Evlərin zirzəmilərindən çıxan 15 qeyri-adi şey

Zirzəmilər soyuq, qaranlıq, havasız və nadir hallarda ziyarət edilən yerlər kimi tanınır. Qorxulu filmlərdə bu cür zirzəmilərə üstünlük verilir. Evlərinin zirzəmilərinə təsadüfən enən insanların qarşılaşdıqları 15 dəhşətli nəsnəni təqdim edirik.

15. Qədim qəbiristanlıq

Qədim qəbiristanlıq

Helen Weisensel Viskonsindəki evlərinin zirzəmisini qazmağa qərar verir. Qazıntı nəticəsində uşağa aid kəllə sümüyü və digər insan sümükləri aşkarlanır. Evin 170 illik bir məzar üzərində inşa edildiyi məlum olur.

14. Ürpədici oyuncaqlar

Ürpədici oyuncaqlar

Arizonada yerləşən restoranda müştəri zirzəmini görmək istəyir. Restoran sahibi onunla birlikdə zirzəmiyə enir. İçəridə böyük bir masanın üzərində çoxlu sayda oyuncaq görürlər.

13. Sirli quyu

Sirli quyu

Evin yeni sahibi zirzəmidə sirli bir qapı aşkarlayır. Qapını açıb içəri girdikdə eni 4 metr, dərinliyi 8 metr olan içi su ilə dolu quyu görür. Quyunun qədimdən qaldığı məlum olur.

12. Gizli ibadətgah

Gizli ibadətgah

Diana və Pat 2007-ci ildə İngiltərənin Şropşir bölgəsində ev alırlar. Onlar evin zirzəmisinə düşərkən qədim ibadətgah aşkarlayırlar. Bu ibadətgah 1700-cü illərdə Katolik Kilsəsinə aid olub. Katoliklərin edam və işgəncə yeri olaraq istifadə edilib.

11. İşgəncə Evi

İşgəncə Evi

Qonşuların xəbərdarlığı ilə evə gələn polislər yaşları 14-20 arasında olan qızlara işgəncə verildiyini və 13 ildir zirzəmidə saxlanıldığını öyrənirlər.

10. Ölüm əlifbası

Ölüm əlifbası

2016-cı ildə bir inşaat işçisi yenidən qurmaq üçün getdiyi evin divarında əsrarəngiz bir lövhə görür. Lövhəni çıxarmaq üçün divarı çapır. Gizli lövhədə dəhşətli şəkillərin və yazıların olduğunu anlayan adam polisə məlumat verir. Lövhənin 1916-cı ildə hazırlanmış Ouija ölüm əlifbası olduğu müəyyənləşir.

9. Mumiya məzar

Mumiya məzar

2010-cu ildə mənzil sakinləri Los-Ancelesdə yerləşən binanın zirzəmisini təmizləməyə qərar verirlər. Zirzəmiyə enən iki qadın işçi 1930-cu illərə aid qəzetlərə bükülmüş bir sandıq tapır. Sandığı açdıqda içində iki mumiyalanmış körpə, Peter Pan kitabı və Pan Club üzvlük kartı tapılır.

8. Silah otağı

Silah otağı

Yeni bir ev alan şəxs evin zirzəmisində gizli bir hissənin olduğunu görür. Ora girdikdə çoxlu sayda silah- sursatın olduğu anbar aşkarlayır.

7. Əvvəlki sahib

Əvvəlki sahib

Yerli bank köhnə sahibinin ipoteka borcunu ödəyə bilməməsindən sonra evi müsadirə edir. 2007-ci ildə Jorge Giro adlı şəxs İspaniyanın Roses şəhərindəki bu evi alır. Giro evə girəndə əvvəlki sahibinin hələ də orada olduğunu görür. Bir neçə il əvvəl vəfat edən adam dəniz kənarındakı bu evdə mumiyalanmış vəziyyətdə aşkarlanır.

6. Döl bankaları

Döl bankaları

Hannibalda köhnə bir binanı təmir edən işçilər qeyri-adi olayla üzləşirlər. Binanın zirzəmisinə enən işçilər 1900-cü illərdə abort klinikası kimi istifadə edilmiş bir otaq tapırlar. Otağın içərisində çoxlu sayda döl və formaldehid bankalarında saxlanılan abort alətləri olur. Araşdırılma aparılsa da, bunların kimə aid olduğu tapılmır.

5. Gizli otaq yoldaşı

Gizli otaq yoldaşı

2013-cü ildə Ohayo Universitetinin tələbələri evdən qəribə səslər gəldiyi üçün zirzəmini incələməyə qərar verirlər. irzəmiyə enən gənclər dərslik və fotoşəkillərlə dolu bir dolabın fərqli bir bölməyə açıldığını görürlər. Şkafın arxasında heç vaxt görmədikləri və illərdir onlarla eyni evdə yaşayan Jeremy ilə tanış olurlar.

4. Zindan otaqları

Zindan otaqları

İngiltərədə yeni bir mənzilə köçən adam hamamın qarşısındakı qapını çıxarmaq istəyir. Qapının götürülməsi ilə ortaya çıxan pilləkənlər onun marağına səbəb olur. Pilləkənlərlə enən şəxs ingilis manastırında olduğunu və çoxsaylı keçidlərinin mövcudluğunu anlayır.

3. Köpəkbalığı hövuzu

Köpəkbalığı hövuzu

Nyu-York Dövlət Ətraf Mühitin Mühafizəsi Agentliyinin əməkdaşları şəhərdən 90 dəqiqəlik məsafədə yerləşən bir evi yoxlayırlar. Evin zirzəmisinə enən şəxslər qəribə hovuzla qarşılaşırlar. Hovuzda 7 diri, 3 ölü köpəkbalığı olur. Bunun kim tərəfindən yaradıldığı məlum olmur.

2. NASA mülkiyyəti

NASA mülkiyyəti

2015-ci ildə bir qrup hurda satıcısı vəfat etmiş bir IBM mühəndisinin zirzəmisini təmizləmək üçün dəvət edilir. Onlar zirzəmidə ölmüş şəxsin NASA üçün saysız-hesabsız kosmik tədqiqat apardığı 325 maqnit məlumat lenti və iki NASA kompüteri tapırlar.

1. Sirli timsah

 Sirli timsah

Çikaqoda evlərdən birinə gələn saniteknik zirzəmidəki su anbarını təmir etmək istədikdə altı ayaqlı, iri bir timsah görür. O, dərhal polisə məlumat verir. Timsahın evin əvvəlki sahibləri tərəfindən saxlanıldığı öyrənilir.

Yazar: İlk yazar