Rəngli saçlara qulluq - Evdə rənglənmiş saçlara necə qulluq etmək olar?

Xüsusən qadınları maraqlandıran vacib mövzulardan biri də saç boyamaqdır. Bəs rəngli saçlara qulluq necə edilməlidir? Bu məqalədə bununla bağlı məlumatlar hazırlamışıq.

Saç boyamaqdan əvvəl saçın rəngi açılır. Bu əməliyyat saçları qurudur. Rəngli saçlarınıza uyğun şampun seçməlisiniz. Bundan əlavə, maska və serumlardan istifadə etmək də saçlarınızın görünüşü və sağlamlığı baxımından faydalı olacaq.

Saçınızın rənginin daha uzun müddət qalmasını təmin etmək üçün çalışmalısınız. Saç rənginizin tez axmamasına diqqət edin. Saç rənginin tez axmaması üçün aşağıdakılara əməl edin.

Saç rənginin axmaması üçün nə etmək lazımdır?

Rəngli saçlara qulluq

  • İstifadə etdiyiniz saç kreminin içində ammonyak olmaması vacibdir.
  • Rəngqoruyucu saç kremi istifadə edin.
  • Rənglənmiş saçları hər gün yumaq olmaz. Ən çox saçları 3 dəfə yuyaraq rəngin qalıcı olmasını təmin edə bilərsiniz. Quru şampun da istifadə etmək olar.
  • Saçlarınızı isti suyla yumayın. İlıq və ya soyuq su ilə saçlarını yusanız, rəng daha qalıcı olacaq.
  • Hər yuduqda saçlara şampun vurmaq vacib deyil, sadəcə, kremləyə bilərsiniz.
  • İstifadə olunan şampun və krem eyni özəllikdə olsa təsir daha da artar.
  • Saçlarınıza qulluq yağı və maska tətbiq edə bilərsiniz.
  • Saç və saç dərisinin sağlamlığı üçün B və C vitaminləri vacibdir.
  • Qidalanmanız zamanı da bu vitaminlərə üstünlük verin.
  • Balıq, qoz kimi qidalardan istifadə saçlara müsbət təsir göstərir.
  • Saçlarınız nə qədər az günəşdə qalsa, bir o qədər yaxşıdır. Günəşli havada zərərli şüalardan qoruyan kremlərdən istifadə edin.
  • Saçlarınızı rəngləyib hovuza girirsinizsə, hovuzun xlorlu suyuna qarşı krem istifadə edin.
  • 1 ay və ya 6 həftə keçdikdən sonra saçları rəngləmək daha məqbuldur.
  • Şampununuzda sulfat olmamalıdır.
  • Saç qırıqlarını tez-tez təmizlədin. Yoxsa əziyyətiniz hədər olacaq.
  • Qalın hörük və toppuz düzəltməyin, saçlarınız tökülə bilər.

Rəngli saçlara necə qulluq olunmalıdır?

Evdə rənglənmiş saçlara qulluq

Saçları rəngləmədən əvvəl edilən qulluq saç rənginin qalıcı olmasını təmin edəcək. Nəmləndirici və protein qulluğu rəngin solmasına səbəb ola bilər. Saçlar rəngləndikdən sonra rəngqoruyucu və rəngsabitləyici qulluqlara üstünlük vermək lazımdır. Xüsusən qızılı boyalarda evdə qulluq vacibdir. Rəngli şampun istifadə edilməlidir. Qızılı rəngi dəstəkləyən rəngli şampunlarla yanaşı, rəngli saçlar üçün kremdən istifadə edilsə, daha yaxşı nəticə əldə olunacaq. İçində ammonyak olmayan boyalarla edilən qulluq qalıcılıq və parlaqlıq yaradır. Saçda boya varsa, saça protein yükləyəcək şampun və maska tövsiyə olunur.

Bəs çoxlu rənglənməkdən zədələnmiş saçlara nə edilməlidir?

  • Yuyunarkən saçlarınızı islatmayın. İslanmaqdan qorumaq üçün bone taxın və ya toppuz düzəldin.
  • Bəzən şampun əvəzinə saç kremi istifadə etmək olar. Bununla saçlarınız yumşaq və nəm qalar. Şampun kremdən daha çox saç rəngini alır.
  • Yaxşı şampun istifadə edərək kimyəvi maddələrlə rənglənmiş saçlarınızın sağlamlığını təmin edə bilərsiniz.
  • Saçlarınızı rəngdən rəngə öz öhdəsinə buraxmayın. Evdə də qulluq və maskalar tətbiq edin.
  • Saçlarınızı maska və ya düzləşdiriciyə məruz qoymadan əvvəl qoruyucu kremlərdən istifadə edin.
  • Saçlarınıza yağ sürtüb isti bir yaylıqla bağlayın. Bu saçlara nəmlik verəcək.
  • Saçları tez-tez boyamaq onlara zərər verir. 6 həftədən bir boyamaq lazımdır.
  • Saçlarınızı qalın toppuz və hörüklərlə yığmayın. Saçlar havasız qaldığı üçün tökülə bilər.
  • Şampununuzla eyni xüsusiyyətli kremə üstünlük verin. Məsələn, engqoruyucu şampundursa, krem də eyni olmalıdır.
  • Sulfatlı şampunlar tərkibindəki duzlarla rəng, nəm itkisi yaradır.
  • Həftədə 2-3 dəfə yumaq sizə az gəlirsə, saçlarınız yağlanırsa, quru şampunlar istifadə edin. Bu məhsul saçdakı yağı sorur və saçları təmiz göstərir. Başınızı önə əyin və saç köklərinə quru şampun spreyi sürtün.
  • Ammonyaksız saç kremləri saç rəngini uzun müddət qoruyur.

