Eşq acısı çəkdikdən sonra yenidən aşiq ola bilməyin 10 üsulu

Bitən münasibətlərdən sonra bir daha sevib-sevilə bilməyəcəyimiz hissinə qapılırıq. Əslində, özümüzə biraz zaman ayırsaq yeni münasibətlər imkanı yaranar.

Sona çatmış bir münasibətdən sonra sevmək çətin olur. Həyal qırıqlığı yaşadıqda sevməkdən imtina edə bilərik. Bununla həyatdakı gözəl şeylərdən məhrum olarıq. Bu siyahıda yenidən sevə bilməyin 10 üsulunu anladacağıq.

10. Ürək qırğınlıqlarınızı keçmişdə saxlayın

Ürək qırğınlıqlarınızı keçmişdə saxlayın

Unutmaq çətin olsa da qarşınıza çıxan hər insandan eyni qəddarlığı gözləməyin. İlk olaraq itirdiyiniz inam hissini bərpa etməlisiniz. Reallıq budur ki, keçmişdə sizi üzən indi sizə nəsə təklif etmir. Gələcəyinizi düşünməlisiniz.

9. Kainata güvənin

Kainata güvənin

Bəlkə həyatın sizin üçün daha yaxşı planları var? Buna görə kainatın ədalətinə güvənin. İnamsızlığı dəyişdirmədikcə heç nə yolunda getməz. Şanssız olduğunuzu düşünüb ümidsizliyə düçar olmayın. Həyatda xoşbəxt anlar da yaşaya bilərsiniz.

8. Dərs çıxarın

Dərs çıxarın

Yenidən ayağa qalxmaq üçün ürək qırğınlığınızın sizə nələr yaşatdığını anlamalısınız. İnanmağı, özünüzü sevməyi öyrənin. Bir münasibətdə necə davranmalı olduğunuzun cizgilərini müəyyən edin. Əvvəlki münasibətlərinizdən dərs çıxarın. Keçmiş səhvlərdən dərs çıxarmaq haqq etdiyin xoşbəxtliyi qazanmaq üçün vacibdir.

7. Ağrı və qırğınlıqlarınızı unudun

Ağrı və qırğınlıqlarınızı unudun

Sizi üzən adama olan nifrətinizi davranış və düşüncənizdən uzaq tutun. Unutmayın qarşınızdakı, pis insan deyildi, çünki vaxtilə onda sevəcək çoxlu xüsusiyyət tapmışdınız. Birinin sizə uyğun olmaması onun nifrət ediləcək insan olması anlamına gəlmir.

6. Qəlbinizi bağlamaq sizi xoşbəxt etməz

Qəlbinizi bağlamaq sizi xoşbəxt etməz

Özünüzü hər şeydən məhrum etməyiniz doğru seçim deyil. Sevgiyə qarşı mənfi baxış bucağı sizi peşman və bədbəxt edəcək.

5. Özünüzə qarşı dürüst olun

Özünüzə qarşı dürüst olun

Bəzən qorxu və güvənsizlik özünüzü aldatmağınıza səbəb ola bilər. Özünüzlə dürüst davransanız yaxşılaşmağınız asanlaşar. Bununla keçmiş səhvlərinizi də unudarsınız.

4. Sevgi hər zaman risklidir

Sevgi hər zaman risklidir

Birinə aşiq olmaq həmişə risklidir. Qarantı olmayan bir həyat var önünüzdə. Bəzən risk etmək xoşbəxt olmağın yeganə yolu ola bilər.

3. Tələsməyin

Tələsməyin

Yaxşılaşmaq üçün özünüza zaman verin. Özünüzü tanımağı öyrənin. Keçmiş münasibətinizdəki səhvləri təkrarlamamaq üçün uzun-uzadı düşünün.

2. Qarşılaşdırmaqdan əl çəkin

Qarşılaşdırmaqdan əl çəkin

Özünüzü başqalarıyla müqayisə etmək və ya həyatınıza yeni girəcək insanı keçmiş sevgilinizlə qarşılaşdırmaq həzz almağınızı əngəlləyəcək. Hamımız öz yolumuzla gedirik və özümüzə aid pis və mənfi cəhətlərimiz var.

1. Unutmayın ki, siz çox gözəlsiniz

Unutmayın ki, siz çox gözəlsiniz

Özünü düşünmək eqoistlik deyil. Həyatınızda hər şey yolunda olduğu zaman münasibət uğurla davam edəcək. Buna görə həyatınızı sevgiylə başlayın. Nəyə layiq olduğunuza başqaları yox, siz qərar verməlisiniz.

Eşq haqqında digər məqalələrimiz:

Yazar: İlk yazar