçlarımız ehtiyac duyduğu vitaminləri almırsa, böyüyə bilməz. Urban Care markası tərəfindən istehsal olunan bu saç böyüdücü şampun saçları qidalandırmaqla yanaşı, həm də gücləndirir. Tərkibindəki Biotin sayəsində təsirli qulluq göstərən şampun saç köklərini qidalandırır və bu da saçlarınızın daha sürətli böyüməsinə kömək edir.

Xüsusiyyətləri
Saça qulluq təsiri: qayğı
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın

11. Davines Kəpək əleyhinə şampun

Davines Kəpək əleyhinə şampun

Saçdakı kəpək problemini aradan qaldırmaq üçün xüsusi olaraq istehsal olunan Davines şampunu sürətli və təsirli bir həll yolu təklif edir. Tərkibindəki karahindiba sayəsində saçı qidalandıran və güc qazandıran şampun, saç dərisindəki ölü dərini təmizləyərək dərini rahatlaşdırır.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Kəpək əleyhinə
Saç növü: Kəpəkli saçlar
İstifadəçi: Qadın, kişi

12. Quru saçlar üçün tresan şampunu

Quru saçlar üçün tresan şampunu

Gicitkənin faydaları saymaqla bitmir. Tresan şampunu tərkibindəki gicitkən sayəsində saç tellərini qalınlaşdırır və gücləndirir. Xüsusi formulu sayəsində saçları bəsləyən şampun, normal və quru saçlar üçün xüsusi olaraq hazırlanıb.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Gücləndirmə
Saç növü: Normaldan quru saçlar
İstifadəçi: Qadın

13. Bioblas Natural / Bitki mənşəli şampun

Bioblas Natural

Bəzi şampunlar tərkibindəki kimyəvi maddələrə görə saçlarımıza zərər verə bilər. Bioblas Forte isə vitamin və minerallarla zəngin formulu sayəsində saçları təravətləndirir.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Tökülməyə qarşı
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın, kişi

14. Kerastase Keratin şampunu

Kerastase Keratin şampunu

Kerastase şampunu xüsusi tərkibi sayəsində saç formasını 72 saat dayanıqlı edir. Saçları aktiv maddələrlə parıldadan və gücləndirən şampun, daha gözəl bir görünüşə sahib olmağınıza kömək edir.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Parlaqlıq
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın, kişi

15. Qıvrım saçlar üçün Yves Rocher şampunu

Qıvrım saçlar üçün Yves Rocher şampunu

Bu şampun sulfatsız formulu sayəsində saçları zərər vermədən təmizləyir və eyni zamanda saçları ağırlaşdırmır. Bu şəkildə daha dolğun və canlı saçlara sahib olacaqsınız.

Xüsusiyyətləri
Saça qulluq təsiri: müəyyənedici
Saç növü: Buruq saçlar
İstifadəçi: Qadın, kişi

16. İncə telli saçlar üçün Farmasi şampunu

İncə telli saçlar üçün Farmasi şampunu

İncə saçların xüsusi qayğıya ehtiyacı olduğu məlum bir həqiqətdir. Tərkibindəki sarımsaq ekstraktı sayəsində şampun saçların parçalanmasının və zədələnmiş saç tellərinin yenidən qurulmasının qarşısını alır.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Canlandırıcı
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın, kişi

17. OGX boyalı açlar üçün şampun

OGX boyalı açlar üçün şampun

Orkide ekstraktı və üzüm toxumu yağı olan formulu sayəsində boyanmış saçların rəngini qoruyan OGX şampunu, erkən solmağı da zəiflədir. Bütün saç tipləri üçün məqsədəuyğundur.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Rəng qoruyucu
Saç növü: Bütün saçlar
İstifadəçi: Qadın

18. Körpələr üçün Dalin şampunu

Körpələr üçün Dalin şampunu

Körpəmiz üçün hər zaman ən yaxşısını istəyirik. Bu uşaq şampunu körpənizin həssas dərisi üçün xüsusi olaraq hazırlanıb. Körpənizin saçını və bədənini təmizləmək üçün etibarlı şəkildə istifadə edə biləcəyiniz şampun, anti-allergik quruluşu ilə fərqlənir. Dalin şampununun tərkibində paraben, boya, sabun, SLS, SLES və spirt yoxdur.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Qidalandırıcı
Saç növü: Bütün saçlar
İstifadəçi: Körpələr

19. Revox At quyruğu şampunu

Revox At quyruğu şampunu

At quyruğu ekstraktı sayəsində saçı canlandıran şampun, saç tökülməsini də azaldır. Tərkibindəki Biotin mineral ilə saçları qidalandıran şampun, böyüməni də təmin edir.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Tökülməyə qarşı, saç uzadıcısı
Saç növü: Tökülən saçlar
İstifadəçi: Qadın, kişi

20. Zədələnmiş saçlar üçün Sebamed şampunu

Zədələnmiş saçlar üçün Sebamed şampunu

Saç və dərisini nəmləndirən Sebamed şampunu saçlarınızın daha dolğun görünməsinə kömək edir. Tərkibindəparaben və SLS olmadığı üçün saçlara zərər vermir. Sonda qeyd edək ki, bu şampunun pH nisbəti 5.5-dir.

Xüsusiyyətləri
Saça qulluq təsiri: Bərpaedici
Saç növü: Zədələnmiş saçlar
İstifadəçi: Qadın, kişi

Yazar: İlk yazar