Meşə örtüyü ilə zəngin olan 10 ölkə
Oksigen həyat mənbəyidir. Onun böyük hissəsini isə meşələr təmin edir. Meşələr təkcə insanlar üçün deyil, bütün canlılar üçün önəmlidir. Meşələrin genişliyi heyvanların yaşam sahələrini böyüdür. Meşələr həm də erroziya prosesinin qarşısını alır. Dünyanın meşələrlə zəngin ölkələrini təqdim edirik.
1. Rusiya
Rusiya ərazi baxımından dünyanın ən böyük ölkəsidir. Rusiyadakı meşələrin ümumi ərazisi 8 milyon kvadrat metrdən artıqdır. Ölkə ərazisinin 17 milyon kvadrat kilometr olduğunu nəzərə alsaq, onun yarısının meşələrlə örtülü olduğunu deyə bilərik.
2. Braziliya
Braziliya böyük meşə sahələri olan ölkədir. Dünyanın ağciyəri hesab olunan Amazon meşələri də Braziliyada yerləşir. Ölkədə meşəlik hissənin ümumi ərazisi 5 milyon kvadrat kilometrə çatır. Başqa sözlə, Braziliyanın 60 %-i meşələrdən ibarətdir.
3. Kanada
"Gələcəyin ölkəsi" adlandırılan Kanada yeraltı və yerüstü sərvətlərlə zəngindir. Kanadada təxminən 4,5 milyon kvadrat kilometrlik meşə sahəsi yerləşir. Ölkənin demək olar ki 45 %-i meşə örtüyündən ibarətdir.
4. ABŞ
ABŞ-ın təxminən üçdə biri meşələrlə örtülüdür. Ölkədəki meşələrin ümumi ərazisi 3 milyon kvadrat kilometrə çatır. Ölkənin texnoloji üstünlüyü meşə məhsulları sənayesinin iqtisadiyyata fayda verməsini təmin edir.
5. Çin Xalq Respublikası
Çində təxminən 1,5 milyard əhali yaşayır. Bu, dünya əhalisinin beşdə birini təşkil edir. Ölkədəki meşə örtüyünün ümumi sahəsi 1 milyon 140 min kvadrat kilometrdir.
6. İndoneziya
İndoneziya iqtisadiyyatında meşə məhsulları üstünlük təşkil edir. Ölkə yeraltı sərvətlərlə və meşələrlə zəngindir. Ölkədəki meşə ərazisinin ümumi sahəsi 1,1 milyon kvadrat kilometrə çatır.
7. Konqo
Ölkə təbii sərvətlərlə zəngin olsa da, iqtisadi və sosial sıxıntılar yaşayır. Konqoda ümumi ərazisi 1 milyon kvadrat kilometrdən artıq meşə örtüyü yerləşir. Bu ərazi ölkənin tən yarısına bərabərdir.
8. Peru
1 285 216 kvadrat kilometr ərazisi olan ölkənin yarısından çoxunu meşələr təşkil edir.
9. Hindistan
Hindistanın əhalisi 1,2 milyarddan artıqdır. Ölkə ərazisinin 22 %-ni isə meşəlik ərazilər təşkil edir. Bu isə 550 min kvadrat kilometrlik ərazi deməkdir.
10. Meksika
Meksikanın əsas hissəsi yüksək qayalıqlı dağlardan və səhralardan ibarətdir. Buna baxmayaraq, ölkədə ərazisi 500 min kvadrat kilometrə çatan meşə örtüyü yerləşir.