Mədə yanmasını nələr aradan qaldırır? Turşumağı dayandıran 15 qida
Mədə turşuması insanların tez-tez üzləşdiyi problemlər arasındadır. Bu narahatlıq qidalanma vərdişi ucbatından əmələ gəlir. Mədə yanmasını aradan qaldıran təbii qidaları təqdim edirik.
1. Banan
Banan mədə turşumasını aradan qaldırmağa kömək edir. Bananı yaxşıca əzin və məcun halına gətirib bu cür istifadə edin.
2. Süd
İnsanlar mədələri turşuduqda əsasən süd içirlər. Mədədə meydana gələn simptomların yüngülləşməyinə kömək edən süd, olduqca təsirli vasitədir.
3. Yaşıl tərəvəzlər
Brokoli, kök, lahana kimi qidalar mədə yanmasını kəsməyə kömək edir
4. Yulaf
Yulaf mədə turşuluğuna yaxşı təsir göstərir. Yulafla südü və ya qatığı qarışdırıb yesəniz, mədənizdəki turşuluq aradan qalxar.
5. Aloe vera
Aloe vera bir çox istiqamətdə istifadə edilir. Təmiz aloe veranı südlə qarışdırıb için. Mədə turşumasına kömək edir.
6. Biyan kökü
Biyan kökü çubüqları mədə yanmasına yaxşı təsir edir. Mütəxəssislər mədə yanması və ya turşuması zamanı biyan kökündən istifadə etməyi məsləhət görürlər.
7. Karbonat
Dadı yaxşı olmasa da, karbonat mədə turşumasına təsir göstərir. Karbonat mədənizin ph dərəcəsini tənzimləyir və mədədə olan yanma hissini aradan qaldırır.
8. Zəncəfil çayı
İsti zəncəfil çayı mədə turşuluğuna yaxşı təsir göstərir. Ətrafınızdakı marketlərdən zəncəfil çayı paketləri ala bilərsiniz.
9. Saqqız
Saqqız çeynəmək ağızdakı tüpürcək vəzlərinin aktivləşməsinə səbəb olur. Tüpürcəkdəki alkalin turşusunu tənzimləyərək mədə yanmasını aradan qaldırır.
10. Sirkə
Bir-iki çay qaşığı sirkə içməklə mədədəki yanma hissini aradan qaldırmaq mümkündür.
11. Badam
Badam yaddaşı gücləndirir. Mədə turşusunu neytrallaşdıran badam, mədə turşuması problemini yoluna qoyur. Hər gün bir ovuc badam yeməklə mədə turşuması problemindən xilas olmaq olar.
12. Bal
Bal bir çox xəstəliyin müalicəsində istifadə edilir. Gündə bir qaşıq bal yemək mədə turşumasına yaxşı təsir edir.
13. Alma
Alma bir çox problemi aradan qaldırmağa kömək edir. Dişlərə yaxşı təsir göstərən alma mədə turşusunu tənzimləyir və mədə yanmasının qarşısını alır.
14. Ayran
Ayran sevək-sevə içdiyimiz içkidir. Yağlı ayran mədə turşumasını aradan qaldırmağa kömək edir.
15. Alma sirkəsi
Mədə turşusunun yüksəlməsi ilə mədədə yaranan yanmanı aradan qaldırmaq üçün alma sirkəsi tövsiyə olunur. Yeməkdən sonra yarım stəkan suya iki qaşıq alma sirkəsi əlavə edib için.
Mədə yanmasına yaxşı təsir edən bitki çayları
1. Razyana çayı
Qastrit və reflyu kimi problemlərin qarşısını alan razyana çayı mədəni rahatladaraq ağrılara imkan vermir. Bağırsaqların davamlı işləməsini təmin edən razyana bitkisi boşaltma sistemini də tənzimləyir.
2. Çobanyastığı çayı
Rahatladıcı və gövşədici təsiri olan çobanyastığı çayı mədə əzələlərinin fasiləsiz çalışmasını təmin edir. Bədəndəki ağrıları səngidən çobanyastığı çayı mədə turşuluğunu aradan qaldırır.
3. Melisa çayı
Həzmsizlik və sinir problemləri zamanı istifadə olunan melisa çayı mədə yanmasına da yaxşı təsir göstərir. Yuxusuzluq xəstəliyinə də yaxşı təsir edən melisa çayı mədə sağlamlığını qoruyur. Gündə bir fincan melisa çayı içməklə sağlam mədəyə sahib ola bilərsiniz.
4. Yaşıl çay
İdmançıların geniş şəkildə istifadə etdiyi yaşıl çay yağ yanmasını artırır və həzmsizliyi aradan qaldırır. Yaşıl çay içməklə mədə yanmasından və şişkinliyindən xilas ola bilərsiniz.
Mədə turşuması nədir?
Mədə turşuması mədə turşusunun lazımi qədərdən artıq olması nəticəsində yaranır. Qastrit, reflyu kimi mədə problemlərinin də səbəb olduğu mədə turşuması mədədə yanma və ağrı kimi əlamətlər əmələ gətirir.
Mədə turşumasının səbəbləri
Mədə turşuması düzgün qidalanmamaq nəticəsində baş verir. Sürətli yemək yemək, yeməkdən sonra yatmaq, acqarına siqaret çəkmək kimi durumlar mədə turşuluğuna səbəb olur. Alkoqoldan istifadə də mədə turşuluğu yaradan faktorlar arasındadır.
[xeberdarliq]