Nəzər nədir, necə dəyir?
Pis göz, pis baxış nə nəzər adlandırılan mənəvi gücə insanlar arasında inam böyükdür. Əsasən batil inanc adlandırılan nəzər, pis enerji ilə eyniləşdirilir.
Nəzər nədir?
Nəzər sözünün hərfi mənası bir şeyə baxmaq və nəyisə görmək deməkdir. Digər qarşılığı isə bir şeyə qısqanclıq və həsrətlə baxnaq, onu mənfi enerji ilə təsirləndirmək deməkdir. "Pis göz" kimi də adlandırılan nəzər inancı ərəblər və türklərdə 6000 illik bir tarixə malikdir.
İslamda nəzər varmı?
Nəzər var və islamda buna aid ayələr mövcuddur. Nəzərə deyil, onu çıxarmaq üçün edilən səylərə inanmamaq lazımdır. Göz dəyməsi şeytani bir baxış olaraq adlandırılır. İnsanın özünün özünə də gözü dəyə bilər. Məsələn, "nə hamar və qüsursuz dərim var" deyib sevindikdən 2 saat sonra üzündə sızanaqlar çıxa bilər.
Nəzər necə dəyir?
Bir insanın gözlərindəki pis enerjiyə məruz qaldıqda sizə nəzər dəyə bilər. Çox göz dəyənlər göz muncuğu taxırlar. Ruhani alimlər göz muncuğunun həqiqətən də pis nəzərin qarşısını almaq xüsusiyyətinə malik olduğunu bildirirlər.
Nəzər daha çox gözləri rəngli olan insanların baxışlarından dəyir. Gözləri tünd və qara rəngdə olan insanlardan isə nəzər keçmədiyi deyilir.
Nəzərdən özümüzü necə qoruya bilərik?
Batil inancları bir kənara qoymalıyıq. Göz muncuğu taxaraq pis enerjidən qorunmaq mümkündür, ancaq bu qəti həll yolu deyil. Nəzərdən qorunmaq üçün nəzər duaları oxumalısınız.
Nəzərdən qorunmaq üçün oxunan dualar
Nəzərdən qorunmaq üçün aşağıdakı surələri və duaları ardıcıllıqla oxumalısınız.
1. Fatihə surəsi
2. Ayətəl Kürsi
3. Felak surəsi
4. Nas surəsi
5. Nəzər duası