Google də İşləyən Azərbaycanlı

Google”da işləyən azərbaycanlı: Şirkətdən mənə təklif gələndə elə bildim, zarafatdır
“Google” şirkətində çalışan azərbaycanlı Esmiralda Şirinovanın
Harada təhsil almısınız? Xaricə getməyə necə qərar verdiniz?

- Orta təhsilimi Xəzər Universitetinin nəzdində olan Dünya məktəbində almışam. Bakıda Dünya məktəbində təhsil alarkən, orada IB (International Baccalaureate) proqramı açılmışdı. IB beynəlxalq proqramdır, onu uğurla bitirən tələbələr birbaşa xarici universitetlərə qəbul ola bilir. Mən də bu yolla İngiltərə, Hollandiya, Almaniya və Kanada universitetlərindən dəvət aldım.
Bu ölkələr arasında İngiltərədə mənə viza verəcək iş tapmağın çətin olduğunu bilməyimə baxmayaraq, oranı seçdim. Çünki həm dil, həm mədəniyyət, həm təhsil, həm də iş fürsətləri perspektivindən İngiltərə mənə daha yaxın idi.

Orada təhsilimi tamamladıqdan sonra İngiltərənin Southempton Universitetinin İnformasiya Texnologiyaları fakültəsində bakalavr təhsilinə başladım və 2018-ci ildə “First Class Honours” dediyimiz fərqlənmə diplomu ilə məzun oldum. Artıq dörd ildir ki, İngiltərədə yaşayıram. Bu qərarımdan heç vaxt peşman olmadım, çünki dörd il ərzində burada heç vaxt özümü qonaq kimi hiss etmədim.

- Nə vaxtdan işləyirsiniz?

- İşləməyə ilk dəfə 16 yaşımda başlamışam. Məktəbi bitirdikdən sonra universitetə başlamadan öncə həm təcrübə qazanmaq, həm də səçdiyim sahənin mənə, doğrudan da, uyğun olduğunu yoxlamaq üçün bir il işləməyə qərar verdim.

Bu bir ildə Azərbaycanda bankların birində informasiya texnologiyaları departamentində təcrübəçi olaraq işlədim. Daha sonra İngiltərədə bakalavr təhsilinə başladım. Universitet boyu hər yay tətili ərəfəsində bir neçə şirkətdə təcrübə keçdim.

Üçüncü kursda dərslərə hazırlaşır, dissertasiya yazır, iş axtarır və eyni zamanda, Southemptonda bir şirkətdə “part-time” sistem analitiki olaraq işləyirdim. Bunları etdiyim zaman 19 yaşım vardı. Düzü, bəzən bu yaşda “Bu qədər əziyyətə, doğrudan, ehtiyac varmı?”, - deyə tərəddüd edirdim, amma bir yandan da insanın əziyyətinin bəhrəsini hər zaman gördüyünə inanırdım. Universiteti bitirən kimi “Google” şirkəti mənə iş təklif etdi və hazırda London ofisində çalışan ən gənc işçiyəm

Google” şirkətində sizdən başqa azərbaycanlı varmı?

- Əlbəttə. London və Kaliforniya ofislərində işləyən azərbaycanlılar var. Dəqiq sayı bilmirəm, amma hazırda London ofisində mənimlə birliktə çalışan üç azərbaycanlı var. Vaxt tapdığımız qədər görüşməyə, birliktə vaxt keçirməyə çalışırıq, üçü də bir-birindən maraqlı və uğurlu insanlardır.
Təhsil illərində əsas hədəfiniz arasında “Google”da işləmək vardımı?

- Düzü, hədəfim hər hansı bir şirkət yox, daha çox görəcəyim iş olub. Görəcəyim işin nə dərəcədə maraqlı olması, işin insanlara gətirəcəyi xeyri mənə daha vacib idi. Əgər namizəd görəcəyi işə uyğun yox, şirkətin adına olan həvəsi üçün müraciət edirsə, biz bunu hiss edirik və bu namizədlərin şansı, təəssüflər olsun ki, az olur. İşə müraciət edən zaman görəcəyiniz işin tələblərini oxumaq çox vacibdir.

Tələblərdə yazılan xüsusiyyətlərə nə qədər cavab versəniz, o qədər həmin işdə xoşbəxt və uğurlu olmaq şansınız çox olur. Mənim üçün də bu prioritet idi. Amma bizim sahədə olan kimdən soruşsanız, FAANG (Facebook, Amazon, Apple, Netflix, Google) dediyimiz texnoloji nəhənglərin birində çalışmaq arzusu hər kəsdə mütləq var.

