Sağlamlıq
17.02.23 08:22
Mədə botoksu haqqında 5 sual və 5 cavab
Mədə botoksu obezitenin müalicəsində uğurla tətbiq olunan endoskopik və qısa müddətli bir prosedurdur. Mədə botoksu üsulunu uyğun xəstələrə tətbiq etmək vacibdir. Ümumi cərrahiyyə mütəxəssisi prof. dr. Cengiz Erenoğlu mədə botoksu ilə bağlı maraqlı sualları cavablandırıb.
1. Mədə botoksu necə bir üsuldur?
Mədə botoksu mədənin müəyyən hissələrinə botulinum toksininin endoskopik yeridilməsi əsasında aparılan müalicədir.
2. Prosedur nə qədər çəkir?
Müddəti təxminən 20-30 dəqiqədir.
3. Mədə botoksu ilə nə qədər çəki itirilir?
Botoks müalicəsi ilə bədən çəkisinin orta hesabla 10-20%-i itirilə bilər.
4. Mədə botoksu kimlərə tətbiq olunur?
Bədən-kütlə indeksi 27 və yuxarı olan insanlara tətbiq edilir.
5. Mədə botoksunun hər hansı əks təsiri varmı?
Mədə botoksu yan təsirləri az olan endoskopik müalicə üsuludur. Dərin sedasyon altında həyata keçirilən ağrısız bir prosedurdur.
[xeberdarliq]