Sinderella kompleksi nədir? Qadınlara hansı zərərləri var?

Sinderella kompleksi, şahzadə olmaq istəyi deyil. Gənc qızlar üçün ciddi problem yaradan psixoloji bir narahatlıdır. Bu problem həyatı məhv edəcək dərəcədə fəsadlar törədə bilər.

Andromeda kompleksi də adlandırılan bu vəziyyət qadınların həyatdan aldığı doyumu məhdudlaşdırır, münasibətləri çərçivəyə salır. Gənc qız çətinliklərlə mübarizə aparmaq əvəzinə, bu problemlərin bir oğlan tərəfindən yoluna qoyulacağını gözləyir. Evliliyə buna görə əl atır. Buna görə gələcəkdə ciddi məyusluq problemi ilə üzləşir. Belə qadınlar sanki sehrli bir çubuqla hər şeyin düzələcəyinə inanırlar.

Sinderella kompleksi

Sinderella kompleksi evliliyin məsuliyyətindən bixəbər olan qızların evliliyi bir xilas yolu olaraq görmələrinə səbəb olur. Heç nə etməyib, kişinin hər şeyi onların əvəzinə etmələrini gözləyirlər və hətta qəraların belə onların əvəzinə kişi tərəfindən verilməsini gözləyirlər. Bu isə zaman keçdikcə pis nəticələrə səbəb olur. Buna görə öz qərarlarınızı özünüz verin və kimisə sizin problemlərinizi həll edəcəyinə görə deyil, onu sevdiyiniz üçün dəyərləndirin. Bu sindrom uğursuz evliliklərə səbəb olur və ümidləri alt-üst edir.

Yazar: İlk yazar