Normal doğuşun üstünlükləri hansılardır?

Hamilə qalmaq və uşaq dünyaya gətirmək qadınlar üçün son dərəcə əlamətdar hadisədir. Xüsusilə bətnində daşıdığı körpəni dünyaya gətirməsini və qucağına almasını möcüzəvi bir hadisə kimi qiymətləndirilir. Ginrkoloq op. dr. Ülviyyə İsmayılova normal doğuşla bağlı məlumat verib.

Qadınlar hamilə qaldıqda, doğum tarixinin başlanğıcı son menstruasiya tarixi qəbul edilir. Bu tarixdən etibarən körpənin böyüməsi və tam inkişafı 40 həftə çəkir.

Təbii doğuş

40-cı həftəsini tamamlayan döl doğum prosesinə girmiş olur. Normal doğuş zamanı körpənin başı aşağı vəziyyətdə vaginal yolla ana bədənindən ayrılır.

Körpə doğulduqdan sonra plasenta və membranlar da özbaşına xaric olur. Təbii ki, normal doğuş üçün hər hamiləliyin 40-cı həftəsini tamamlaması gözlənilmir. Hamiləliklərin əksəriyyəti 37-40 həftə arasında baş verən normal doğum əlamətləri ilə başa çatır.

Normal doğuşun üstünlükləri

Təbii doğuşun faydaları

- Qısa bir müddət istirahət etdikdən sonra ayağa qalxa, yemək yeyə və körpəsini əmizdirə bilər.

- Ana ilə körpə arasındakı bağ çox tez qurulur.

- İstədikləri qədər hamilə qalıb üşaq dünyaya gətirmələri mümkündür.

- Xəstəxanadan tez evə buraxılır.

- Qanama, ağrı və ya infeksiya riski digər əməliyyatlara nisbətən daha azdır.

- Körpələrin ağciyərləri doğuş zamanı sıxıldığı üçün daha az tənəffüs çətinliyi yaşayırlar.

Yazar: İlk yazar