Tez-tez boyanmaqdan zədələnmiş saçlara necə qulluq edilməlidir?

Tez-tez boyanmaqdan zədələnmiş saçlara necə qulluq edilməlidir?

Yanlış boyamadan zədələnmiş saçlar desək, daha düzgün olar. Yanlış istifadə edilən məhsullar və ya çox tez rəng açmaq kimi əməliyyatlar saçları zədələyir. Zədələnmiş saçları düzgün rəngləmək zərəri minimuma endirir. Kosmetik məhsul seçimi də vacibdir.

Rəngli saçlara evdə təbii qulluq yolları

Rəngli saçlara evdə təbii qulluq yolları

Rəngli saçları tez-tez yumayın. Həftədə saçlarınızı 3 dəfə yuyursunuzsa, bunu edə bilərsiniz: 2 litr suya bir qaşıq karbonat qatın və bununla yuyun. Həmçinin, təbii saç kremi resepti də var. 1 litr isti suya 1 qaşıq lavanda və 1 qaşıq bal əlavə edərək dəmləyin. 10-15 dəqiqə saçlarınızda qalacaq bu qarışıq saçları yumşaq və parlaq edir. Hind yağı və zeytun yağını saçlarınıza sürüb 20-25 dəqiqə gözləmək də faydalıdır. Hind yağı və badəm yağını 2 yumurta ilə qarışdırıb saçınıza sürtün və 45 dəqiqə gözləyin.

Rənglənmiş saçlara qulluq etmək olduqca vacib məqamdır. Son vaxtlar daha çox istifadə edilən mavi, çəhrayı, bənövşəyi saçlarda həm rəng uzun müddət saçlarda qalsın deyə, həm də saçların sağlamlığı baxımından istifadə etdiyiniz məhsullara diqqət edin. Təbii qulluğa üstünlük verin.

1. Aloe vera və pivə maskası

Aloe vera və pivə maskası

Saç yeni rəngləndikdə parlaq və sağlam görünür, ancaq bir neçə dəfə yuyulduqdan sonra qurulaşır. Nəticədə arzuolunmaz rəng alır. Pivə saçları qidalandırmaqparlaqlıq vermək üçün çox vacibdir. Pivənin özəlliklərini aloe veranın gücüylə birləşdirən maska zədələnmiş saçları müalicə edəcək. Bir stəkan pivəyə aloe vera sıxın. Bir qaşıq zeytun yağı əlavə edərək qarışdırın. Çoxlu qarışdırın. Əmələ gələn qarışığı saçlarınıza sürtün və 15 dəqiqə saç kökündən ucuna qədər massaj edin. Bunu həftədə 2-3 dəfə tətbiq edin.

2. Avokado maskası

Avokado maskası

Avokado dərinin yenilənməsi və bərpası üçün olduqca vacibdir. Saçların sağlam, rəngli və parlaq olmasını təmin edir. Qırıq saçları bərpa edir, quru saçları yumşaldır. Maska üçün bir avokado əzin. Bir xörək qaşığı buğda toxumu yağı əlavə edin. Qarışdırıb saçlarınıza çəkin və gözləyin. Sonra saçlarınızı yuyun.

3. Mayonez maskası

Mayonez maskası

Mayonezin tərkibindəki yumurta və sirkə saça yaxşı təsir edir. Nəmli saçlara mayonez sürtün. Yarım saat gözləyin və sonra su ilə yuyun. Saçlarınız parlaqlaşacaq.

4. Alma sirkəsi maskası

Alma sirkəsi maskası

Alma sirkəsi saçlara yaxşı təsir edir. Zədələnmiş saçlara qulluq üçün alma sirkəsini saçlarınıza sürtün. Kəpəyi yox edir və saçlara parlaqlıq verir. Yarım stəkan alma sirkəsinə yarım stəkan su qatın. Sprey şüşəsinə tökərək saçlarınıza çəkin. 15 dəqiqə gözləyib suyla yuyun.

Yazar: İlk yazar