Hər şeyə “hə” demək nələrə səbəb olur?

“Hər şeyə lüzumsuz yerə “hə” demək imkanlara “yox” deməkdir. Həyatımızı bizdən başqası yaşamır. Sərhədlərinizi müəyyən etsəniz, münasibətləriniz daha da yaxşılaşacaq. “Yox” deməyi öyrənmək bədəli olan gözləntiləri də əhəmiyyətli dərəcədə azaldacaq”. Bu fikirləri evlilik mütəxəssisi Cenk Sabuncuoğlu səsləndirib.

“Yox” demək bir sərhəd göstəricisidir”.

“Yox” demək

Ailədə valideynləri tərəfindən dəyərlilik qazana bilməyən fərdlər kənardan qidalanaraq dəyərli olacaqlarını düşünürlər. Bu səbəbdən də uduzmamaq üçün hədlərini və mövqelərini açıqlaya bilmirlər. “Yox” demək mövcud həyat enerjimiz üçün yaxşı olmayan və içində olduqları zaman özlərini ağır hiss edəcəkləri hallar barədə qarşı tərəfi məlumatlandırma vəziyyətidir.

“Yox” deyə bilməyən insanlar bir döngədə ilişib qaldıqlarını düşünürlər”

Xüsusilə qadınlar bu hissləri yaşayır və “yox” deməkdə çətinlik çəkirlər. Fürsətləri geri çevirməmək və insanları məyus etməmək üçün fədakarlıq etdiklərinə inanırlar. Bu durum insanlara xidmət edən həyat tərzidir.

“Məhdudiyyətlər qoysanız, münasibətləriniz yaxşılaşacaq”

Hər şeyə “hə” demək

“Yox” deyə bilməyən insanlar bunu edərək ətrafdakılar üçün öz sərhədlərini müəyyən etməlidirlər. Hər şeyə gərəksiz “hə” demək imkanlara “yox” deməkdir. Sərhədlərinizi düzgün təyin etsəniz, münasibətləriniz daha da inkişaf edəcək və daha doğru “hə” və “yox”lardan istifadə edəcəksiniz. “Yox” deməyi öyrənmək həm də gözlənilən inciklikləri də əhəmiyyətli dərəcədə azaldacaq. Çünki başqaları üçün planlarınızı təxirə salmayacaqsınız, öz ehtiyaclarınızın yerinə başqalarınınkını qoymayacaqsınız.

“Özünüzü doğru yerdə və doğru zamanda “yox” deməyə alışdırın”

Öhdəlik etdiyiniz "hə" sizi məyusluğa uğrada bilər. “Niyə yox demədim?” deyə bilərsiniz. Bu hisslər bir insan üçün ağır hisslərdir. Doğru “hə” və “yox” dəyərləndirməsini bilməsəniz, zamanla hər şeyi qəbul etməyə və özünüzü daha bədbəxt hiss etməyə başlayacaqsınız. Bunun əvəzinə sərhədlərinizi müəyyən edin və faydasız “hə”lərdən uzaq olun. Özünüzü lazım olan anda “yox” deməyə öyrəşdirin.

Yazar: İlk yazar