Uşaqlarda miyopiyanı azaldan müalicə: ortokeratologiya
Ortokeratologiya miyopiyanın (uzağı yaxşı görməmək) irəliləməsini yavaşlatmaq üçün tətbiq olunur. Oftalmologiya mütəxəssisi Op. Dr. Yusuf Avni Yılmaz bu barədə ətraflı məlumat verib.
Ortokeratologiyanın müalicəsində linzaların korneal mərkəzini düzəltməsi, işığın gözə girərkən qırılmağın şəklini dəyişdirməsi və retinal təbəqəyə çatması hədəflənir. Müalicənin uğurla davam etdirilməsi üçün linzaların müntəzəm olaraq istifadə edilməli olduğunu vurğulayan Yusuf Avni Yılmaz, “Əksər ortokeratologiya linzası korneanı düzəltmək üçün gecə ərzində taxılır və sonra gün ərzində çıxarılır. Bu gecə linzaları korneanı yenidən şəkilləndirməyə kifayət edəcək qədər sağlam olmaqla yanaşı, gözün sağlam olması üçün oksigenin keçməsinə icazə verən sərt, qazı keçirən linzalardır. Gecə linzalarını taxmaq dayandırılarsa, gözlər müəyyən müddətdən sonra əvvəli formasına qayıdar və görmə qüsuru yenidən yarana bilər. Linzalar müəyyən bir müddət ərzində mütəmadi olaraq istifadə edilməlidir” – deyə vurğulayıb.
Maksimum görmənin bərpasının 2 həftə və ya daha çox çəkəcəyi söyləyən mütəxəssis həmçinin bunları qeyd edib: “Bəzi insanlar ilk günlərdə belə görmə yaxşılaşması yaşaya bilərlər. Bu linzalara alışana qədər gözdə hiss edilə bilər. Bu linzaların istifadəsindəki risklər digər kontakt linzalarına bənzəyir, lakin miyopiyanı dayandırmaq məqsədilə bu linzaları istifadə edənlər əsasən uşaqlar olduğu üçün gigiyenada böyüklər qədər diqqətli olmaya bilərlər. Buna görə də, bu halda ailələrin diqqəti daha vacibdir”.
Yusuf Avni Yılmaz “Linzaların yerləşdirmə asanlığı, təhlükəsizliyi, ağrısız olması, cərrahi bir metod olmaması kimi üstünlükləri var. Ancaq bu linzaların müntəzəm istifadəsi çox vacibdir. Miyopiyası - 0.75 dpt-dən –5,00 dpt, astigmat -1,50 dpt-ə qədər olan xəstələr bu müalicə üsulundan istifadə edə bilərlər” – deyə qeyd edib.