Varikosel nədir? Əlamətləri və müalicəsi
Varikosel, kişilərdə testisləri qoruyan skrotumda yer alan damarların şişərək genişlənməsi və böyüməsi durumunun tibbi adıdır. Varikosel ayaqlarda rast gəlinən "varikoz vena" ilə bənzərlik təşkil edir.
Varikoselə əsasən testislərin üst qismində rast gəlinir. Uzanarkən varkosel görülməyə bilər, lakin ayağa qalxdıqda özünü göstərir. Əllə toxunduqda torba içində plastik borular və ya soxulcanların olduğu hissi yaradır. Varikosel geniş yayılmış problemdir və əsasən gənc kişilərdə əmələ gəlir. Varikosel öz-özlüyündə tibbi bir problemə yol açmaya bilər, ancaq problem yaratdıqda uroloqa müraciət etmək lazımdır. Varikosellər zəif sperma istehsalının və sperma keyfiyyətinin qısırlığa səbəb ola biləcək həddə çatmasına yol açan əsas səbəbdir. Bununla yanaşı, bütün varikosellər sperma istehsalına təsir etmir.
Varikoselin səbəbləri
Varikoselin yaranmasının dəqiq bir səbəbi yoxdur. Bunun spermatik korddakı qan axını ilə əlaqəli bir problemdən qaynaqlandığı düşünülür. Araşdırmalar nəticəsində müəyyən olunub ki, spermatik kordda olan damarların valfların düzgün qan axınına mane olduğu durumlarda qan geridə toplanır və damarlarda genişlənməyə səbəb olur. Bu geriyə doğru toplanma həm testislərdə zərərə səbəb ola bilər, həm də kişi potensiyasını zəiflədə bilər.
Varikosel durumlarının 90 %-i sol testis damarı üzərində, 9 %-i hər iki testistə, cüzi hissəsi hisə sağ testisdə yaranır. Varikoseli inkişaf etdirən xüsusi bir risk faktoru müəyyən olunmayıb.
Varikoselin əlamətləri
Varikosel öz forması xaricində ortaya bir simptom çıxarmır. Nadir hallarda ağrıya səbəb olur. Varikosel ağrısı zəif bir ağrıdan şiddətli ağrıya çevrilə bilər. Xüsusən uzun müddət ayaq üstdə qalmaq bu ağrını gücləndirə bilər.
Varikosel zamanla daha dəqiq sezilən formaya gəlir. Lakin bəzi varikosellər fiziki müayinə zamanı da ortaya çıxmaya bilər. Testis torbalarında ağrı və ya şişkinlik yaşayan, testislərinin fərqli ölçülərdə olduğunu hiss edən, övlad sahibi ola bilməyən kişilər mütləq həkimə müraciət etməlidir.
Varikosel komplikasiyaları
Varikoselin ağrı xaricində səbəb ola biləcəyi iki əsas komplikasiya mövcuddur:
- Təsirlənən testisin büzüşməsi, yəni atrofiyası. İnsan anatomiyasında testislərin böyük qismi sperma istehsal edən borulardan meydana gəlir. Testislər varikoselə görə zədə alırsa, kiçilir və yumşalmaya başlayır.
- Qısırlıq: varikosellər testis içindəki və ya ətrafındakı lokal istiliyi artıraraq sperma yaranmasını, sperma hərəkətliliyini pozaraq onların funksiyalarına əngəl yara bilər.
Varikosel diaqnozunun qoyulması
Həkim fərdin təstistinə toxunduqda soxulcan torbası kimi hiss yaranarsa, o zaman fiziki müayinəyə əl atacaq. Əgər varikosel kifayət qədər böyükdürsə, bu özünü asanlıqla biruzə verir. Ancaq böyük olmadıqda həkim fərdin ayağa qalxmasını, dərindən nəfəs almasını, ağız və burnunu qapatdıqdan sonra nəfəsi zorla çölə
verməyə çalışmasını istəyə bilər. Buna Valsalva manevri deyilir və normadan daha artıq genişlənmiş damarların hiss edilməsinə köməklik göstərir.
Valsalva manevrinin köməyi ilə varikosel müayinə əsnasında üç fərqli dərəcədə dəyərləndirilir.
1-ci dərəcə: ayaq üstdə müayinə olunan xəstədə hər hansı əlamət görünmür, lakin Valsalva manevrası zamanı varikosel əllə təsbit olunur.
2-ci dərəcə: ayaq üstdə müayinə olunan xəstədə gözlə zorla görülən və Valsalva manevri nəticəsində damarların diqqət çəkən formaya gəldiyi varikosel
3-cü dərəcə: ayaq üstdə müayinə olunan xəstədə Valsalva manevrinə başlanılmadığı halda damarların açıq-aydın nəzərə çarpması.
Əgər fiziki müayinə yetərli deyilsə, həkim skrotuma, yəni testis torbasına ultrasiya testi edilməsini istəyə bilər. Ultrasiya testi əsnasında bədənin daxili hissələrinin fotolarının çəkilməsi üçün səs dalğalarından istifadə olunur.
Varikosel əməliyyatı necə olur?
Varikosel əməliyyatının məqsədi qan axınını normal damarlara istiqamətləndirmək üçün təsirlənən damarın sıxışdırılması və ya qapadılmasıdır. Varikoselin bərpası nisbətən az riskli bir müalicədir. Risklər arasında aşağıdakılar var:
- Testislərin ətrafında maye yığılması
- Varikosellərin təkrarlanması
- İnfeksiya
- Damar xəsarəti
Varikosel əməliyyatından sonra həyat
Varikosel əməliyyatı olanlar müasir tibb sayəsində əməliyyatdan sonra bu problemdən kifayət qədər xilas olurlar. Əməliyyat zamanı cərrahi mikroskopdan istifadə edilir. Varikosel əməliyyatının ağrısı yüngül olsa da, bir neçə gün davam edə bilər. Əməliyyatdan sonra ağrıkəsici yazılır. Əməliyyatdan sonra həkim bir müddət cinsi əlaqəyə girilməməsini tövsiyə edə bilər. Durumların böyük bir qismində sperma keyfiyyətindəki irəliləyişlərin analiz yolu ilə müşahidə olunması bir neçə ay sonra baş verir. Bunun səbəbi yeni spermaların inkişafının təxminən 3 ay çəkməsidir.
Varikosel ağrısı necə kəsir?
Əgər fərddə kiçik miqyaslı narahatlığa səbəb olan, lakin potensiyaya təsir etməyən varikosel varsa, ağrını yüngülləşdirmək üçün faydalana biləcək müxtəlif üsullar mövcuddur.
- Həkimin tövsiyə etdiyi ağrıkəsicilərdən istifadə etmək.
- Qan təzyiqini azaltmaq və damarların genişlənməsini əngəlləmək üçün dar alt paltarı geyinmək və ya atlet kəməri taxmaq.
Qidalanmanın varikosel yaranması və ya müalicəsi ilə əlaqəsi yoxdur. Sadəcə, xroniki qəbizliyi olan şəxslər zeytun yağı ilə hazırlanmış qidalardan istifadə etməklə fayda görə bilərlər.
[xeberdarliq]