Saçların ağarmasının səbəbləri
Əsasən yaşlı insanların saçları ağarır, amma bəzən gənclərin də saçlarının ağardığının şahidi oluruq. Bəs saçlar niyə ağarır? Niyə hər kəsin saçı müxtəlif vaxtlarda ağarır? Bu suallara məqaləmizdə cavab tapa bilərsiniz.
Yaşlandıqca melaninin miqdarı azalır. Saçlar əvvəlcə bozarır, sonra ağarır. Saçlarımızın piqmentinin azalması tökülməyə yaxın olan zaman baş verir. Bu səbəbdən tökülən saçların kökləri adətən ağ olur. Böyük Britaniyanın Bradfor Universitetinin professoru. Desmund Tobin saçların ağarmasının səbəbini yaş və genetika ilə əlaqələndirir. Bununla belə, saçların ağarmasının digər müxtəlif səbəbləri var.
1. Stress
Stress həm bədənin daxilində, həm də xaricində bir çox problemə səbəb olur. Bu, saç rənginizin dəyişməsinə yol aça bilər. Ancaq stressi tək günahkar kimi görməyin. Çünki saçların ağarmasına səbəb olan bir çox müxtəlif faktorlar mövcuddur.
2. Emosional problemlər
Depressiya, kədərlənmək kimi bəzi problemlər səbəbiylə saçlarınız ağara bilər. Hətta erkən yaşda tünd- qara saçlarınızla vidalaşa bilərsiniz. Ancaq bəzi hallarda emosional problemləriniz həll edildikdən sonra saçlarınız əvvəlki rənginə qayıda bilər.
3. Balanssız qidalanma
Qidalanma rejiminiz bədəninizdəki bütün proseslərə təsir göstərir. Saçlarınızın 50 yaşa çatmadan əvvəl ağarmaması üçün kifayət qədər vitamin B12 qəbul etməlisiniz.
4. Genetik meyllilik
Saçların ağarmasının səbəblərindən biri də valideynlərin saçlarının erkən yaşlarda ağarmasıdır. Əgər ailə üzvlərində bu problem varsa, deməli, bu, genetikdir. Bu problemi aradan qaldırmaq üçün müxtəlif yağlardan istifadə etmək olar.
5. Vitamin çatışmazlığı
Gənc yaşda saçların ağarmasının ən böyük səbəblərindən biri də vitamin çatışmazlığıdır. Vitamin və mineral çatışmazlığı da saç tellərinin incəlməsinə və tökülməsinə səbəb olur. Bunun üçün vitamin əlavələri qəbul edilə bilər. Qidalanma zamanı yüksək vitamin tərkibli qidalardan istifadə etmək də vacibdir.
6. Zərərli boyalar və kimyəvi saç məhsulları
Saç boyaları və tərkibində kimyəvi maddələr olan saç məhsulları saçların ağarmasına səbəb ola bilər. Bazarda olan əksər saç məhsulları saçların ağarmasına və erkən yaşlarda saç tökülməsinə gətirib çıxarır. Buna görə diqqətli olmalısınız.
7. Siqaret çəkmək və spirtli içkilərdən istifadə etmək
Siqaret çəkmək və spirtli içkilərdən istifadə etmək saç və bədən sağlamlığını ciddi şəkildə pozur. Siqaret və spirt saçların ağarmasına səbəb olur, saçlar əvvəlki canlılığını və parlaqlığını itirir.
8. Yaşlanmaq
Saçların ağarması yaşla əlaqəli ola bilər. Saçın əsas rəngi ağdır, yaşın artması saçın faktiki rənginin bəlli olmasına səbəb olur. Saçın piqmenti olan melaninin istehsal qabiliyyəti azaldıqda baş verir. Melaninin miqdarının azalması saçların ağarmasına səbəb olur.
Saçlar haqqında maraqlı məlumatlar
1. Bir başda orta hesabla 100-150 min tük var.
2. Bir saç tükü o qədər möhkəmdir ki, tək başına 100 qram yük daşıya bilər.
3. Dünyada ən çox yayılmış saç rəngi qaradır. Ən nadir saç rəngi isə qızılıdır.
4. Saç orta hesabla gündə 0,3 mm, ayda isə 1 sm uzanır.
5. İsti havalarda saçlar normaldan bir qədər çox uzanır. Ancaq fərq çox kiçik olduğu üçün bunu fərq edə bilməzsiniz.
6. Saçlar yaş olduqda 30% daha uzun görünür. Quru saçlar saçın uzunluğunu kamuflyaj edir və olduğundan daha qısa görünür.
Ağarmaya qarşı ən yaxşı məhsullar
1. DermaDerm ağ saçlara qarşı bitki mənşəli şampun
Saçlara heç bir şəkildə zərər verməyən şampun, qidalandırıcı təsiri ilə saçın ehtiyac duyduğu qidaları qarşılayır. Beləliklə, saçlarınız canlanacaq və əvvəlki gözəlliyini bərpa edəcək.
2. Dexe White Concealer qara şampun
Tərkibində oksidləşdirici, prooksid kimi saçlara zərər verən heç bir kimyəvi maddə olmayan bu şampun, xüsusi formulu sayəsində saçlarınızı orijinal rənginə qaytarır. Çin təbabətinin yüksək texnologiya ilə inkişafı ilə ortaya çıxan məhsul bir tərəfdən saçlarınızdakı ağarmanı aradan qaldırır, digər tərəfdən saçlarınıza qulluq göstərir. Bununla da saçlarınız həm canlı, həm də dolğun görsənir.
3. Kaaral Manniskan White Concealer qara şampun
Saçların qida ehtiyacını ödəyərək zədələnmiş nahiyələri bərpa edən və onlara qulluq edən bu məhsul, ağ saçlara sahib insanlar üçün xüsusi olaraq hazırlanıb. Sürətli və effektiv həll təklifi ilə tanınan şampun ilk istifadədən öz təsirini göstərir. Tərkibindəki qara karbon sayəsində ağ və boz saçları anındaca örtən məhsul saçın nəm balansını da təmin edir
Saçlar niyə ağarır?
Əgər günərzində davamlı stress keçirirsinizsə və ya emosional olaraq depressiyaya düşmüsünüzsə, saçlarınızın ağarması normaldır. Balanssız və qeyri-sağlam qidalanma saçlarınızı ağardan digər bir amildir.
Saçlar necə qaralır?
Ağ saçlarınızdan ən qısa zamanda xilas olmaq istəyirsinizsə;
Stressdən uzaq durmalı, sağlam qidalanmalı, sizi yoran və əsəbiləşdirən hadisələrdən uzaq durmalısınız. Davamlı stress keçirən insanların saçlarının üst hissələri daha tez ağarır.
Ağ saçları necə qaraltmaq olar?
Saçları qaraltmaq üçün yağlarla birləşdirilmiş müalicəvi vasitələr və ya maskalar istifadə edilə bilər. Xüsusilə lavanda yağı maskalarını və gicitkən toxumu yağını sınamağı tövsiyə edirik.