Hamiləlikdən qorunmağın 10 ən təsirli yolu

İndiki dövrdə müxtəlif kontrasepsiya (qorunma) üsulları ilə arzuolunmaz hamiləliyin qarşısını almaq mümkündür. Bu məqaləmizdə hamiləlikdən və təbii ki, cinsi yolla keçən xəstəliklərdən qorunmağın ən təhlükəsiz üsullarını araşdırmışıq. Onları sizə təqdim edirik.

1. Təqvim metodu

Təqvim metodu

Tarix boyu istifadə edilmiş və hələ də istifadə olunmağa davam edən ən qədim doğuşa nəzarət üsullarından biri olan təqvimlə hamiləlikdən qorunmada yumurtlama vaxtları və menstrual dövrləryaxından izlənilir. Qadınların yumurtlama dövrlərini hesablayan bir təqvim vasitəsilə doğuşa nəzarət edilə bilir. Yumurtlama dövründə qadınların bədən istiliyi və vaginal axıntısı düzgün tarixlərə əsasən istifadə edilir. Müntəzəm menstrual dövrü olan qadınlarda, əvvəlki menstruasiya tarixini qeyd edilərək sonrakılarda yumurtlamanın təxmini vaxtını təxmin etmək olar. Təqvim metodunun effektivliyi təxminən 75% etibarlılıq dərəcəsinə malikdir.

2. Spermisid

Spermisid

Vaginanın içərisinə yerləşdirilən süpozituarla hamiləliyin qarşısını almaq mümkündür. Təkcə süpozituar deyil, həm də köpük və ya tablet şəklində olan bu məhsul sayəsində sperma hüceyrələri uşaqlığa çatmadan ölür. Hamiləlikdən qorunma nisbəti 74% olan spermisid üsulu effektiv nəticə əldə etmək üçün cinsi əlaqədən 1 saat əvvəl tətbiq edilməlidir.

Spermisidlərin süpozituar, krem ​​və köpük gel kimi növlərii var. Sizə ən uyğun olanı seçərək onlardan istifadə edə bilərsiniz. Düzgün istifadə edildikdə 91% qoruma təmin edir. Keyfiyyət dərəcəsi digər qorunma üsulları ilə müqayisədə aşağıdır. Buna görə də başqa üsullarla istifadə edilməsi onun qoruyucu xüsusiyyətlərini artırır.

3. Spiral (uşaqlıqdaxili cihaz)

Spiral (uşaqlıqdaxili cihaz)

Kiçik T şəkilli alətə verilən ad olan spiral spermanın uşaqlığa çatmasının qarşısını alır. Mütəxəssis həkim tərəfindən uşaqlığın içərisinə yerləşdirilən spiral adətən 2-3 santimetr ölçüsündə olur. İki növ spiral var. Tərkibində mis olan spiralların qorunma müddəti 10 ildir. İlk il üçün hamiləlik nisbəti 1 faizdən azdır. Hormon ifraz edən spirallər 5 il ərzində təsirli olur. Bu hormon uşaqlığa salınaraq seliyi qalınlaşdırır və spermanın daxil olmasına mane olur. Ən əsas yan təsir ləkəli qanaxmadır. Amma qadına zərər vermir və müalicə tələb etmir.

Hormon ifraz edən spirallar menstrual krampları azalda bilər. Klassik "T" formalı spirallardan fərqli olaraq çox kiçik çubuqlar şəklində olan yeni nəsil spirallar hər uşaqlığa uyğunlaşır.

4. İmplanon (dərialtı implant)

İmplanon (dərialtı implant)

Digər bir hamiləlikdən qorunma üsulu olan dərialtı implant ilə progesteron hormonunun ifrazına təsir göstərilir və hamiləliyin qarşısı alınır. Uzunluğu təxminən 4 sm olan implantlar 3 ilə qədər təsir göstərir. Bu implantlar yalnız mütəxəssislər tərəfindən dərinin altına qoyulur və ya çıxarılır. Protesteron hormonu uşaqlıq boynundakı selikli mayeni qalınlaşdıraraq spermanın keçməsinin qarşısını alır. Beləliklə, hamilə qalma ehtimalını demək olar ki, sıfıra endirir.

5. Mesigyna – Depo Provera (qoruyucu iynələr)

Mesigyna – Depo Provera (qoruyucu iynələr)

Doğuşa nəzarət həbləri ilə süni hormon əlavələri edilərək hamiləliyin qarşısı alındığı kimi, mesigyna – depo provera kimi də tanınan qoruyucu iynələr sayəsində 99% effektiv nəticə əldə etmək olar. Tərkibindəki estrogen və progesteron hormonları sayəsində yumurtlamanın qarşısını alır, uşaqlıq yolunda olan mayenin qalınlaşdıraraq spermanın keçməsini maneə törədir. Doğuşa nəzarət iynələrinin istifadəsində hamiləlik ehtimalı 1% -dən aşağıdır. Doğuşa nəzarət iynələri aylıq və 3 aylıq olaraq iki yerə bölünür. Aylıq iynələrdə progesteron, 3 aylıq iynələrdə isə həm progesteron, həm də estrogen var. Bu iynələr menstruasiyanın ilk 5 günündə mütəxəssisin müşayiəti ilə əzələyə vurulur.

