Hamilə qadınlar qəhvə içə bilərmi?

Qəhvə elə bir fərqli dad və ləzzətdir ki, onu nə iləsə əvəzləmək qeyri-mümkündür. Günün əvvəlində, nahardan sonra, dostlarla söhbət edərkən və ya gərgin iş günündən sonra bir fincan qəhvənin dadından doymaq olmur. Bundan əlavə, qəhvənin sağlamlıq üçün çoxlu faydaları var. Hamilə qadınların qəhvəni də digər hər içki və qidalar kimi ölçülü şəkildə istifadə etmələrinin vacib olduğunu qeyd edən dietoloq Ayşegül Bahar mövzu ilə bağlı ətraflı məlumat verib.

Hamilə qadınların qəhvə içməsi

Yaddaşı gücləndirən, konsentrasiyanı artıran qəhvə qaraciyər yağlanmasını və 2-ci tip diabet riskini azaldır, öd kisəsində daşların əmələ gəlməsinin qarşısını alır. Həzmi asanlaşdırır və həzm sisteminin daha yaxşı işləməsinə kömək edir. Həmçinin maddələr mübadiləsini və yağların yandırılmasını sürətləndirir.

Hamilə qadınlar gündə 1-2 fincan qəhvə içə bilərlər. Lakin kafeinsiz qəhvə içmələri tövsiyə olunur. Kafeinsiz qəhvənin dad baxımından adi qəhvədən heç bir fərqi yoxdur. Hamiləlik dövründə qadınların dəmir, kalsium, maqnezium, kalium kimi minerallara daha çox ehtiyacı var. Gələcək analar çox qəhvə içsələr, bu mineralların çatışmazlığı ilə qarşılaşa bilərlər. Bu səbəbdən kafeinsiz qəhvə hamilələr üçün daha yaxşı seçim olacaq.

Hamilə qadın

Hamilə qadınların qəhvəni həyatlarından çıxarmağına ehtiyac yoxdur. İstənilən yemək və içkidə olduğu kimi, ölçülü şəkildə qəbul etmələri yetərlidir. Çünki qəhvənin bir çox faydaları var. Hamiləlik də bu faydalardan çəkinməyinizi tələb etmir.

Sadəcə olaraq burada kiçik bir xəbərdarlıq etmək lazımdır. Kofeinin çıxarılması xüsusi bir prosesdir. Bunu kimyəvi maddələrdən istifadə etmədən xüsusi texnika ilə edən markalar var. Buna görə də kafeinsiz qəhvə seçərkən keyfiyyətinə və etibarlılığına əmin olduğunuz markaları seçin.

[xeberdarliq]

Yazar: İlk yazar