Övladınıza verməli olduğunuz suallar

Ailə olaraq evdə çox vaxt keçirmək, əlbəttə ki, vacib əhəmiyyətə malikdir. Bu halda çoxlu söhbət etmək və bir-birimizi daha yaxşı tanımaq imkanımız olur. Övladınızla söhbətiniz zamanı ona verə biləcəyiniz ən gözəl sulları sizə təqdim edirik.

Övladınıza verilməli suallar

1. Xəyal qurmağı sevirsən?

2. Ən çox nəyi xəyal edirsən?

3. Sehrli bir çubuğun olsaydı, ilk olaraq nə edərdin?

4. Ən çox sevdiyin dostun hansıdır? Niyə onu bu qədər çox sevirsən

5. Ananda/atanda ən çox sevdiyin xüsusiyyət hansıdır?

6. Ananda /atanda ən sevmədiyin xüsusiyyət hansıdır?

7. Nəyə çox sevinərdin?

8. Nəyə çox üzülərdin?

9. Tərəvəz dükanın olsaydı, hansı meyvə-tərəvəzləri satardın?

10. Qışı daha çox sevirsən, yoxsa yayı?

11. Səni çox xoşbəxt edən bir anın varmı?

Övladınızla söhbət etmək

12. Kosmosa uçmaq istərdinmi? Səncə, kosmos necə bir yerdir?

13. Səncə, kosmosda həyat varmı?

14. Qorxduğun şeylər varmı?

15. Niyə onlardan qorxursan?

16. Paylaşmaq nə deməkdir? Paylaşmağı sevirsən?

17. Təsəvvür et ki, bir qəhrəmansan. Hansı supergüclərinin olmasını istərdin?

18. Ən çox sevdiyin beş adı söyləyə bilərsən?

19. Musiqi alətində ifa etmək, oxumaq və ya tamaşada rol almaq – bunlardan hansını seçərdin?

20. Bu həyatda səni ən çox nə narahat edir?

Yazar: İlk yazar