Kişilər niyə susurlar?
Qadınlar tez-tez kişilərin cavab vermədiklərini, danışmadıqlarını, səssiz qaldıqlarını bildirirlər. Bəs niyə kişilər susurlar? Sevən kişi susarmı?
Sevən kişi susarmı?
Münasibətlərdə yaşanan problemlər zamanı səssiz qalan tərəf kişilər olur. Aşiq olan kişilərin susmasının səbəbi problemi həll etmək istəmədiklərindən irəli gəlmir. Bu mövzuda çox zaman səhb başa düşülürlər. Bilirsiniz, kişilər niyə susurlar? Çünki onlar üzbəsurət danışmaqla problemin həll olunacağına inanmırlar. Qadınlar bu baxımdan kişilərlə müqayisədə daha istəkli və güclüdürlər. Buna görə kişilərin qadınlar qarşısında heç bir şansı yoxdur. Bunun bir çox səbəbi var. Mübahisə etmək əsasən qadınlara xas xüsusiyyət olduğuna görə, kişilər susmağı üstün tuturlar.
Kişilərin problemlər qarşısında susqun qalmasının digər səbəblərindən biri də özlərinə müdafiə olunmaq fürsətinin verilmədiyi ilə əlaqədardır. Kişilər çox zaman mübahisələrdə özlərinin haqsız çıxdıqlarını bildirirlər.
Kişilər niyə susmağı üstün tuturlar?
Kişilər susmağının əsas səbəblərindən biri də əsəbi olmalarıdır. Onlar hesab edirlər ki, əsəbiləşdikdə daha sərt reaksiya verə bilərlər. Kişilər bəzən qəzəblənməyinin səbəbini anlamırlar. Buna görə susmaq onlar üçün əlverişlidir.
Kişi sevdiyi qadınla mübahisə zamanı adətən susmağı seçir. Bu, ona dəyər verdiyinə görədir. Danışaraq sevdiyi qadını üzə biləcəyi üçün susmağa üstünlük verir. Bəzən isə kişi öz sakit xarakterindən dolayı susur. İnsanın susmağı seçməsi onun keçmişdə yaşadığı anlarla da əlaqəli ola bilər.
Sevən kişilər nə zaman susurlar?
Kişilər adətən səssizliyə qapanmağı seçirlər. Onların susqunluğunun altında bir çox səbəb yatır. Kişilər aşağıdakı səbəblərdən dolayı susurlar:
- Kişi inciyirsə və ya inciməkdən çəkinirsə, susur.
- Danışacaq bir şeyi yoxdursa, susur.
- Getmək istəyirsə, susur.
- Əsəbi olduqda susur.
- Önəm vermirsə, susur.
- Kədərli olanda susur.
Sevən kişi susaraq gedir?
Qeyd etdiyimiz kimi, kişilərin çoxu sevdiyi, dəyər verdiyi qadını incitməmək üçün susur. Ancaq yeganə səbəb bu deyil. Digər səbəblər aşağıdakılardır:
- Münasibətdə kişinin qəflətən tərk edib getməsi bağlanmaq qorxusu ilə əlaqədar ola bilər.
- Bir insana tamamən bağlanıb, özünü bir nəfərə həsr edib, digər maraqlardan əl çəkmək kişilər üçün çətindir. Kişilər qadınların evlənməklə bağlı təzyiqlərinə görə də uzaqlaşa bilərlər.
- Duyğularını açıqlamağa çətinlik çəkən kişi niyə ayrılmaq istədiyini söyləmir, onun bunu əvvəl-axır başa düşəcəyini hesab edir.
Kişilərin susmağının səbəbləri
1. Qadına qarşı səhv davrandığının fərqindədirsə, susur. Onu daha çox üzməmək üçün çıxıb gedir.
Halbuki, susmaq heç də çıxış yolu deyil.
2. Qadınlar hesab edirlər ki, kişilər duyğularını biruzə etmirlər. Kişiləri buna görə tənqid edirlər. Bu
zaman onların söhbəti alınmır və kişi sakitcə çıxıb gedir.
3. Bir şey dəyişməsə də, ayrılıq zamanı mənzərənin çirkinləşməməsi üçün aqressiv olmamaq gərəkdir.