Körpəm ishal oldu, nə etməliyəm?
Körpələr və azyaşlı uşaqlar ishala səbəb olan viruslara böyüklərlə müqayisədə daha tez yoluxurlar. Bu səbəbdən rota virusu kimi qastroenterit təsir göstərən mikroblar körpələri asanlıqla təsir altına alır və müalicə olunmasa ölümə belə səbəb olur. Afrika və Cənubi Asiyada ishal səbəbindən körpə ölümləri yüksək dərəcədədir.
Körpələrdə ishal
Körpələrdə ishalın ölümcül hal alması qusma nəticəsində mayenin sürətlə itirilməsi, buna bağlı olaraq orqanların funksiyasının pozulması ilə bağlıdır. Buna görə körpələr ishal olduqda diqqət ediləcək əsas məqam onların ağızlarının quruyacaq dərəcədə susuz qalmamasıdır. Ana südü ilə qidalanan körpələr ishal olduqda ana südü əvəzinə digər qidalarla qidalandırıldıqda, bu, onlara daha çox zərər verir. İshal olan körpələr daha tez-tez əmizdirilməli, onlara su, duz və şəkərdən hazırlanan ishal mayesi verilməlidir.
İshal üçün hazırlanan qarışıq
İshal üçün xüsusi maye belə hazırlanır: 5 stəkan qaynadılmış və soyumuş suya bir çay qaşığı duz və bir xörək qaşığı şəkər tozu əlavə edilərək qarışdırılır. Bu qarışıq körpənin bezi dəyişdirildikdən sonra ona içizdirilir.
Körpə ishal olduqda nə etmək lazımdır?
İshal olan körpələrdə qusma halı və yüksək hərarət müşahidə olunur. Bu hallar davamlı olduqda həkimə müraciət etmək lazımdır. İshalı dayandırmaq üçün böyüklərin istifadə etdiyi bitki və qidalardan körpələrə tətbiq etmək olmaz.
Körpələr qarışıq ortamlardan və ya çirkli sulardan keçən mikroblar ishala səbəb ola bilər. İnsan ifrazatı ishal virusunun ən çox olduğu maddələrdən biridir. Körpə təmiz saxlanmalı, bezi gigiyenik qaydalara uyğun dəyişdirilməlidir.
[xeberdarliq]