
Enerjini artıran və azaldan 10 qida
Neçə saatdan bir yemək yeməyin vacib olduğu ilə bağlı müxtəlif fikirlər mövcuddur. Yemək üçün çox gözlədikdə qan şəkərinin səviyyəsi azala bilər.
Enerjini artıran qidalar
Lobya
![]()
Lobya bağırsaqlar üçün sağlam bir lif və karbohidrat mənbəyidir. Eyni zamanda, dəmirlə zəngindir. Məşqdən sonra da bu qidaya üstünlük vermək olar.
Banan
![]()
Banan təbii yollarla qan şəkəri səviyyəsini tarazlaşırmaq üçün gözəl bir alternativdir. Hüceyrələrə,
xüsusən beynin hüceyrələrinə sürətli enerji verir.
Yumurta
![]()
Yumurtanı bir neçə yolla hazırlamaq olar. Yumurta doğru karbohidratlı qidalarla birləşdirildikdə qan dövranına, enerji metabolizmasına və şəkər sorulmasına kömək edən proteinlər sayəsində əsl güc mənbəyinə çevrilir.
Su
![]()
Əslində su ən vacib güc mənbələrindən biridir. Dehidrasiyanın ən böyük əlamətlərindən biri yorğunluqdur, çünki bədənin ehtiyacı olan maye azalır. Bu da oksigenin lazımi yerlərə getmədiyi anlamına gəlir.
Fıstıq
![]()
Yüksək proteinli olan və enerjini artıran fıstıq gözəl bir seçimdir. Bədəni lazımi amin turşuları ilə qidalandırmağa kömək edir. Fıstıq həmçinin insanı uzun müddət tox tutur.
Enerjini azaldan qidalar
Qəhvə
![]()
Əksər araşdırmalar göstərir ki, bu cür içkiləri günortadan sonra içmək insanı yaxşı bir gecə yuxusundan məhrum edir.
Şəkər
![]()
Şəkərli qidalar qısa müddətli enerji partlayışı yaşatsa da, daha sonra enerji itkisinə səbəb olur. Buna görə şəkərli qidalardan mümkün qədər az istifadə etmək lazımdır.
Qırmızı ət
![]()
İnsan orqanizmin birdəfəyə yalnız 25 qram protein istifadə edə biləcəyinə dair məlumatlar vardır. Yəni qırmızı ət yedikdən sonra orqanizmimiz bu ekstra proteini həzm etmək və metabolizmadan kənarlaşdırmaq üçün sürətlənməyə məcbur olur. Protein orqanizmin üstün tutduğu enerji mənbəyi
olmadığı üçün orqanizmdən kənarlaşdırılır və ya yağ formasında yığılıb qalır.
![]()
Smoothie-lərdə şəkər miqdarı doğru nisbətdə olmadıqda qan şəkəri yüksələ və enerji itirilməsi yaşana bilər.
Aşağı kalorili dondurulmuş qidalar
![]()
Dondurulmuş yeməklərin əksəriyyəti az kalorilidir. Bəzilərində isə sodiumun miqdarı kifayət qədər
çoxdur. Yüksək miqdarda sodium şişkinlik və yorğunluq hissi yarada bilər.