Uşaqlarda tiklərdən və vəsvəsələrdən xilas olmağın üsulları
Uşaqlarda zaman-zaman müxtəlif tiklər və vəsvəsələr görünə bilər. Bunlar müxtəlif psixoloji vəziyyətlərdən qaynaqlanır. Həmçinin, ətrafdakı insanlardan öyrənilən davranışlar kimi də dəyərləndirilir.
Tik: Tik bədəndəki bəzi əzələlərin qeyri-ixtiyari olaraq qısamüddətli daralması nəticəsində yaranan səs və hərəkətlərdir. Hərəkət tikləri (göz qırpma, burun oynatma) və səs tikləri olaraq ikiyə bölünür. Uşaq tikləri bir müddət boğub sonra davam edə bilər.
Vəsvəsə: Vəsvəsə insanın ağlına istəmədən daxil olan fikir və xəyallar olaraq təyin edilə bilər. Adətən, vəsvəsəsi olan insanlar ondan qurtulmaq üçün bəzi davranışlar sərgiləyirlər. Tik və vəsvəsə fərqli olsa da, beyindəki oxşar bölgələr hər ikisinin meydana gəlməsində rol oynayır, lakin onların müalicə üsulları fərqlidir.
Tik nədən yaranır?
Mütəxəssislər görünən və görünməyən gərginliklərin tiklərin yaranmasına səbəb ola biləcəyini qeyd edirlər. Genetik səbəblər də var, lakin ilk növbədə stress onları tətikləyir. Tik və vəsvəsəsi olan uşaqlar araşdırıldığında onların ailə daxilində hiss edilən gərginliklərdən yarandığı görülür. Məsələn, ata ilə ana ayrılıbsa və bunu uşaqdan gizlədiblərsə, uşaq evdə bir gərginliyin olduğunu hiss edir və onda tik əmələ gəlir.Uşaqlarda zaman-zaman müxtəlif tiklər və vəsvəsələr görünə bilər. Bunlar müxtəlif psixoloji vəziyyətlərdən qaynaqlanır. Həmçinin, ətrafdakı insanlardan öyrənilən davranışlar kimi də dəyərləndirilir.
[xeberdarliq]