Körpələrin əmzik istifadəsi necə olmalıdır?

Körpələr ilk aylarından etibarən əmzik istifadə edirlər. Valideynlərin ortaq qayğılarından biri də əmzik istifadəsinin doğru olub-olmamasıdır. Mütəxəssislər ilk bir ay ərzində əmzikdən istifadəni məsləhət görmürlər. Gecələr ağlayan körpələri adətən əmziklə sakitləşdirirlər. Körpələr əmzik sayəsində rahatlıq tapır və özlərini güvənli hiss edirlər.

Əmzik istifadəsi zamanı diqqət edilməli məqamlar

Əmzik istifadəsi zamanı diqqət edilməli məqamlar

- Əmzik istifadəsi zamanı gigiyena qaydalarına riayət etmək vacibdir.

- Körpənin ac halda əmzik əmməsinə izn verilməməlidir. Bu durum körpənin özünü tox hiss etməsinə səbəb ola bilər.

- Körpə hər ağladıqda onu əmziklə susdurmaq olmaz. Bu, onda vərdiş yarada bilər.

- Yuxu əsnasında körpənizin ağzından düşən əmziyi yenidən ağzına qoymayın. Əmzik təmiz və gigiyenik olmalıdır.

- Əmziyin zəncirini körpənizin boynuna asmayın. Bu onun yuxusuna mane ola bilər.

- Əmziyin istifadə müddəti maksimum 2 ay olmalıdır.

- Silikon əmziklərə üstünlük verin. Onlar daha dayanıqlıdır və körpənin ağız quruluşuna uyğundur.

Əmzik istifadəsinin müddəti

Əmzik istifadəsinin müddəti

Əmziyi tərgidən körpələr barmaqlarını sormağa başlayırlar. Əmzikdən uzun müddət istifadə etmək körpənin inkişafında müxtəlif problemlərə səbəb ola bilər. Əmizdirmə dönəmində körpənizin bəzən aqressivləşməsi durumunda ona əmzik verə bilərsiniz. Ancaq əmzikdən uzun müddətli istifadəyə təşviq etmək yanlışdır. Əmziyi bal, mürəbbə və digər şirin şeylərə batırıb körpəyə vermək onda əmziyə qarşı daha sıx vərdiş yarada bilər.

Əmzik istifadəsi necə tərgidilir?

Əmzik istifadəsi necə tərgidilir?

Əmziyin istifadə məqsədi və istifadə vaxtı önəmli məqamdır. Yuxuya keçməyi asanlaşdırmaq üçün əmzik istifadə etməyi tərgitmək daha asandır. Əmziyi hər hansı oyuncaqla əvəzləmək olar. Uşaqlar adətən 2 və ya 4 yaşdan sonra əmzikdən könüllü imtina etsələr də, bu vaxtadək gözləmək lazım
deyil.

Ailədaxili vəziyyət olduqca vacibdir. Problemli və stresli bir dönəmdə əmziyi tərgitmək uşağa daha çətin olar. Bu zaman körpənizlə daha çox vaxt keçirməlisiniz. Körpəniz əmzikdən ayrı qaldığı üçün ağladıqda ona yenidən əmzik verməməlisiniz. Əks təqdirdə, bu proses daha çətin hal alacaq.

Bir sözlə, övladınıza əmzik istifadəsinin mümkünsüzlüyünü aşılayın. Ancaq bunu ona təzyiq göstərmədən, şirin dillə başa salmalısınız. Evdəki bütün əmzikləri tullayın. Bu müddətdə övladınızla daha çox vaxt keçirin və hətta yatana qədər yanından ayrılmayın.

Körpə sağlamlığına aid digər məqalələrimiz:

Yazar: İlk yazar