Gec yeriyən körpələrə necə kömək etmək olar?

Valideynlərin körpələri böyüyərkən yaşamaq istədikləri unudulmaz və həyəcanlı anlar var. Bunlar körpənin ilk gülüşü, ilk sözü ilk addımı kimi vacib anlarıdır.

Valideynlər körpələrinin nə vaxt yeriyəcəyini səbrsizliklə gözləyirlər. Körpənizin bir qədər gec yeriməsi sizi həyəcana sala bilər.

Körpələr nə vaxt yeriməyə başlayır?

Körpələr nə vaxt yeriməyə başlayır?

Hər körpənin yeriməyə başlamaq zamanı fərqlidir. Ümumilikdə körpələr ilk 12-18 ayları arasında yeriməyə başlayırlar. 18 ayadək gözlənilməli, körpə yerimədikdə isə həkimə müraciət edilməlidir.

Körpələr niyə gec yeriyirlər?

18 aylıq körpəniz yerimirsə, yardım alaraq belə addımlar atmırsa, deməli, yeriməsi gecikib. Körpələrdə yerimənin gec baş verməsinin bir çox fərqli səbəbi var. Bu səbəblərdən bəziləri aşağıdakılardır:

- Vitamin çatışmazlığı
- Əzələ xəstəlikləri
- Sümük xəstəlikləri
- Ana və atanın ifrat qoruyucu davranışı
- Yerimək istəyən körpənin yıxılması və onda yeriməklə bağlı qorxu yaranması
- Körpənin qucaqda çox saxlanılması
- Körpənin yaşına görə çəkisinin çox olması
- Zehni və fiziki inkişafda yaranan problemlər

Gec yeriyən körpələrə kömək etmək üçün təkliflər

Valideyn təşviqi

Yeriməyin gecikməsi fiziki və psixoloji səbəblərdən qaynaqlana bilər. Körpəniz yeriməyə çalışdıqda yıxılaraq qorxarsa, bu durum onu bu fəaliyyətdən çəkindirə bilər. Bu zaman valideynlər körpəni qorxularını yenməyə təşviq etməlidir.

- Körpəniz tək yeriyə bilmədikdə ona kömək etmək üçün əllərindən tutub onu yeriməyə öyrədin. Diqqətli olun ki, körpənin onurğası zədələnməsin.

- Növbəti addımda nə etməli olduğunu ona başa salmağa çalışın.

- Ən sevimli oyuncağı əlinizdə tutub ona yaxınlaşmasını gözləyə bilərsiniz. Bu, körpələrin yeriməsinə kömək edən təsirli üsullardan biridir.

- Bir neçə uğurlu addım atdıqdan sonra körpənizi alqışlaya və təriflərlə ona dəstək ola bilərsiniz.

Oyunlar

Gec yeriyən körpələrə oyunlar

Körpəniz ayaq üstdə durmağa və ya yeriməyə çalışdıqda bu durumu əyləncəli hala gətirən oyunlara çevirə bilərsiniz.

- Onun sevdiyi mahnını açıb diqqətini çəkin. Körpəniz musiqiyə uyaraq ayaq üstdə öz tarazlığını qorumağa çalışacaq. Əllərindən tutub ona kömək edə bilərsiniz.

- Körpənizin ayaq üstdə qalma müddətini sayın. Növbəti dəfə daha çox qalması üçün onu cəsarətləndirin.

- Oyuncaqlarını ona yaxın məsafəyə qoyun və onları sizə gətirməsini istəyin.

- Körpənizin sevimli oyuncağını əlinizə alıb yeriyin və elə edin ki, sizi təqib etsin. Bu oyunu tərsinə çevirərək siz də onu təqib edirmişsiniz kimi davrana bilərsiniz.

Əzələlərin inkişafına kömək etmək

Yeriməyin əsasında əzələlərin inkişafı və koordinasiyası dayanır. Buna görə körpənizin əzələ inkişafınakömək etməlisiniz.

- Fizioterapevtdən məsləhət alaraq körpənizə bəsit məşqlər öyrədin. Bu məşqlər düzgün şəkildə tətbiq olunmalıdır.

- Boyun və bel əzələlərinin inkişafı üçün körpəni üzü üstə uzandıraraq önündəki oyuncaqlara çatması üçün cəhd etməsini təmin edin. Oyuncaqlara çatmasa belə, əlləri və qolları hərəkət edər və bunun sayəsində əzələləri güclənər.

Yalın ayaqla gəzmək

Körpənizin tarazlığını rahat şəkildə qoruması üçün ayaqlarının yalın olması vacibdir. Evdə yalın ayaqla gəzməsinə diqqət yetirin. Onun ayağına geyindirdiyiniz rəngli ayaqqabılar diqqətini yayındıraraq tarazlığını poza bilər.

Həmyaşıdları ilə görüşdürmək

Gec yeriyən körpələrə nə etməli

Körpənizi yeriməyə başlayan həmyaşıdları ilə görüşdürün. Oyun oynaya biləcəkləri bir mühit yaradın.

- Körpələr həmyaşıdlarına diqqət edir və onları təqlid edirlər. Körpəniz də həmyaşıdına baxaraq addım atmağa çalışacaq.

- Oyun oynayarkən həmyaşıdlarının yeriyərək istədiyi oyuncağa çatması körpənizin diqqətini çəkər. O da bunu etməyə çalışar.

Beləliklə, körpələr ilk 18 ay ərzində yeriməyə başlamalıdırlar. Əgər körpəniz yerimirsə, həkimə müraciət etməli və onu yeriməyə təşviq etmək üçün sadaladığımız üsullara baş vurmalısınız.

[xeberdarliq]

Yazar: İlk yazar