Son illərin ən gözəl qadın saç düzümləri
Moda dünyası hər sahədə olduğu kimi saç düzümü sahəsində də hər mövsüm fərqli modellər təqdim edir. Yeni mövsümdə də bəzi saç düzümləri daha çox ön plana çıxıb. Moda dünyasının bu yenilikləri haqqında sizə verəcəyimiz məlumatları dəyərləndirərək saç düzümünüzdə dəyişikliklər edə bilərsiniz.
Saç düzümü yalnız saçın gözəl görünməsi üçün seçilmir. Hər şeydə olduğu kimi, bu məsələdə də nəzərə alınmalı bəzi meyarlar var. Məsələn, üzünüzün forması hazırlayacağınız modeldə çox təsirlidir və ya geyiminizə uyğun saç düzümü seçməyiniz daha şıq görünməyinizə kömək edəcək.
1. Həcmli qıvrımları olan saç düzümü
2023-cü ilin trend saç düzümü həcmli qıvrımlı saçlardır. Estetik görünüş axtaran və fərqli üsluba sahib olmaq istəyənlərin seçə biləcəyi ən gözəl saç modellərindən biri də həcmli qıvrımlı saç düzümüdür. Saçlarınızı buruq-buruq edərək əldə edə biləcəyiniz bu model xüsusi görüşlər, toy, nişan və iş görüşməsi kimi əhəmiyyətli yerlər üçün seçə biləcəyiniz saç düzümüdür.
2. Teksturalı və yaş saç düzümü
Bu, nisbətən yeni saç düzümlərindən biridir. Çiyin boyu saçlara uyğun olan teksturalı və yaş saç düzümü bütün digər modellərə nisbətən daha asandır. Saçları geri darayıb gel və ya başqa bir saç məhsulu ilə bu saç düzümü formasını əldə edə bilərsiniz. Kənardan gözəl təəssürat yaratmaq üçün seçə biləcəyiniz teksturalı yaş saç düzümü yeni mövsümün ən trend saç düzümlərindəndir.
3. Qısa saç düzümü
Uzun saçlar hər qadının seçə biləcəyi saç düzümü deyil. Xüsusilə də işgüzar qadınlar bu saç düzümündən uzaq dururlar. Qısa saç düzümü yeni və əvvəlki mövsümlərdə qadınlar arasında ən populyar modellərdən biri olub. Qısa saçlar 2023 moda dünyasının ən çox danışılan modellərindən biri olacaq.
4. Romantik at quyruğu saç düzümü
Romantik at quyruğu saç düzümü ilə siyahımıza davam edirik. Həftəsonu bir mərasimdə iştirak etməyi düşünürsünüzsə və hansı saç düzümünü seçəcəyinizə qərar verə bilmirsinizsə, romantik at quyruğu saç düzümü əsl sizin üçündür! Bu saç düzümü bir az əziyyətli olsa da, əla görünüş bəxş edir.
5. Herringbone hörüklü qadın saç düzümü
Herringbone hörüklü saç düzümü maraqlı görünüşü ilə digərlərindən seçilir. Saçların iki bərabər hissəyə bölünərək çarpaz hörülməsi ilə əldə edilən bu saç düzümü, əslində, yeni bir model deyil. Bu saç düzümü ilə bağlı müxtəlif mənbələrdə verilən məlumata görə, Misir müqəddəsləri bu modelə üstünlük verirdilər.
6. Topuz üslubunda saç düzümü
Topuz saç düzümləri keçmişdən günümüzədək dəbdən düşməyən saç düzümləri arasında ön sıralardadır. Bu model rəsmi mərasimlərdə, xüsusi günlərdə, gündəlik həyatda, ofis mühitində və təsəvvür edilən bütün sahələrdə istifadə edilə bilər. Sadə üsulla edilə bilən topuz saç modelini tətbiq etməzdən əvvəl geyinəcəyiniz paltarlara görə formanı təyin etməli və üz xəttiniz üçün ən uyğun model olduğuna əmin olmalısınız.
7. Dalğalı saç düzümü
Yeni mövsümün ən dəbdə olan saç düzümlərindən biri də dalğalı saç düzümüdür. Bu model həm asan hazırlanmasına, həm də xoş görünüş bəxş etməsinə görə qadınlar arasında ən çox seçilən saç düzümlərindən biridir. Gözəl görünüş əldə etmək istəyirsinizsə, dalğalı saç düzümündən istifadə edin.
8. Mərkəzdən ayrılmış üzə yapışan saç düzümü
Fərq yaradan saç modeli axtarırsınızsa, sınamağınızı tövsiyə etdiyimiz saç düzümlərindən biri də mərkəzdən ayrılmış üzə yapışan saç düzümüdür. Bu modeli əvvəllər də moda nümayişlərində görmüşük. Keçən mövsümün sonlarında özünü daha çox göstərən mərkəzdən ayrılmış üzə yapışan saç düzümünü əldə emək üçün saçlarınızı yuxarıdan ikiyə ayıraraq bu formada bir görünüşə nail ola bilərsiniz.
9. Qarışıq hörüklü saç düzümü
Gənc qızların üstünlük verdiyi və həqiqətən də gözəl görünüş bəxş edən qarışıq hörüklü saç düzümü yeni mövsümün ən çox bəyənilən modellərindəndir. Romantik və diqqət çəkən bir model istəyirsinizsə, bu saç düzümünü seçə bilərsiniz. Bu model bir az əziyyət tələb etsə də, gözləntinizi tam şəkildə qarşılayacaq.
10. Dağınıq topuz saç düzümü
Saç düzümləri arasında ən çox bəyənilənlərdən biri də dağınıq topuz tərzidir. Buna nail olmaq üçün çox çalışmaq lazım deyil. Bu görünüşə nail olmaq üçün saçınızı yuxarıdan toplayın və forma vermədən dağıdın. 2023 moda dünyasının ən gözəl və ən çox bəyənilən saç düzümlərindən biri olması ilham almaq üçün kifayət qədər böyük səbəbdir.