Mənim üçün də “Google” hər zaman bu beşlik içində həm korporativ mədəniyyəti, həm işçilərə münasibəti, həm də gördüyü

- Başınıza gələn ən maraqlı hadisədən danışın.

- Son zamanlarda başıma gələn ən maraqlı hadisə elə, yəqin, “Google” şirkətindən iş təklifi almağım olub. 2017-2018-ci il, yəni bakalavrın son ilində iş axtarırdım. Bir neçə şirkətdən - “Deutsche Bank”, “PwC UK”dan təklif almışdım, amma sənədlərimi “Google”a “onsuz da məndən daha yaxşıları var”, - deyə düşünüb verməmişdim.

Son olaraq 2017-ci ilin dekabrında “Deutsche Bank”ın iş təklifini qəbul etdim və iyul ayında işə başlamağa hazırlaşırdım. May ayının sonlarında bir gün dostlarımla oturub, “Məni qəbul etməzlər deyə “Google”a sənədlərimi vermədim, amma səhv etdim, gərək risk edərdim” dedim.

Bundan düz iki gün sonra “Linkedin” vasitəsilə bir xanım mənə yazıb, “Google” şirkətinin HR departamentindən olduğunu, mənim profilimi bəyəndiklərini və müsahibəyə çağırmaq istədiklərini dedi.

Bu qədər təsadüf ola bilməz deyə düşündüm

şlərlə ən çox seçilən şirkət olub.

Başınıza gələn ən maraqlı hadisədən danışın.

- Son zamanlarda başıma gələn ən maraqlı hadisə elə, yəqin, “Google” şirkətindən iş təklifi almağım olub. 2017-2018-ci il, yəni bakalavrın son ilində iş axtarırdım. Bir neçə şirkətdən - “Deutsche Bank”, “PwC UK”dan təklif almışdım, amma sənədlərimi “Google”a “onsuz da məndən daha yaxşıları var”, - deyə düşünüb verməmişdim.

Son olaraq 2017-ci ilin dekabrında “Deutsche Bank”ın iş təklifini qəbul etdim və iyul ayında işə başlamağa hazırlaşırdım. May ayının sonlarında bir gün dostlarımla oturub, “Məni qəbul etməzlər deyə “Google”a sənədlərimi vermədim, amma səhv etdim, gərək risk edərdim” dedim.

Bundan düz iki gün sonra “Linkedin” vasitəsilə bir xanım mənə yazıb, “Google” şirkətinin HR departamentindən olduğunu, mənim profilimi bəyəndiklərini və müsahibəyə çağırmaq istədiklərini dedi.

Bu qədər təsadüf ola bilməz deyə düşündüm və bunun dostlarımın mənə hazırladıqları zarafat olduğunu fikirləşdim. Hətta düzünü desəm, iki ay çəkən müsahibələr prosesi boyu, müqaviləni imzalayana qədər, doğrudan da, “Google” şirkəti olub-olmadığına inanmadım.

Buna görə ailəmə, dostlarıma belə bir təklif aldığımı deməmişdim. Bəlkə də, müsahibələrdən uğurla keçməyimin bir səbəbi də şirkətin əsl olduğuna inanmadığıma görə çox sərbəst olmağım idi.

Bu hadisədən onu anladım ki, əgər o gün o xanım mənə “Linkedin”də yazmasaydı, hələ də “Google” məni işə götürməz” deyə düşünüb, iş üçün müraciət etməzdim. Ona görə daim özünə inanmaq, lazım gəldikdə risk etmək, belə şansları əldən qaçırmamaq lazımdır.
Nəhəng bir şirkətin işləmə prinsipləri maraqlıdır. İşçilərə münasibətdə yanaşma necədir?

- “Google” son illərdə dünya şirkətləri arasında işçilərə münasibətdə daim birinci yeri tutan şirkətdir. Hətta düşünürəm ki, “Google”un uğur sirri məhz işçilərə münasibətindədir. İşçilər olaraq bizə gördüyümüz işdə sərbəstlik verilir, məsələn, gördüyü işindən asılı olmayaraq üzərində işləyəcəyiniz layihələri özünüz seçirsiniz, bu layihələrin gördüyünüz işlə heç bir əlaqəsi olmaya da bilər.

Buna gününüzün 20 faizini ayıra bilirsiniz. Həftədə bir dəfə menecerinizlə görüşür, həftə boyu gördüyünüz işlərdən, layihələrindan inkişafın xəbər verirsiniz.

Yazar: İlk yazar