Kiminsə yalan danışıb-danışmadığını öyrənməyin ən yaxşı yolu
İnsanlar yalanları aşkar etməyi o qədər də yaxşı bacarmırlar. Elmi təcrübələr bizim dəqiqlik səviyyələrimizin (düzgün proqnozlaşdırma) çox aşağı olduğunu göstərir. Lakin bu təcrübələrin böyük əksəriyyəti insanların yalanı təkbaşına aşkar etmək qabiliyyətinə yönəlib.
Bəs insanlar öz idrak resurslarını birləşdirsələr (qrup halında işləsələr) və yalançılığı ifşa etmək üçün birlikdə çalışsalar, nəticə necə olacaq?
Bu yaxınlarda aparılan bir araşdırmanın əsası da bu idi. Çalışmada qrupların kiçik və böyük yalanları aşkar etməkdə tək fərdlərdən daha yaxşı olduğu qənaətinə gəlinib. Tədqiqatçılar insanların fərdi və qrup halında çalışmaqla yalanları proqnozlaşdırmaqda nə qədər yaxşı olduqlarını test edən bir sıra təcrübələ hazırlayıblar.
Təcrübələrin birində iştirakçılar insanların bəzi şeylər (məsələn, indiyədək keçirdikləri ən yaxşı tətil) haqqında doğru və ya yalan danışdığı bilinməyən video qeydlərinə baxıblar. Bəzi iştirakçılar ayrı-ayrılıqda videodakı insanların yalan danışdığını düşündüklərini bildiriblər, digərləri isə bir fikrə gəlmək üçün qruplar şəklində çalışıblar.
Başqa bir təcrübədə isə iştirakçılar insanların bir-birlərini pulu bölməyə razı salmağa çalışdıqları (və hətta bütün pulları özləri üçün oğurlamağa çalışdıqları) bir yarışma proqramını (Golden Balls) izləyiblər. Belə vəziyyətlərdəki yalanlar böyük yalanlar hesab olunur, çünki insanlar maddi risk altındadırlar. Nəticələr kiçik yalan təcrübəsində qrupların ayrı-ayrı işçilərə nisbətən yalanları 8% daha yaxşı aşkarladığını göstərib. Böyük yalanlar təcrübəsində isə qruplar 4% daha dəqiq proqnozlar veriblər.
Tədqiqatın bəzi mühüm praktiki nəticələri var. Misal üçün; tədqiqatçılar yalanları aşkar etməkdə fərdlərin öyrədilməsinə xərclənən pulun bunu etmək üçün öyrədilməmiş şəxslərdən ibarət qrupların yaradılmasına xərclənməsinin daha yaxşı bir fikir ola biləcəyini söyləyirlər.