6. Doğuşa nəzarət həbi

Doğuşa nəzarət həbi

Bir çox qadının hamiləlikdən qorunmaq üçün istifadə etdiyi üsullardan biri olan doğuşa nəzarət həbləri həkim nəzarəti altında qəbul edilməlidir. Doğuşa nəzarət həbləri, menstruasiya dövrünün ilk günündən sonrakı 21 gün ərzində müntəzəm olaraq qəbul edilməlidir. Bu həblər 99% təsirə malikdir. Qadınlar uşaq sahibi olmaq istədikləri zaman həbdən istifadəni dayandıra bilərlər. Həb istifadəsini dayandırdıqdan sonra yumurtlamanın qarşısını alan faktorlar aradan qalxır və hamiləliyin qarşısını alacaq heç bir problem olmur. Həblərin hamiləliyin qarşısını almaqla yanaşı, menstruasiya tənzimlənməsi və yumurtalıq kistalarının müalicəsində təsirli ola biləcəyi müşahidə edilib.

7. Boruların Bağlanması

Boruların Bağlanması

Ən çətin hamiləlikdən qorunma üsullarından biri olan boruların bağlanması ilə qadınların hamilə qalmalarının qarşısı alınır. Bu üsul əsasən birdən çox uşağı olan və 35 yaşdan yuxarı qadınlara tövsiyə olunur. Qoruma dərəcəsi 99% olaraq dəyərləndirilir. Erkən menopoz və ya cinsi istəksizliyə səbəb olmur.

8. Vazektomiya

Vazektomiya

Kişilərin sperma kanallarını bağlayaraq sterilizasiyası mənasını verən doğuşa nəzarət üsulu olan vazektomiya yalnız cərrahi əməliyyatla edilə bilər. Vazektomiya ilə kişinin cinsi əlaqədə olduğu qadının hamilə qalma ehtimalı tamamilə aradan qaldırılır. Vazektomiyadan sonra kişidən gələn mayenin rəngində və sıxlığında heç bir dəyişiklik olmur. Lakin mayenin tərkibində sperma hüceyrələri olmur. Lokal anesteziya altında qısa bir prosedurla həyata keçirilir. İlk 6 ayda nadir görülən yan təsirləri qanaxma, infeksiya, şişlik, sərtləşmə problemi və ağrıdır.

9. Diafraqma

Diafraqma

Uşaqlıq boynuna lateksdən hazırlanmış elastik bir cihaz yerləşdirməklə hamiləlikdən qorunmaq olar. Süd verən anaların da istifadə edə biləcəyi bu üsul heç bir əks təsiri olmaması ilə diqqət çəkir. Diafraqmaya əsasən hormonal dərman qəbul etmək istəməyən qadınlar üstünlük verir. Uşaqlığın
içərisinə yerləşdirilən diafraqma spermanın yumurtanı dölləndirməsinə mane olur. Düzgün istifadə edildikdə 94% effektivdir.

10. Prezervativ

Prezervativ

Prezervativ, penisə keçirilən şəffaf və nazik bir vasitədir. Bu mənada lateks allergiyası olanların polizopren prezervativlərdən istifadə etməsi tövsiyə olunur. Suya davamlı xüsusiyyəti və dayanıqlılığı sayəsində doğuma nəzarət və cinsi xəstəliklərə qarşı qoruyucu məqsədlər üçün istifadə edilə bilər.

Müdafiəsiz cinsi əlaqədə hamiləliyin qarşısını necə almaq olar?

Müdafiəsiz cinsi əlaqə zamanı hamilə qalmaq istəmirsinizsə, istifadə edə biləcəyiniz bir neçə üsul var. Bu üsullar doğuşa nəzarət həbi, boruların bağlanması, təqvim üsulu, spiral və doğuşa nəzarət iynələridir.

Hamilə qalmamaq üçün nə vaxt cinsi əlaqədə olmaq lazımdır?

İncə konsistensiyalı, uzanan və aydın görünən axıntıdan sonrakı dörd gün ərzində hamilə qalma riski çox yüksəkdir. Bu günlər keçdikdən sonra cinsi əlaqədə olduğunuz zaman hamiləlik riski yoxdur. Lakin arada qanaxma olarsa, bu günlərdə və qanaxmadan 3 gün sonraya qədər əlaqəyə girmək məsləhət görülmür.

Həkimlər hansı qorunma üsullarını tövsiyə edirlər?

Həkimlər hamiləlikdən qorunma üçün ən təsirli üsul kimi doğuşa nəzarət həblərinin istifadəsini tövsiyə edirlər. Uşaqlıqdaxili vasitə də geniş istifadə olunur və təhlükəsizdir.

Müdafiəsiz cinsi əlaqədən sonra nə etmək lazımdır?

Müdafiəsiz cinsi əlaqədən sonra hamiləliyin qarşısını almağın ən yaxşı yolu uşaqlıqdaxili vasitə ilə qorunma və ya həb istifadəsidir. Spiral kimi tanınan bu vasitə cinsi əlaqədən sonrakı 5 gün ərzində tətbiq oluna bilər. Həb də 5-ci günə qədər istifadə edilə bilər.

[xeberdarliq]

Yazar: İlk yazar