Siqaret qadınlara daha çox pis təsir göstərir

Kişilərlə müqayisədə daha kiçik ağciyərlərə malik olan qadınlar siqret çəkdikləri zaman astma və digər tənəffüs yolu xəstəliklərinə asanlıqla tutulurlar.

Siqaret qadınlara təsiri

Norveçli mütəxəssislərin apardıqları iki illik araşdırma nəticəsində məlum olub ki, siqaret çəkən qadın siqaret çəkən kişiylə müqayisədə daha çox sağlamlıq problemi yaşayır. Araşdırmaya görə, kişilərlə eyni qədərdə siqaret çəkən qadınlar zərərli qazlara daha çox məruz qalırlar.

65 min insan üzərində aparılan araşdırma zamanı siqaret çəkən qadınlarda astma xəstəliyinə tutulmaq riskinin 50 % artdığı, kişilərdə isə belə bir riskin olmadığı məlum olub.

Siqaret qadınlara ziyanları

Araşdırmada iştirak edən kişilər siqaret çəkmək vərdişləri və tənəffüs yolu problemləriylə bağlı verilən suallara cavab veriblər. Qadınların 31 %-i, kişilərin isə 30 %-i siqaret istifadəçisi olub. Araşdırmanın digər tərəfi isə siqaret çəkənlər və çəkməyənlər arasındakı simptomları müəyyənləşdirmək olub. Məlum olub ki, nəfəs darlığı, öskürək kimi problemlər siqaret çəkən insanlarda çəkməyənlərlə müqayisədə daha çox olur.

Yazar: İlk yazar