Şərq çibanı nədir?

Şərq çibanı nədir və necə yayılır? Hələb çibanı olaraq da bilinən xəstəlik, parazit daşıyan qum milçəyi və ya digər həşəratların insanı sancması ilə ötürülür.

Diqqət: Öz-özünə sağaldıqda, adətən dəridə batıq çapıq izi buraxan və deformasiyaya səbəb olan bir xəstəlikdir.

Səbəb: Parazit.

Keçmə yolu: qum milçəyin sancması ilə ötürülür.

Şərq çibanının simptomları:

Şərq çibanının simptomları

Xəstəlik daşıyıcısı olan milçəyin əl, üz və dərinin açıq nahiyələrini sancması nəticəsində sızanaq kimi yaralar əmələ gəlir. Sancılmış yerdə şişməyən qırmızı bir halqa izi qalır.

Şərq çibanının simptomları

Şərq çibanının simptomları parazit daşıyan qum milçəyinin sancmasından orta hesabla 4-8 ay sonra ortaya çıxır. Adətən üz, əllər, ayaqlar və qollar kimi açıq nahiyələrdə qırmızı sızanağı xatırladan qabarıqlar əmələ gəlir, təxminən 6 ay ərzində diametri 1-2 sm-ə qədər böyüyür və xora şəklini alır. Yaralar adətən qum milçəyinin sancmasından bir neçə həftə və ya ay sonra yaranır.

Zamanla yaraların ölçüsü və görünüşü dəyişə bilər.

Şərq çibanı

Dəridə dərin və qalıcı izlər buraxa bilər. Müalicəsi var, mütləq həkimə müraciət edilməlidir. Şərq çibanının müalicəsində tətbiq olunacaq üsul xəstəliyin şiddətinə, yaranın sayına və yerinə, törədicinin növünə görə fərqli olduğu üçün xəstəyə görə dəyişir. Xəstəliyin müalicəsi adətən yaraya dərmanların tətbiqi ilə aparılır. Bununla belə, müxtəlif müalicə üsulları da var.

Xəstəlik müalicə olunmazsa;

Dəridə ömürlük qalacaq izlər buraxır. İltihablı yaraya qonan qum milçəyi xəstəliyi başqa insanlara ötürür.

[xeberdarliq]

Yazar: İlk yazar