Mədə şişkinliyinin səbəbləri və ev şəraitində həll yolları

Mədə şişkinliyi insanların gündəlik həyatında baş verən sağlamlıq problemlərindən biridir. Mədə şişkinliyi ilə bağlı ətraflı məlumatları sizə təqdim edirik.

Mədə və qarın şişkinliyinə yaxşı təsir edən 6 bitki

1. Şüyüd çayı

Şüyüd çayı

Xüsusən reql dönəmlərində ağrıkəsici və rahatladıcı təsiri ilə tanınan şüyüd çayı mədə xəstəlikləri ilə də mübarizə aparır. Həzmsizliyi və şişkinliyi qabaqlayan şüyüd çayını içərək mədə problemlərindən xilas ola bilərsiniz. Gündə bir fincan şüyüd çayı içsəniz, həzm sisteminiz sağlam şəkildə işləyər.

2. Zəncəfil çayı

Mədə şişkinliyinə zəncəfil çayı

Qaz problemi sağlamlıq üçün vacib məqamdır. Bu durumun müalicəsi ilə məşğul olmaq lazımdır. Bağırsaqların təmizlənməsində və boşaltma sistemi nasazlıqlarının aradan qaldırılmasında önəmli rol oynayan zəncəfil çayı qaz yığılmasından dolayı yaranan şişkinliyi aparır.

3. Nanə çayı

Nanə çayı

Nanə çayı rahatladıcı təsiriylə mədə spazmalarının qarşısını alır. Mədədə şişkinliyin yaranmasını əngəlləyir, həzmi asanlaşdırır və qaz atılmasını sürətləndirir. Mədə və bağırsaqların rahatlanması üçün nanə çayı tövsiyə olunur.

4. Çobanyastığı çayı

Çobanyastığı çayı

Çobanyastığı çayı həzm sistemini tənzimləyərək mədənin rahatlığını təmin edir. Şişkinlik, mədə yanması və mədə turşuması kimi problemlərin həllində istifadə olunan çobanyastığı çayı bağırsaqları rahatladaraq qaz xaricinə kömək edir.

5. Anis çayı

Anis çayı

Dadı və qoxusu sərt olan anis çayı mədə problemlərini aradan qaldırmağa kömək edir. Başda mədə ağrıları olmaqla, şişkinlik problemini də yox edir. Anis çayını yuxugətirici tərkibinə görə yatmazdan əvvəl içmək tövsiyə olunur.

6. Limonlu su

Limonlu su

Həzmsizliyi götürən və toksinlərin orqanizmdən xaric olunmasını təmin edən limonlu su şişkinlik və qaz problemlərinə yaxşı təsir göstərir. Mədəni rahatlaşdırır və bağırsaqlarda yığılan qazı boşaldır. Limonlu su boşaltma sistemindəki infeksiyaları da yox edir.

Mədə şişkinliyi nədir?

Mədədə yaranan qaz yığılması səbəbiylə insana verdiyi narahatlığa mədə şişkinliyi deyilir. Mədə şişkinliyi problemi yaşayan insanların yeməyi sürətlə yedikləri və həzm sistemlərində pozuqluq olduğu aşkar edilib. Mədə şişkinliyi həmçinin qəbizlik və bağırsaq sindromundan dolayı yarana bilər.

Mədə şişkinliyinin səbəbləri

Mədə şişkinliyinin səbəbləri

Mədə şişkinliyinin bir çox səbəbi var. Bu, bəzən başqa bir xəstəliyin əlaməti, bəzən isə su istifadəsinin az olduğunun xəbərçisidir. Saqqız çeynəmək, karbonatlı içkilər içmək, sinirilməyən qidalar, qəbizlik, həssas bağırsaq sindromu, artıq çəki, düzgün qidalanmamaq, alkoqol istifadəsi və işlənmiş qidalar da mədəşişkinliyinə səbəb olur.

Mədə şişkinliyinin həll yolu

Mədə şişkinliyi insanın həm daxili, həm də sosial həyatına təsir edir. Müxtəlif üsullarla bu problemi həll etmək mümkündür. Limonlu su içmək, yeməyi yavaş-yavaş yemək, yeməyi ilıq halda yemək və qazyaradıcı qidalardan uzaq olmaq həmin həll yolları arasındadır.

Mədə şişkinliyini necə aradan qaldırmaq olar?

Mədə şişkinliyindən qurtulmaq üçün stresdən uzaq olmağa çalışmalısınız. Bununla yanaşı qazlı qidalardan və içkilərdən mümkün qədər az istifadə edin. Yemək öz vaxtında yeyilməlidir. Bunlara əməletsəniz, bu problem sizdən uzaq olar.

Yazar: İlk yazar