Uşağın yaşına görə boyu neçə olmalıdır?
Tanınmış endokrinoloq Atilla Büyükgebiz uşaqların boy ölçülərinin müşahidə olunmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, boyun uzanması standartlar xaricindədirsə, həkimə müraciət etmək mütləqdir.
Uşaqlıq dönəminin ən vacib xüsusiyyətlərindən biri boyun davamlı şəkildə uzanmasıdır. Bu proses uşağın yeniyetməlik yaşına və daha sonraya qədər davam edir. Uşaqlarda boyun uzanmaması problemi müxtəlif üsullarla aradan qaldırılır.
Problem əsasən genetikdir
Normal boya sahib olmaq sağlamlığın vacib şərti sayılır. Bir insanın boy ölçüsü 75 % genetik faktorlarla bağlıdır. Qısa boylu valideynlərin ailələrində uzun boylu fərdlər varsa, uşağın boyu genetik faktoru keçərək uzun ola bilər
İlk bir il vacibdir
Boy uzanmasında ən sürətli dövr ilk bir il sayılır. Bu müddətdə körpənin boyu 24 sm böyüyür və çəkisi 10 kq-a çatır. Birinci və ikinci il arasında böyümənin sürəti azalır və təxminən 12 sm təşkil edir. Çəki isə 2,3 kq artır. 2-3 yaş arası boy 10 santimetrədək uzanır və çəki bir neçə kq artır. Daha sonra qızlar və oğlanlar 10-12 yaşadək daha 5-6 sm böyüyürlər. Yetkinlik dövründə qızların boyu 20-25, oğlanların boyu isə 25-30 sm uzanır.
Balanslı qidalanma şərtdir
Qidalanma pozğunluqları, hormonal səbəblər, xroniki xəstəliklər boy qısalığının digər səbəbləridir.
Normal böyümə üçün balanslı qidalanma şərtdir. Uşaqlar kifayət qədər protein (süd, qatıq, pendir,
yumurta və ət), yağ, karbohidrat (çörək və s.), tərəvəz və meyvələr, vitamin və mineral (bütün qida
maddələri) ilə qidalanmalıdır.
Boyun normal olmaması necə başa düşülür?
Uşağın boyunun normal olub-olmadığı sağlam uşaqların boy dəyərlərindən hazırlanmış persantil əyriləri istifadə olunaraq öyrənilir. Sağlam bir uşağın boyu əyri üzərində 3 və 97-ci persantil cizgiləri arasında yer alır və uşaqlıq dövrü ərzində eyni əyri üzərində davam edir. Uşağın boyunun 3-cü persantildən aşağıda olması və yaz normal persantil əyrilərində olsa da zaman ərzində aşağı enməsi patalojidir və tədbir tələb edir.
Müalicə üsulları hansılardır?
Böyümə pozğunluqları zamanı tətbiq ediləcək müalicə prosesi problemin səbəblərinə görə dəyişir. Məsələn, hipotiroidid zamanı müalicə ömür boyu davam edir.
Boy uzatdığı deyilən maddələrə diqqət edin
Bazarda boy uzanmasını sürətləndirdiyi iddia olunan bəzi məhsullar vardır. Bu məhsullar bir çox müstəvidə reklam olunur. Qeyd edək ki, bu cür maddələrlə və dərmanlarla boyu uzatmaq qeyri-mümkündür, əksinə, insana daha da zərər verə bilər.